Məhkəmə qərarları › İş №e-2(007)-63/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-63/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-63/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə dəymiş ziyana görə 309,89 manat sığorta ödənişinin, ödənilmiş 53,10 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** VV *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli, TP4157261 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəlikləri əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 4483,99 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 807,12 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 5091,10 (beş min doxsan bir manat, on qəpik) manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 1781,21 (bir min yeddi yüz səksən bir manat, iyirmi bir qəpik) manat məbləğin sığortaçı tərəfindən ödənilmiş, 200,00 manat azadolma çıxılmış və 3 309,89 (üç min üç yüz doqquz manat səksən doqquz qəpik) manat məbləğində vəsaitin 15 (on beş) təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş etsələr də cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışlar. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Beləliklə, "xxxx" ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 3309,89 (üç min üç yüz doqquz manat, səksən doqquz qəpik) manat məbləğində vəsait subroqasiya qaydasında Cavabdeh tutulmalıdır . Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər arasında elektron qaimə üzrə ödənilmiş vəsaiti təsdiq edəcək heç bir sübut işə əlavə edilməyib. Beləki, yol nəqliyyat hadisəsi zamanı avtomobilə tələb edilən həcmdə dəymiş ziyanı sübut edəcək qüsur aktı və həmin akt əsasında dəyişdirilməli olan detalların siyahısı iddia ərizəsinə əlavə edilməyib. Halbuki, qüsur aktına əsasən müəyyən edilməlidir ki, avtomobilin hansı hisəsinə zərər dəyib, hansı detallar dəyişdirilib və dəyişdirilən detallar ümumiyyətlə baş vermiş yol nəqliyyat hadisəsinə uyğundurmu. Eyni zamanda dəyişdirilmiş detalların pulu ondan tələb edildiyinə görə sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq dəyişdirilmiş detallar ona verilməli idi. Lakin təəssüflər olsun ki, nə qüsur aktı, nə də qüsur aktına əsasən dəyişdirilməli olan detallar dəyişdirildikdən sonra həmin detalları götürmək ona təklif edilməyib. Bu səbəbdən hesab edir ki, iddia tələbi üzrə tələb edilən məbləğ həddindən artıq şişirdilib. Həmçinin ekspert rəyi ilə razı deyil, çünki məbləğ şişirdilmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Avtonəqliyyat vasitələrinin kasko sığortası” şəhadətnaməsindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində 44.900 manat dəyərində sığortalanmışdır. - 24 yanvar 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:30-da “Toyota Corolla” minik markalı, ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1, "xxxx" MMC-yə və X2 maddi zərər yetirmişdir. - xx.xx.2021-ci il tarixli, TP4157261 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, həmin tarixli inzibati xəta haqqında protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. - AD909783 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ** VV *** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtomobilin sahibi Cavabdehdur. - AD586265 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtomobilin sahibi "xxxx" MMC-dir. - "xxxx" MMC tərəfindən verilən 07 yanvar 2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi X3 etibar edilir. - "xxxx" MMC-nin EBAX seriyalı, 601233 nömrəli, 17 fevral 2021-ci il tarixli “elektron qaimə”sinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə 5291.10 manat pul ödənilmişdir. - 26 iyul 2021-ci il tarixli bildirişin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 1781.21 manat pul ödənilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30 aprel 2021-ci il tarixli sığorta aktından görünür ki, “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 5291.10 manat zərərdən 200 manat azadolma çıxılmaqla 5091.10 manat ödənilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 01 iyul 2021-ci il və 12 iyul 2021-ci il tarixli bildirişlərinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC-dən PAZ000541097 və PXA********** saylı sığorta şəhadətnamələri üzrə sığortalanmış ** VV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin xx.xx.2021ci il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı 5000 manat subroqasiya tələbinin ödənilməsi xahiş edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 avqust 2021-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh 3309.89 manat məbləğin 15 təqvim günü ərzində ödənilməsi barədə xəbərdar edilmişdir. - 17 fevral 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı, “Skoda Karoq” markalı avtomobil 5291.10 manat zərər məbləği müqabilində təmir olunaraq "xxxx" MMC-yə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2022-ci il tarixli məlumatdan görünür ki, yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hssələrini tam həcmdə müəyyən etmək mümkün olmadığı üçün ekspertizanın aparılmasından imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2023-cü il tarixli, 9/9020 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı, “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5173 manat müəyyən edilir. - xx.xx.2022-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 53.10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Avtonəqliyyat vasitələrinin kasko sığortası” şəhadətnaməsinə əsasən ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtonəqliyyat vasitəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətində 44.900 manat dəyərində sığortalanmışdır. 24 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, 24 yanvar 2021-ci il tarixdə saat 19:30-da “Toyota Corolla” minik markalı, ** VV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə "xxxx" MMC-yə maddi zərər yetirmişdir. "xxxx" MMC-nin mülkiyyətində olan “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi X3 etibar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-yə “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 5291.10 manat məbləğində zərər dəymişdir. Dəymiş zərərlə bağlı ödənilmiş 5091.10 manat puldan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1781.21 manat və 200 manat azadolma çıxılaraq Cavabdeh 3309.89 manat məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçının müraciətlərinə baxmayaraq, cavabdeh vurduğu maddi ziyanın əvəzini iddiaçıya onun tələb etdiyi həcmdə ödəməmişdir. 17 fevral 2021-ci il tarixli təhvil-təslim aktına əsasən ** PB *** dövlət qeydiyyat nişanlı, “Skoda Karoq” markalı avtomobil 5291.10 manat zərər məbləği müqabilində təmir olunaraq "xxxx" MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023-cü il tarixli rəyi ilə 2019cu il buraxılışlı, “Skoda Karoq” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5173 manat edilmişdir. Məhkəmə qeyd edir ki, ** VV *** dövlət qeydiyyat nişanlı, “Toyota Corolla” minik markalı və ** PB *** dövlət qeydiyyat nişanlı “Skoda Karoq” markalı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman “Skoda Karoq” markalı avtomobilin əzilməsi nəticəsində "xxxx" MMC-yə maddi zərər yetirildiyi, cavabdehin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, “Paşa Sığorta" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən ** PB *** dövlət qeydiyyatlı, “Skoda Karoq” markalı avtomobilə 5291.10 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Həmin məbləğdən 200 manat azadolma və ödənilmiş 1781.21 manat çıxdıqdan sonra 3309.89 manat cavabdeh tərəfindən ödənilməli məbləği cavabdeh mübahisələndirdiyindən məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2019-cu il buraxılışlı “Skoda Karoq” markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5173 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutları təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilməli olan maddi ziyanın məbləği məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddia tələbinin həcmi müqayisə edildikdə ödənilmiş və azadolunmuş məbləğlər çıxıldıqda iş materiallarında olan sığorta aktına qiymət verərək hesab edir ki, cavabdehdən 3309.89 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3309.89 manat sığorta ödənişi, ödənilmiş 53.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, iddia təmin edildiyindən, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulmalı və X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 3309.89 manat sığorta ödənişi, ödənilmiş 53.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar