Məhkəmə qərarları › İş №e-2(007)-649/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-649/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-649/2024 14.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 254 (iki yüz əlli dörd) manat borc məbləği, 25 (iyirmi beş) manat cərimələr üzrə borc qalığı və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 309 (üç yüz doqquz) manat məbləğində pul vəsaitinin tutularaq tələbkara ödənilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "Vorld Telekom” MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 07 yanvar 2016-ci il tarixli Nef-000000011 nömrəli alqısatqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 254 (iki yüz əlli dörd) manat olan Samsung G7102 b\u (İmeı: **********28612) markalı mobil telefon almışdır. Müqavilənin 4cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-ci il tarixdən başlayaraq hər ayın 07 dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 21 (iyirmi bir) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-254 (iki yüz əlli dörd) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər.

İş materialları :

3. "xxxx" ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 254 (iki yüz əlli dörd) manat dəyərində əmtəəni - (Yaddaş k micro 8 g.b İMEİ: 13624; Plenka G7105 İMEİ: F10284; aksProqram **********84 İMEİ:**********84; Samsung G7102 b/u **********28612 İMEİ: **********28612) mobil telefon satmağı, cavabdeh onu qəbul edib vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

4. xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 7dən gec olmayaraq, ilkin ödəniş 0 manat, 12 ay müddətində hər ay 21 manat (son ay 23 manat) olmaqla, cəmi 254 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli girov müqaviləsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli hissə-hissə şərtləri ilə mal alqı-satqısı haqqında müqaviləyə Yaddaş k micro 8 g.b İMEİ: 13624; Plenka G7105 İMEİ: F10284; aksProqram **********84 İMEİ:**********84; Samsung G7102 b/u **********28612 İMEİ: **********28612 modeli 254 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaq şərtilə girov qoymuşdur.

6. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən müştəri siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini İddiaçı MMC-yə güzəşt etməyi, İddiaçı MMC isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürmüşdür.

7. xx.xx.2016-cı il tarixli, Nef-000000011 saylı nisyə alqı-satqı müqaviləsinə əlavə N1 saylı, xx.xx.2023-cü il tarixli əlavədən görünür ki, alıcıya qarşı müqavilədən irəli gələn pul tələbini istənilən vaxt nisyə alqı-satqı müqavilələri üzrə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilmişdir.

8. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2023- cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 254 manat əsas borc, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 279 manat borcu vardır.

9. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqavilələri üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2023-cü il tarixinə 254 manat borcu yaranmışdır. Cavabdeh borcunu 5 (beş) gün ərzində ödəmədiyi təqdirdə borcun və borcun qaytarılması ilə əlaqədar çəkiləcək xərclərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

10. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

11. İddiaçı MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər.

12. İddiaçı MMC-nin nümayəndəsi tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edilərək mülki işə iştirakı olmadan baxılaraq məhkəmə qətnaməsinin çıxarılması məhkəmədən xahiş edilmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları :

14. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli Alqı-satqı müqavilələrinin bağlanması və cavabdehin "xxxx" MMC qarşısında borcunun yaranması, o cümlədən "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “tələbin güzəşti” barədə faktorinq müqaviləsi üzrə tələbin İddiaçı MMC-yə güzəşt edilməsi işin mübahisəsiz hallarıdır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 655.1. Faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. 655.2. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. 655.3. Müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. 655.5. Faktorinq müqaviləsi yazılı formada bağlanır. 655.6. Faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. 657.4. Əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

20. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (MM 601.1m).

21. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək hər ay 21 manat (son ay 23 manat) ödəmək şərti ilə ümumi dəyəri 254 manat olan mobil telefon satın almışdır.

22. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan “əmlak” adlandırılan Yaddaş k micro 8 g.b İMEİ: 13624; Plenka G7105 İMEİ: F10284; aksProqram **********84 İMEİ:**********84; Samsung G7102 b/u **********28612 İMEİ: **********28612 modeli 254 manat məbləğində avadanlığın dəyərinin ödənilməsini təmin etmək məqsədilə girov qoyana (cavabdehə) təhvil verilmiş, girov qoyan əmlakı özündə saxlamaq şərtilə onu girov qoymuşdur. Lakin Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

23. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə 254 manat əsas borc, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 279 manat borcu vardır.

24. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu Alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (MM 600.4 m).

25. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001 nömrəli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən müştəri siyahısı və ümumi dəyəri bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini İddiaçı MMC-yə güzəşt etməyi, İddiaçı MMC isə bunun müqabilində müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürmüşdür.

26. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli, Nef-000000011 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə Cavabdeh qarşı olan tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

27. Mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

28. Belə olan halda məhkəmə qeyd edir ki, "xxxx" ilə İddiaçı MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilələrindən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt ediliyindən və Cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 254 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

29. İddiaçı həmçinin 25 manat cərimə üzrə borc qalığının ödənilməsi tələbini irəli sürmüşdür. xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinin 2.8-ci bəndinə əsasən əsas müqavilədə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş 25 manat cərimə pulu tələbi müqavilə üzrə faktora keçmişdir.

30. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 25 manat təşkil edən cərimə məbləğinin 1 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri :

31. İddiaçı MMC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehnndan tutulması tələbini irəli sürmüşdür.

32. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

33. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2016-cı il tarixli, Nef-000000011 saylı müqavilə üzrə ödənilməmiş 254 manat borc və cərimə qismində 1 manat olmaqla, cəmi 255 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 07 yanvar 2016-ci il tarixli müqavilə üzrə 254 (iki yüz əlli dörd) manat məbləğində əsas borc və cərimə qismində 1 manat olmaqla, cəmi 255 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCnin hesabına ödənilsin. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar