Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-674/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh (Həşimov Minacəddin Heybət oğlunun qanun üzrə vərəsəsi) 26 yanvar 2022-ci il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3735.5 manat, faiz borcuna görə 21.96 manat olmaqla, cəmi 3757.46 manat məbləğində pulun və 58 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı-İddiaçı ASC-nin Mərkəz filialı ilə borclu Həşimov Minacəddin Heybət oğlu arasında bağlanmış 26 Yanvar 2022-ci il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 16.44 % olmaqla 24 ay müddətinə 6000 manat məbləğində cavabdehə kredit verilmişdir. Tərəflər arasında bağlanmış 26 Yanvar 2022-ci il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən 26 Yanvar 2022-ci il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 3735.5 manat, faiz borcuna görə 21.96 manat olmaqla, cəmi 3757.46 manat təşkil edir. 4 saylı Bakı Asan Xidmət X1 xx.xx.2022-ci il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, Həşimov Minacəddin Heybət oğlu xx.xx.2022-ci ildə vəfat etmişdir. Hal-hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu Həşimov Minacəddin Heybət oğlunun xx.xx.2022-ci ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən 26 Yanvar 2022-ci il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən notariat ofisinin sorğularına verdiyi cavab məktubu ilə xx.xx.2022-ci il tarixli 2V-945 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-1103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surəti göndərilmişdir. xx.xx.2022-ci il tarixli 2V-945 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli 2V-1103 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən borclunun qanun üzrə vərəsəsi - Cavabdehdır. Bu səbəbdən 26 Yanvar 2022-ci il tarixli, MFNPU- 08230 saylı kredit müqaviləsiüzrə qalıq borc tam şəkildə Həşimov Minacəddin Heybət oğlunun qanun üzrə vərəsəsi - Cavabdeh tərəfindən ödənilməlidir. İş materialları :
3. İddiaçı ASC ilə Həşimov Minacəddin Heybət oğlu arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MFNPU-08230 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən borc verən borc alana şəxsi istehlak məqsədi ilə 6000 manat məbləğdə kredit verməyi, borcalan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “kreditin ödəniş cədvəli”nə uyğun olaraq borcverənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı ASC ilə Həşimov Minacəddin Heybət oğlu arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, MFNPU-08230 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Həşimov Minacəddin Heybət oğlu illik 16.44 %-lə, 6000 manat məbləğində krediti xx.xx.2022-ci il tarixdən başlayaraq hər ayın 26-dan gec olmayaraq, xx.xx.2024-cü il tarixədək hər ay 295.04 manat (sonuncu ay 294.08) manat olmaqla, 6000 manat əsas borc, 1080 manat faiz borcu olmaqla, cəmi 7080 manat ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, MFNPU-08230 nömrəli məxaric orderindən görünür ki, Həşimov Minacəddin Heybət oğluna 6000 manat məbləğində kredit verilmişdir.
6. AZ-İİ seriyalı, 265429 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Həşimov Minacəddin Heybət oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
7. xx.xx.2022-cil il tarixli, 2V-945 reyestr nömrəli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş Həşimov Minacəddin Heybət oğlunun vərəsələri arvadı-Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə Həşimov Minacəddin Heybət oğluna verilmiş **********26-05301- 093376 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, 62 mənzil 3 (Yeni qaydalarla: AZ1121, ünvan 1 ünvanında yerləşən wmumi sah’si 92.6 kv/m olan mənzildən ibarətdir.
8. xx.xx.2022-cil il tarixli, 2V-1103 reyestr nömrəli “qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş Həşimov Minacəddin Heybət oğlunun vərəsələri arvadı-Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkının 29/14 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən 8341.26 manat məbləğində pul vəsaitindən ibarətdir.
9. İddiaçı KB ASC tərəfindən əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Həşimov Minacəddin Heybət oğlunun xx.xx.2022-ci il tarixli, MFNPU-08230 nömrəli kredit müqaviləsi üzrə 3735.50 maant əsas, 21.96 manat cərimə olmaqla, cəmi 3757.46 manat borcu vardır.
10. İddiaçı ASC tərəfindən Həşimov Minacəddin Heybət oğlunun vərəsəsi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixli, MFNPU- 08230 saylı kredit müqaviləsinə əsasən Həşimov Minacəddin Heybət oğlunun vərəsələri arvadı Cavabdeh əsas borc-4435.50 manat əsas, 21.96 manat faiz borcu olmaqla, cəmi 4457.46 manat borcu mövcuddur. Öhdəliyi yerinə yetirmədiyi təqdirdə tərəflərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəyi və məhkəmədən borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin ondan tutulması barədə məhkəmə qərarının çıxarılmasının xahiş olunacağı bildirilmişdir.
11. İddiaçı ASC ilə Həşimov Minacəddin Heybət oğlu arasında bağlanılmış xx.xx.2022ci il tarixli, MFNPU-08230 nömrəli kredit müqaviləsinə dair çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə 218.30 manat, xx.xx.2022-ci il tarixdə 220.80 manat, xx.xx.2022-ci il tarixdə 225.4 manat, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərində 50 manat, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2025-ci il tarixlərində 100 manat olmaqla, ümumilikdə 2464.50 manat ödəniş edilmişdir.
12. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 58 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
13. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
14. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh əri Həşimov Minacəddin Heybət oğlu arasında xx.xx.2022-cü il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsi bağlanmışdır.
16. Həşimov Minacəddin Heybət oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür.
17. Həşimov Minacəddin Heybət oğlunun vərəsəsi arvadı-Cavabdehdır.
18. Miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə Həşimov Minacəddin Heybət oğluna verilmiş **********26-05301-093376 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, 62 mənzil 3 (Yeni qaydalarla: AZ1121, ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. ibarətdir.
19. Həşimov Minacəddin Heybət oğlunun ölümündən sonra xx.xx.2022-cü il tarixli, MFNPU-08230 saylı kredit müqaviləsi üzrə müqavilənin tərkib hissəsi olan qrafik pozulmaqla 50, 100 manat olmaqla hissə-hissə ödənişlər edilmişdir.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.
25. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh əri Həşimov Minacəddin Heybət oğlu arasında xx.xx.2022-ci il tarixli MFNPU-08230 saylı kredit müqaviləsi bağlanmışdır.
26. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).
27. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
28. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
29. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh əri Həşimov Minacəddin Heybət oğlu arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.
30. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Həşimov Minacəddin Heybət oğluna 24 ay müddətinə, illik 16.44 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir.
31. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Həşimov Minacəddin Heybət oğlunun xx.xx.2022-ci il tarixli, MFNPU-08230 nömrəli kredit müqaviləsi üzrə 3735.50 manat əsas, 21.96 manat faiz borcu vardır.
32. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
33. Belə olan halda İddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh əri Həşimov Minacəddin Heybət oğluna kredit verilməsi və həmin kredit müqaviləsi üzrə öhdəliyin tam şəkildə yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.
34. Hazırkı halda isə işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı İddiaçı ASC-nin həmin pul vəsaitinin ödənilməsini Cavabdeh tələb etmək hüququ olubolmamasının müəyyən edilməsidir.
35. İddiaçı Cavabdeh qarşı olan iddia tələbini onun Həşimov Minacəddin Heybət oğlunun vərəsəsi olması ilə əsaslandırmışdır.
36. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.
37. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
38. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
39. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.
40. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
41. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.
42. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.
43. Hazırki iş üzrə Cavabdeh mərhum Həşimov Minacəddin Heybət oğlunun arvadıdır. Bu halın mövcudluğunu Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən cavabdehlərin mərhum Həşimov Minacəddin Heybət oğlunun birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.
44. İddiaçı cavabdehə qarşı iddia tələbini ona 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə irəli sürmüşür.
45. İşin faktiki hallarından görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş Həşimov Minacəddin Heybət oğlunun vərəsələri arvadı-Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə Həşimov Minacəddin Heybət oğluna verilmiş **********26-05301-093376 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, 62 mənzil 3 (Yeni qaydalarla: AZ1121, ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.
46. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.
47. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.
48. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).
49. Konstitusiya Məhkəməsi Plenumunun vərəsələrin məsuliyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
50. İşin hallarından görünür ki, Cavabdeh mərhum Həşimov Minacəddin Heybət oğlunun vərəsəsidir, ona məxsus olan mirası qəbul etmişdir və miras qoyanın hazırki iş üzrə mövcud olan borcuna görə də məsuliyyət daşıyır. *--8
51. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
52. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
53. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Həşimov Minacəddin Heybət oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli MFNPU- 08230 saylı kredit müqaviləsi üzrə Həşimov Minacəddin Heybət oğlunun vəfat etdiyi tarixə (xx.xx.2022-ci il) qalıq 5335.50 manat əsas borcu, iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixə isə 3735.50 manat əsas və 21.96 manat faiz borcu olmuşdur.
54. Həmçinin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixindən sonra cavabdeh tərəfindən ümumi borc məbləğindən 200 manat ödəniş edilmişdir.
55. Mülki qanunvericiliyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir (MM 432.4m).
56. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən ödənilmiş 200 manat pul vəsaitinin 21.96 manat məbləği faiz borcundan və 178.04 manat məbləği əsas borc məbləğindən silinməlidir.
57. Məhkəmə yuxarıdakılara əsasən qeyd edir ki, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3557.46 (3735.50-178.04) manat məbləğində pul tutulmalıdır
Məhkəmə xərcləri :
58. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 58 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
59. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
60. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, Cavabdeh 3557.46 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58 manat pul vəsaiti tutulmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3557.46 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 58 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva