Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-65/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanan 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8400 manat məbləğində kredit vеrilib.Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülüb.Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinin ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EYİP nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2019-ci il tarixində qeydə alınıb və müvafiq çıxarış verilib.İpoteka ilə yüklü edilən əmlakın likvid dəyəri “X1” MMC tərəfindən 74000 manat məbləğində müəyyən edilib.Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulub. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmayıb, kredit və ona hesablanan faizlərin ödənilməsində pozuntulara yol verilib.01 mart 2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcu yaranıb.Qeyd edilənlərə əsasən tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsinin ləğv olunması, həmin kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcun, 145 manat dövlət rüsumunun İddiaçı BOKT ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus,ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinə yönəldilməsi,həmin əmlakın likvid dəyəri 74000 manat müəyyən olunmaqla hərracda satılması,mənzilin satışından əldə olunan vəsait hesabına 18310.89 manat borcun iddiaçıya ödənilməsi,ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzilin boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 20 oktyabr 2022-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh iddianı qismən,7769.60 manat əsas borc, 5140.09 manat faiz borcu hissəsində tam qəbul etdiyini, dəbbə puluna görə 500 manat ödəyə biləcəyini bildirmiş və borcun ödənilməsi üçün məhkəmə iclasının iki ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 8400 manat məbləğində kredit vеrilib. Tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EYİP nömrəli ipoteka müqaviləsindən görünür ki,cavabdeh özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzili həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinin təminatı qismində bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəməyə müraciət etmək üçün 145 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmış məktubların məzmunundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27 dekabr 2019-ci il tariхli kredit müqaviləsinə görə əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 5401.20 manat cəmi 18310.89 manat məbləğində borcu vardır. İpotekanın qeyd alınmasına dair bildirişlərindən görünür ki,tərəflər arasında bağlanmış ipoteka müqavilələri dövlət qeydiyyatına alınmışdır. "xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli ekspertiza rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilin real bazar dəyəri 82.800 manat, likvid qiyməti 76000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit və ipoteka müqavilələri bağlanmışdır. Belə ki, İddiaçı BOKT ASC müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti Cavabdeh versə də,sonuncu öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə Cavabdeh qeyd olunan kredit müqaviləsinə görə görə 7769.60 manat əsas borc,5140.09 manat faiz borcu üzrə, 5401.20 manat cərimə olmaqla cəmi 18310.89 manat ödənilməmiş borcu qalmışdır.Cavabdehdən pretenziya qaydasında borcun ödənilməsi tələb olunsa da nətcəsi olmamışdır.Ona görə də iddiaçı ipoteka predmetlərinə tutma yönələcəyi barədə cavabdehləri xəbərdar etmiş,daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd olunanları ümumiləşdirərək belə nəticəyə gəlir ki,iddia kredit müqaviləsinin ləğvi, əsas borcun,faiz borcunun,dövlət rüsumunun tələb olunması, tutmanın ipoteka predmetinə yönəldilərək onlun açıq hərracdan satılması,satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinə tutma yönəldikdən və satıldıqdan sonra cavabdehlərin mənzildən çıxarılması, mənzillərin boşaldılaraq təhvil verilməsi hissəsində əsaslı olduğundan təmin olunmalıdır. İddianın 5401.20 manat cərimə borcunun tələb olunması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, qeyd olunan məbləğdə cərimə əsas borca nisbətdə mütanasib deyil ona görə də cərimənin azaldılaraq 500 manat müəyyən olunmasını məqsədəuyğun sayır.Bu nəticəyə gələrkən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərini rəhbər tutur. Belə ki,həmin maddəyə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa,iddiaçı ipoteka müqaviləsinə istinad edərək mənzilin likvid dəyərinin 74000 manat müəyyən olunmasını xahiş edir. Halbuki,məhkəmə araşdırması zamanı keçirilmiş qiymətləndirmə ekspertizasının rəyinə görə həmin mənzilin likvid dəyəri 76000 manat müəyyən olunmuşdur. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 500 manat olmaqla cəmi 13409.69 manat məbləğində kredit borcu,145 manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı,tutma Cavabdeh məxsus,ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinə yönəldilməli,həmin əmlak likvid dəyəri 76000 manat müəyyən olunmaqla hərracda satılmalı,mənzilin satışından əldə olunan vəsait hesabına 13409.69 manat borc iddiaçıya ödənilməli,ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzil boşaldılmalı və orada yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏ T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-ci il tariхli, 2019/00737-EY nömrəli kredit müqaviləsi ləğv edilsin. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 7769.60 manat, faiz borcu üzrə 5140.09 manat,dəbbə puluna görə 500 manat olmaqla cəmi 13409.69 manat məbləğində kredit borcu,eləcə də 145 manat dövlət rüsumu İddiaçı BOKT ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh məxsus,ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsindəki 66 saylı evin 106 saylı mənzilinə yönəldilsin. Həmin əmlak likvid dəyəri 76000 manat müəyyən olunmaqla hərracda satılsın,mənzilin satışından əldə olunan vəsait hesabına 13409.69 manat borc İddiaçı BOKT ASC-yə ödənilsin. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində mənzil boşaldılsın və orada yaşayan şəxslər əşyaları ilə birlikdə mənzildən çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Mirzəyev