Məhkəmə qərarları › İş №e-2(007)-687/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-687/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-687/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 2200 (iki min iki yüz) manat məbləğində, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 1400 (min dörd yüz) manat məbləğində və 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 4030 (dörd min otuz) manat kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMC-yə 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 536.74 (beş yüz otuz altı manat, yetmiş dörd qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) olmaqla ümumilikdə 537.28 (beş yüz otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 429.89 (dörd yüz iyirimi doqquz manat səksən doqquz qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) manat olmaqla ümumilikdə 430.43 (dörd yüz otuz manat qırz üç qəpik) manat, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 1289.62 (min iki yüz səksən doqquz manat altmış iki qəpik) manat faiz borcu isə 1.50 (bir manat əlli qəpik) manat olmaqla ümumilikdə 1291.12 (min iki yüz doxsan bir manat on iki qəpik) manat olmaqla cəmi 2258.83 (iki min iki yüz əlli səkkiz manat səksən üç qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 44 faizlə, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı müqavilə üzrə 45 faizlə, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı müqavilə üzrə 42 faizlə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Yuxarıda qeyd olunan 5 iyun 2023-cü il tarixli 343/SM-23 nömrəli kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc alan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 88 % lə, 07 iyun 2023- cü il tarixli 352/SM-23 nömrəli kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc alan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 90 %-lə, 09 iyun 2023-cü il tarixli 362/SM-23 nömrəli kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc alan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 84 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Göstərilənlərə əsasən, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 536.74 (beş yüz otuz altı manat, yetmiş dörd qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) olmaqla ümumilikdə 537.28 (beş yüz otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 429.89 (dörd yüz iyirimi doqquz manat səksən doqquz qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) manat olmaqla ümumilikdə 430.43 (dörd yüz otuz manat qırz üç qəpik) manat, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 1289.62 (min iki yüz səksən doqquz manat altmış iki qəpik) manat faiz borcu isə 1.50 (bir manat əlli qəpik) manat olmaqla ümumilikdə 1291.12 (min iki yüz doxsan bir manat on iki qəpik) manat olmaqla cəmi 2258.83 (iki min iki yüz əlli səkkiz manat səksən üç qəpik) manat və ödənilmiş dövlət rüsumu 42.60 (qırx iki manat 60 qəpik) manat olmaqla cəmi 2301.43 (iki min üç yüz bir manat, qırx üç qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, borclu kredit müqaviləsinin təminatı qismində qızıl-zinət əşyalarını da girov qoymuş, bunun hüquqi nəticələri ona izah edilmiş, öhdəliyini yerinə yetirmədiyinə görə həmin girov predmetləri hərrac vasitəsilə satılmış, lakin qalan borcun ödənilməsinə həmin vəsait kifayət etməmişdir. Hərrac protokoluna dair sənədləri məhkəməyə təqdim edir və bildirir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, borcluya hərracın vaxtı və yeri barədə bildiriş də göndərilmiş, həmin bildiriş sonuncuya çatdırılmışdır. Göstərdiklərinə əsasən, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizəsini və ona əlavə edilmiş sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı, 07 iyun 2023-cü il tarixli 352/SM-23 və 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı “kredit müqavilələri”ndən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 2200 manat məbləğində, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 1400 manat məbləğində və 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 4030 manat kredit verilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı müqavilə üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 44 faizlə, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı müqavilə üzrə 45 faizlə, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı müqavilə üzrə 42 faizlə hesablanır. Həmin müqavilələrin: 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: 1. əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda,

2. kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddi zərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, 3. bu Müqavilənin müddəalan Borc alan tərəfindən yerinə yetirilmədikdə, Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc valan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 90 % -lə hesablanan cərimə faizləri ödənilməlidir. 11.2-ci bəndinə bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qayatarılmasını tələb etmək hüququna malikdir. - 08 iyun 2023-cü il tarixli 68214 nömrəli “girov müqaviləsi”ndən görünür ki, həmin tarixdə tərəflər arasında N68214 nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən, Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını (6 qramlıq 585 əyarlı 1 ədəd komplekt; 2.7 qramlıq 585 əyarlı 1 ədəd qolbaq; 3.9 qramlıq 585 əyar 1 ədəd sep; 2.6 qramlıq 585 əyar 1 ədəd sep+kulon) 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinin təminatı qismində girov predmeti olaraq iddiaçıya təqdim etmişdir. Müqaviləyə əsasən, girov predmetinin ümumi dəyəri və məhkəmədən kənar ilkin satış qiyməti tərəflər arasında 896,80 manat məbləğində qiymətləndirilməsi razılaşdırılmışdır. - Girovun satılacağı və hərracın yeri haqqında xx.xx.2023-cü il tarixli, BC-BOKT- 993/2023 nömrəli bildirişdən və həmin bildirişin çatdırılmasını təsdiq edən xx.xx.2023-cü il tarixli 839176 nömrəli sürətli poçt qaiməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün, MMC-də girov qoyduğu qızıl-zinət əşyalarının satışa çıxarılacağı, əldə olunmuş vəsaitin borcuna yönəldiləcəyi barədə xəbərdar edilmiş, hərracın yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış, bu barədə bildiriş xx.xx.2023-cü il tarixdə qaiməyə imzalanmaqla rəsmi qaydada cavabdehə çatdırılmışdır. - Maliyyə arayışlarından görünür ki, Cavabdeh "xxxx" MMC-yə borcu- 05 iyun 2023cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 536.74 (beş yüz otuz altı manat, yetmiş dörd qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) olmaqla ümumilikdə 537.28 (beş yüz otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat, 07 iyun 2023cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 429.89 (dörd yüz iyirimi doqquz manat səksən doqquz qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) manat olmaqla ümumilikdə 430.43 (dörd yüz otuz manat qırz üç qəpik) manat, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 1289.62 (min iki yüz səksən doqquz manat altmış iki qəpik) manat faiz borcu isə 1.50 (bir manat əlli qəpik) manat olmaqla ümumilikdə 1291.12 (min iki yüz doxsan bir manat on iki qəpik) manat olmaqla, cəmi 2258.83 (iki min iki yüz əlli səkkiz manat səksən üç qəpik) manat təşkil edir. Bundan başqa, məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hərrac şurası protokollarından və bildirişlər müəyyən olunur ki, Cavabdeh 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinin təminatı qismində girov qoyduğu qızıl-zinət əşyaları satılmış və satışdan əldə olunmuş 1950 manat pul vəsaiti borca yönəldilmişdir. Eyni qaydada, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinin təminatı qismində girov qoyduğu qızıl-zinət əşyaları satılmış və satışdan əldə olunmuş 967 manat pul vəsaiti borca yönəldilmişdir. 09 iyun 2023-cü il tarixli 362/SM- 23 saylı kredit müqaviləsinin təminatı qismində girov qoyduğu qızıl-zinət əşyaları da satılmış və satışdan əldə olunmuş 1289 manat pul vəsaiti borca yönəldilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən "xxxx" BOKT MMC Cavabdeh sadalanan müqavilələr üzrə kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini icra etməməsini əsas gətirərək müqavilələr üzrə yaranmış borcun məhkəmə qaydasında cavabdehdən tutulmasını xahiş edir. İş materiallarında müqavilələrin etibarsızlığını göstərən hər hansı bir hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçı müqavilələrlə üzərinə düşən öhdəliyi icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öhdəliyini tam və lazımi qaydada icra etməyərək qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələblərini pozmuşdur. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilələr üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Belə olan halda, cavabdeh müqavilələr üzrə öhdəliyini icra etmədiyindən tərəflər arasında bağlanmış girov müqaviləsinə əsasən müqavilə predmeti olan əşyalar satılmış və satışından əldə edilmiş məbləğ cavabdehin iddiaçıya olan borcunun ödənilməsinə yönəldilmiş, lakin həmin məbləğ kifayət etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borclarının tutulması hissəsində əsaslıdır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 42,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın 42,60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləlikdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2023-cü il tarixli 343/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 536.74 (beş yüz otuz altı manat, yetmiş dörd qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) olmaqla ümumilikdə 537.28 (beş yüz otuz yeddi manat, iyirmi səkkiz qəpik) manat, 07 iyun 2023-cü il tarixli 352/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 429.89 (dörd yüz iyirimi doqquz manat səksən doqquz qəpik) manat, faiz borcu isə 0.54 (əlli dörd qəpik) manat olmaqla ümumilikdə 430.43 (dörd yüz otuz manat qırz üç qəpik) manat, 09 iyun 2023-cü il tarixli 362/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 1289.62 (min iki yüz səksən doqquz manat altmış iki qəpik) manat faiz borcu isə 1.50 (bir manat əlli qəpik) manat olmaqla ümumilikdə 1291.12 (min iki yüz doxsan bir manat on iki qəpik) manat olmaqla, cəmi 2258.83 (iki min iki yüz əlli səkkiz manat səksən üç qəpik) manat və ödənilmiş dövlət rüsumu 42.60 (qırx iki manat 60 qəpik) manat pul Cavabdeh tutularaq “X4 Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar