Məhkəmə qərarları › İş №e-2(007)-67/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-67/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-67/2023 30.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini onunla əsaslandırdı ki,onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixli öhdəlik müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən cavabdeh müqavilə bağlandığı gündən 2 ay müddətində 15.000 manat ona ödəməyi öhdəsinə götürüb. Lakin bu günədək cavabdeh tərəfindən müqavilədə göstərilən pul məbləği iddiaçıya ödənilməyib. Pulun qaytarılması üçün verilən müddət başa çatdıqdan sonra iddiaçı, pulun qaytarılmasını tələb etsə də, cavabdeh ödəməli olduğu borcu etiraf edib, lakin pulun olmamasını əsas gətirərək borcu ödəməkdən yayınır və imtina edir.Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 15.000 manat pulun və 135 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki,o,müqavilədə göstərilən pulu iddiaçıdan şəxsən almasa da hal-hazırda iddianı qəbul edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Cavabdeh ona müqavilə imzalandığı gündən 2 ay müddətinə 15000 manat pulun verilməsi müqabilində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən özünə məxsus olan bütün əmlakları və əşyaları (malları) müqavilə imzalandığı gündən 10 gün müddətində çıxarmağı öhdəsinə götürür. Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı özünə məxsus olan bütün əmlakları və əşyaları (malları) çıxarması müqabilində İddiaçı 2 ay müddətinə 15000 manat pul verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir İşin hallarından görünür ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş öhdəlik müqaviləsi bağlanmış,İddiaçı Cavabdeh ona müqavilə imzalandığı gündən 2 ay müddətinə 15000 manat pulun verilməsi müqabilində Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən özünə məxsus olan bütün əmlakları və əşyaları (malları) müqavilə imzalandığı gündən 10 gün müddətində çıxarmağı öhdəsinə götürmüş, Cavabdeh isə mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən İddiaçı özünə məxsus olan bütün əmlakları və əşyaları(malları) çıxarması müqabilində İddiaçı 2 ay müddətinə 15000 manat pul verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh İddiaçı xeyrinə 15.000 manat pu və 135 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 15.000 manat pul və 135 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar