Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-695/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 8465.41 manat – bundan 3797.22 manat əsas, 2002.62 manat faiz, 2352.87 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 312.70 manat faiz borcu və iş üzrə ödənilmiş 104.66 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış ********* nömrəli xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədilə 36 ay müddətinə illik 22 % dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən kreditorun borcalana 6370 ABŞ dolları məbləğdə verdiyi kreditin qalıq məbləği 5245.66 ABŞ dolları təşkil edir. Kreditin son ödəmə müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Daha sonra xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə 15 fevral 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata kovertasiya edilməklə 5648.79 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20 faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8465.41 manat təşkil edir. Bundan 3797.22 manat əsas, 2002.62 manat faiz, 2352.87 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 312.70 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********821 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
Cavabdehin etirazı və əsaslandığı hallar:
3. Cavabdeh iddia tələbinin dəlillərinə qarşı etiraz edərək məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
4. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" ASC ilə aralarında bağlanmış müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək vaxtlı-vaxtında tam borcu ödəmişdir. Onun banka heç bir borcu yoxdur. Onun banka borcu olmadığına görə “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən onun kompensasiya alacaq şəxslərin siyahısına daxil edilərək "xxxx" ASC ilə bağlanmış kredit müqaviləsi üzrə hesablanmış 2900 manat mənbləğində kompensasiya ona ödənilmişdir .
İş materialları :
5. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə kreditdən istifadəyə görə illik 22 faiz ödəmək şərti ilə 6370 ABŞ dollar kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.
6. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafikindən görünür ki, Cavabdeh 36 ay (xx.xx.2024-cü il tarixdən xx.xx.2017-ci ilədək) müddətinə, illik 22 % faiz dərəcəsi, hər ay 243.31 ABŞ dolları (son ay 243.18 ABŞ dolları) ödəmək şərtilə 6370 ABŞ dolları əsas borc, 2389.03 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.
7. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 6370 ABŞ dolları məbləğində kredit verilmişdir
8. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, ********* saylı kredit müqaviləsinin 2.1 və 2.3-cü bəndlərinə dəyişiklik edilərək kreditorun borclana 6370 ABŞ dolları verdiyi kreditin qalıq məbləği 5245.66 ABŞ dolları təşkil edir və kreditin son ödəmə tarixi xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur.
9. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2015-ci il tarixli qrafikdən görünür ki, Cavabdeh 38 ay (xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci ilədək) müddətinə, illik 22 % faiz dərəcəsi, 25 ay 200.32 ABŞ dolları, 1 ay 197.36 ABŞ dolları, 11 ay 151.58 ABŞ dolları və sonuncu ay 151.32 ABŞ dolları ödəmək şərtilə 5245.66 ABŞ dolları əsas borc, 778.6 ABŞ dolları faiz ödəməyi öhdəsinə götürmüşdür.
10. xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 USD=1.40 manat) 5648.79 manat təşkil edən məbləğ restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları (1 USD=1.40 manat) manata konvertasiya edilməklə 721.22 manat ayrıca hesabda dondurulmuşdur. Borcalan tərəfindən öhdəliyi bu sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə 12 ay ərzində vaxtında və lazımi qaydada icra edildikdə və ümumi gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları 12 ayın sonunda kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qrafiki üzrə 12 ayın sonunda gecikmə günlərinin sayı 30 gündən çox olarsa, dondurulmuş faiz və cərimə borcları güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin daha sonra isə əsas məbləğin ödənilməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixə uzadılmaq şərti ilə kredit restrukturizasiya edilmişdir.
11. 70028425-17 saylı müqaviləyə Əlavədən görünür ki, Cavabdeh 60 ay (xx.xx.2017ci il tarixdən xx.xx.2022-ci ilədək) müddətinə, illik 20 faiz dərəcəsi ilə, hər ay 11 ay 149.66 manat və sonuncu ay 149.53 manat ödəmək şərtilə 5648.79 əsas borc, 3330.68 manat faiz ödəməyi öhdəsinə götürmüşdür.
12. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2017-ci il tarixli, 21-70028425-40 nömrəli hesab üzrə xx.xx.2017-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cəmi 2850 manat olmuş ödəniş olmuşdur.
13. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2017-ci il tarixli, 21-70028425-44 nömrəli hesab üzrə xx.xx.2017-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, müvafiq hesab üzrə əməliyyatlar keçirilərək cəmi debet 5224.35 manat, ödəniş 1897.56 olmuş və dövrün sonuna qalıq isə 3326.79 manat təşkil etmişdir.
14. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2017-ci il tarixli, 21-70028425-13 nömrəli hesab üzrə xx.xx.2019-xx.xx.2023-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cəmi 800 manat ödənişolmuşdur.
15. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2017-ci il tarixli, 21-70028425-47 nömrəli hesab üzrə xx.xx.2017-xx.xx.2019-cu il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, cəmi 671.40 manat ödəniş olmuşdur.
16. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2019-cu il tarixli, 21-70028425-9 nömrəli hesab üzrə xx.xx.2019-xx.xx.2023-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, dövrün əvvəlinə nomina qalıq 671.4 manat olmuş, 3326.79 manat debet, 200.97 manat ödəniş olmuş və dövrün sonuna qalıq isə 3797.22 manat təşkil etmişdir.
17. LPO İddiaçı ASC tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış xx.xx.2019-ciu il tarixli, 21-70028425-7 nömrəli hesab üzrə xx.xx.2019-xx.xx.2023-cü il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, dövrün əvvəlinə nominal qalıq 3326.79 manat təşkil edir.
18. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü tarixli, **********851 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə müqavilə üzrə 3797 manat əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər üzrə 2002.62 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 2352.87 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 312.70 manat olmaqla, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc olaraq 8465 manat borcu vardır.
19. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü tarixli, **********821 nömrəli bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə LPO banka 3797.22 manat əsas, 2002.62 manat faiz, 2352.87 manat cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 297.86 manat faiz borcu olmaqla, ümumilikdə 8450.57 manat borcu vardır.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1713 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2014-cu il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 23 iyun 2015-ci il tarixdə 01 nömrəli Əlavə Saziş və 02 Əlavə Sazişlərin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh maliyyə arayışının verildiyi müddətə, yəni 28 sentyabr 2023-cü il tarixinə banka olan borc məbləğləri aşağıdakı kimi, müəyyən olunur: əsas borc üzrə-3769.13 manat; faiz borcu üzrə-1442.74 manat; 5% borcu üzrə-305.20 manat; müqavilənin bitmə müddətinə, yəni 15 fevral 2022-ci il tarixinə: əsas borc üzrə-3769.13 manat; faiz borcu üzrə-1442.74 manat; 11 sentyabr 2023-cü il tarixinə əsas borc üzrə-3769.13 manat; faiz borcu üzrə-1442.74 manat; 5% borcu üzrə-296.30 manat.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz manat) təşkil etmişdir.
22. xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə müraciət etmək üçün 104.65 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
23. Məhkəmə iclasında iştirak Cavabdeh izahatında bildirmişdir ki, hazırda onkoloji xəstəlikdən əziyyət çəkir. Bu səbəbdən məhkəmədən kredit borcunun azaldılmasını xahiş etmişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi :
29. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
30. İşin tədqiq edilmiş hallarına əsasən müəyyən olunmuşdur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 24 oktyabr 2014-cu il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmışdır.
31. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
32. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
33. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş kredit müqaviləsi bağlanmışdır.
34. Belə ki, işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında illik faiz dərəcəsi 22 faiz ilə, 36 ay meddətinə hər ay 243.31 ABŞ dolları ödəmək şərtilə 6370 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçıya 8759.03 ABŞ dolları olaraq qaytarmaq şərtilə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Daha sonra həmin kredit müqaviləsi üzrə qalıq borc olan 5245.66 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi müddəti xx.xx.2015-ci il tarixli Əlavə Saziş ilə xx.xx.2018-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Saziş ilə isə qalıq borc məbləği manata konvertasiya edilməklə restruktruziasiya edilmiş və 5648.79 manat məbləğində borcun 3330.68 manat faiz ilə birlikdə, aylıq ödəniş 149.66 manat olmaqla xx.xx.2022-ci il tarixədək ödənilməsi barədə tərəflər razılaşmışlar.
35. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
38. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh 36 ay müddətinə (xx.xx.2014-cu il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixədək), illik 22 % ödəmək şərtilə 6370 ABŞ Dollar məbləğində kredit verilmiş, lakin Cavabdeh iş materiallarına əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
39. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
40. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
41. Belə ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin 4.1.5-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditor müqavilədən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir.
42. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdehnın öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
43. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
44. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixinə olan maliyyə arayışından görünür ki, iddiaçı cavabdehdən 3797.22 manat əsas borc, 2002.62 manat müqavilə müddəti üçün hesablanmış fazi borcu, 2352.87 manat cərimə və 312.7 manat gecikdirilmiş vaxt üçün hesablanan fazi məbləğinin tutulması tələbini irəli sürmüşdür.
45. Cavabdeh is tələb edilən borc məbləğinə etiraz edərək, məhkəməyə yazılı vəsatətlə müraciət edərək məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini tələb etmişdir.
46. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1713 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh maliyyə arayışının verildiyi müddətə, yəni 28 sentyabr 2023-cü il tarixinə banka olan borc məbləğləri - əsas borc üzrə 3769.13 manat; faiz borcu üzrə 1442.74 manat; 5% borcu üzrə 305.20 manat; müqavilənin bitmə müddətinə, yəni 15 fevral 2022-ci il tarixinə - əsas borc üzrə 3769.13 manat; faiz borcu üzrə 1442.74 manat; 11 sentyabr 2023-cü il tarixinə əsas borc üzrə 3769.13 manat; faiz borcu üzrə 1442.74 manat; 5% borcu üzrə 296.30 manat təşkil etdiyi müəyyən edilmişdir.
47. Məhkəmə qeyd edir ki, ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
48. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
49. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə qurtarmışdır.
50. Belə olan halda iddiaçı həmin tarixədək kreditdən istifadəyə görə faizləri, həmin tarixdən sonra isə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış illik 5%-i tələb edə bilər.
51. Ekspert rəyinə əsasən müəyyən olunur ki, krredit müqaviləsi üzrə əsas borc 3769.13 manat və müqavilənin bitmə müddətin, yəni 15 fevral 2022-ci il tarixinə kreditdən istifadəyə görə faiz borcu 1442.74 manat təşkil edir.
52. İddiaçı qeyd etdiyimiz kimi cavabdehdən həmçinin Mülki Mcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz olaraq 312.7 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür.
53. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
54. İddiaçı tərəfindən cavabdehdən xx.xx.2023-cü il tarixədək hesablanmış 312.70 manat məbləğində gecikdirilmiş vaxt üçün faiz məbləğinin tutulması tələbi irəli sürülmüşdür.
55. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq, cavabdehdən xx.xx.2023-cü il tarixədək ekspert rəyinə əsasən hesablanaraq müəyyən edilmiş 305.2 manat məbləğində gecikdirilmiş vaxt üçün faizin tutulmasını əsaslı hesab edir.
56. İddiaçı LPO "xxxx" ASC həmçinin Cavabdeh 2352.87 manat məbləğində cərimə məbləğinin tutulması tələbini irəli sürmüşdür.
57. İddiaçı LPO "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin 2.5-ci bəndində nəzərdə tutulmuşdur ki, gecikdirilən borc məbləğinə cərimə kimi illik 44% dərəcəsilə, aylıq isə 3.67% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir.
58. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq 2352.87 manat təşkil edən cərimə məbləğinin 100 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
59. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ödənilmiş 104.66 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
60. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76.17 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
61. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunur ki, iş üzrə ekspertiza xərci 100 manat təşkil etmişdir.
62. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci iş üzrə tərəflər arasında bərabər şəkildə bölünməli, iddiaçı ləğv Prosesində Olan İddiaçı ASC-dən 50 (əlli) manat və Cavabdeh 50 (əlli) manat məbləğində pul vəsaiti Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
Nəticə :
63. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh 3769.13 manat əsas borc, 1442.74 manat kreditdən istifadəyə görə faiz borcu, 305.2 manat Azərabycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5 borcu, 100 manat cərimə olmaqla, cəmi 5617.07 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.17 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3769.13 manat əsas borc, 1442.74 manat kreditdən istifadəyə görə faiz borcu, 305.2 manat Azərabycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan illik 5 borcu, 100 manat cərimə olmaqla, cəmi 5617.07 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76.17 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olaraq 100 manat məbləğində vəsait tərəflər arasında bərabər şəkildə bölünsün. 50 manat məbləğində vəsait İddiaçı ASC-dən və 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi AZ34CTRE********************) keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva