Məhkəmə qərarları › İş №e-2(007)-676/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-676/2023

31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-676/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borcun, 10991,38 manat faiz borcunun, cəmi 29059,40 manat borcun və 177,18 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №li Fərmanının (surəti əlavə olunur) (bundan – sonra Fərman) icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə (bundan sonra – “Tələbin güzəşti müqaviləsi”) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 20 oktyabr 2017-ci il tarixli, S-DİPK-80 saylı təhvil-təslim aktı (bundan sonra – Akt) əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Bildirirlər ki, Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 3 saylı bina, 1-ci blok, 112 saylı mənzilin alınması məqsədi ilə 126 ay müddətinə illik 12%-lə 26078,08 (iyirmi altı min yetmiş səkkiz manat səkkiz qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Əliyev X2 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Bağlanmış zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bağlanmış zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən, borclu kreditorla bağladığı 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 №-li kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini və faizləri kreditora ödənəyədək bu müqavilə qüvvədə olur. Bağlanmış zaminlik müqaviləsinin 13.4-cü bəndinə əsasən, zaminliklə təmin edilmiş öhdəlik borclu, zamin və ya üçüncü şəxs tərəfindən tam həcmdə yerinə yetirildikdə müqaviləyə xitam verilir. Kredit müqaviləsinə görə cavabdehə verilmiş kredit məbləği müqaviləyə uyğun qaytarılmalı olduğu halda, buna əməl olunmamışdır. xx.xx.2022-ci il tarixə cavabdehin İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına əsas borcu 18068,02 manat, faiz borcu 10991,38 manat,cəmi borcu 29059,40 manat təşkil edir. Borcun ödənilməsi barədə Cavabdeh2və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Hesab edirlər ki, cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərini pozduğu üçün 29059,40 manat məbləğində borc cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbinin faiz borcunun tutulması hissəsi ilə razı deyil. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil izahat verərək məhkəmə tərəfindən qətnamə çıxarılan zaman iddia tələbinin və ekspert rəyinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 126 ay müddətinə illik 12%-lə 26078,08 manat məbləğində pul vəsaiti verilmişdir. Boralan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə faziləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - Borcverən "xxxx" ASC-nin Nərimanov filialı, borclu Cavabdeh2 və zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arsında bağlanmış xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı kredit müqaviləsinə əsasən 26078,08 manat məbləğində 126 ay müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasını təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürür. Borlcu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikə, zamin kreditor qarşısında kredit məbləğinin və heablanacaq faizlərin ödənilməsi üçün bilavasitə məsuliyyət daşıyır; - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 1690 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, ASC-satıcı Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 3 saylı binanın. 1 blok, 12 mərtəbə, 112 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 82,11 kv.m olan mənzili cavabdeh-alıcı Cavabdeh2 satmağı, cavabdeh-alıcı isə mənzilin dəyərini 180 ay müddətində müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə mənzilin qiyməti 65688 manat müəyyən edilmişdir; - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli barışıq sazişinin surətindən görünür ki, cəmiyyət və müştəri mənzilin alınması üçün bank tərəfindən müştəriyə verimiş əsas borcun habelə əsas borc üzrə hesablanmış faizlərin vaxtında və tam həcmdə qaytarılmasına görə məsuliyyət daşıyırlar; - S-DİPK-80 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh2 dair sənədlər İddiaçı QSC-yə verilmişdir; - "xxxx" ASCdən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xx.xx.2017-ci il tarixli, S-İPK-80 saylı aktla təhvil verilmiş Cavabdeh2 kredit borcunun xx.xx.2022-ci il tarixə olan vəziyyəti barədə məlumatın surətindən görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 18068,02 manat əsas borc, 10991,38 manat faiz borcu olmaqla, cəmi 29059,40 manat borcu vardır; - İddiaçı QSC BOKT tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli 3- 7/2095 saylı bildirişdən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə nəxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb tüququ "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "Aqrarkredit” QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı onun "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim Aktı əsasında "xxxx" QSC-yə təhvil verilmişdir. “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə onun arasında bağlanmış xx.xx.2012ci il tarixli HEY-İ-12/44 nömrəli kredit müqaviləsinə əsasən ona Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, inşa edilən 3 saylı binanın, blok 1, ümumi sahəsi 82,11 kv.m təşkil edən 2 otaqlı 112 nömrəli mənzilin alınması üçün 126 ay müddətinə illik 12 faizlə 26078,08 manat (iyirmi altı min yetmiş səkkiz, manat 08 qəpik) kredit verilmişdir. Kredit borcu müqaviləyə uyğun qaytarılmalı olduğu halda, onun tərəfindən buna əməl olunmamışdır. Hazırda "Aqrarkredit” QSC-yə olan əsas borcunuz 18068,02 manat, faiz borcu 10080,90 manat, cəmi borcu isə 28148.92 manat təşkil edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq ondan xx.xx.2012-ci il tarixli HEY-İ-12/44 nömrəli kredit müqaviləsi üzrə cəmi 28148,92 manat borcun 10 gün müddətində "Aqrarkredit” QSC-yə ödənilməsi tələb olunur. Əks təqdirdə borcun ondan tutulması, kredit hesabına aldığı Bakı şəhəri. Sabunçu rayonu. 2595 məhəllə. Bakıxanov qəsəbəsi. Y.Əliyev küçəsi, inşa edilən 3 saylı binanın, blok 1, ümumi sahəsi 82,11 kv.m təşkil edən 2 otaqlı 112 nömrəli mənzilin üzərinə həbs qoyulması və həmin mənzilin satılaraq borcun "xxxx" QSCyə ödənilməsi barədə tərəfindən müvafiq məhkəmədə iddia qaldırılacaqdır; - İddiaçı QSC BOKT tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 3-7/764 saylı bildirişdən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına (bundan sonra - "xxxx" QSC) keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı cəmiyyətin "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim Aktı əsasında "Aqrarkredit” QSC-yə təhvil verilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq cəmiyyətdən xx.xx.2012-ci il tarixli HEY-İ-12/44 nömrəli kredit müqaviləsi üzrə cəmi 28148,92 manat borcun 10 gün müddətində "xxxx" QSC-yə ödənilməsi tələb olunur. Əks təqdirdə borcun cəmiyyətdən tutulması, mənzilin üzərinə həbs qoyulması və həmin mənzilin satılaraq borcun "xxxx" QSC-yə ödənilməsi barədə tərəflərindən müvafiq məhkəmədə iddia qaldırılacaqdır; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 177,18 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2108 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 29626,19 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19595,25 manat, faiz borcu üzrə 9782,74 manat. İkinci sual üzrə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə sənədlər tam şəkildə təqdim edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş pul məbləğlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı iddiaçı tərəfindən müqavilənin şərtlərinə əməl edilməsi və ödənişlərin əsas və faiz borclarına silinməsinin düzgün həyata keçirilməsi və faiz borcuna artıq silinmələr heyata keçirilməsini müəyyən etmə mümkün olmadı. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 20 oktyabr 2017-ci il tarixli, S-DİPK-80 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. Azərbaycan Beynəlxalq Bankının Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 2595 məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 3 saylı bina, 1-ci blok, 112 saylı mənzilin alınması məqsədi ilə 126 ay müddətinə illik 12%-lə 26078,08 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Nərimanov filialı ilə zamin olmuş şəxs "xxxx" ASC arasında 04 iyul 2012-ci il tarixli, HEY-İ-12/44 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Əliyev X2 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Borcun ödənilməsi barədə Cavabdeh2 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh2 26078,08 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 126 ay müddətinə, illik 12 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Qeyd etmək lazımdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh2 qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da 20 oktyabr 2017-ci il tarixli, S-DİPK-80 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. MM-in: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2012-ci il tarixli HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, "xxxx" ASC Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. İş materiallarında olan məlumatdan görünür ki, "xxxx" ASC-dən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına xx.xx.2017-ci il tarixli, S-İPK-80 saylı aktla təhvil verilmiş Cavabdeh2 xx.xx.2012-ci il tarixli, № HEY-İ-12/44 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 18068,02 manat əsas borc, 10991,38 manat faiz borcu olmaqla, cəmi 29059,40 manat borcu vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh2 yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/2108 nömrəli rəydən görünür ki, xx.xx.2012-ci il tarixli, HEY-İ-12/44 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 19595,25 manat, faiz borcu üzrə 9782,74 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyini və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən müştərək qaydada 18068,02 manat məbləğində əsas borc və 9782,74 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən 177,18 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/2108 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 177,18 manat dövlət rüsumunun 7,37 manatı iddiaçıya, 169,81 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 200 manatın 8,3 manatı iddiaçıdan, 191,7 manatı cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borc, 9782,74 manat faiz borcu, cəmi 27850,76 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 169,81 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 7,37 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 8,3 manatı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından və 191,7 manatı Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 18068,02 manat əsas borc, 9782,74 manat faiz borcu, cəmi 27850,76 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 169,81 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 7,37 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun 8,3 manatı İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatından və 191,7 manatı Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar