Məhkəmə qərarları › İş №e-2(007)-746/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-746/2024

01.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-746/2024 01.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X20 katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurub. Həmin tarixdə nikahları nikahın bağlanması haqqında akt qeydləri kitabında 584 nömrəsi ilə qeyd edilib və onlara Nizami rayon qeydiyyat şöbəsi tərəfindən AZ-l seriyalı 664386 saylı nikah haqqında șəhadətnamə verilib. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2016-cü il təvəllüdlü X14 dünyaya gəlib. Əvvəllər ailə münasibətləri normal olsa da, sonrada ailə münasibətləri pozulub, bu səbəbdən o, birgə yaşadıqları evdən uşaqları ilə bərabər çıxaraq valideynlərinin evinə gedib. O, Bakı şəhəri Nizami Rayon Məhkəməsinə “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət edib və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 1318/2021 saylı qətnamə ilə onunla Cavabdeh arasında 30 aprel 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 584 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X13 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X14 yеtkinlik yаşınа çаtаnаdək onun himayəsində saxlanılması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 29 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)-1318/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq ona verilməsini qət edərək, iddianı tam təmin edilib. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-2076/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin ediməyib, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1318/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılıb. Qeyd edir ki, onunla Cavabdeh arasındakı əmlak mübahisəsinə dair e-2(007)-3591/2023 saylı iş hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmək zərurəti yaranıb. Sözügedən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1318/2021 saylı qətnaməsinin qəbulundan artıq uzun müddət keçdiyindən və birgə nikahdan doğulmuş X5 və X1 üçün hər bir uşağa 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin hazırkı şərtlərdə nə qədər az olduğu açıq aşkar görünür. Üstəlik uşaqları yaşa dolduqca, günü-gündən artan xərclər, eləcə də onların sağlam və savadlı böyüməsi üçün məsariflər artıq onun üçün ağır gəlir. Hesab edir ki, hazırkı yaşayış standartları, həmçinin növbəti il üzrə qəbul ediləcək yaşayış minimumu nəzərə alınmalıdır. Həmçinin qeyd edir ki, iddia üzrə cavabdehə ilkin olaraq işin mediasiyada həlli üçün təklif göndərilib, lakin cavabdeh mediasiya prosesində iştirak etməyib. Nəticədə, xx.xx.2023-cü il tarixdə mediator tərəfindən iclas keçirilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilib. Qeyd edilənlərə əsasən xx.xx.2015-ci il tаriхdə anadan olmuş X13 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin, 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin cavabddeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili X15 iddia tələbinin həcminin artırılmasına dar ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, birgə nikahdan doğulmuş X6 anadangəlmə səhhəti ilə əlaqədar problemlər olduğundan onun müalicəsi, sağalması, eləcə də əlavə xərclərin çəkiləməsi hallarını nəzərə alaraq, hesab edir ki, bu xərclərin çəkililməsi hər iki tərəfin öhdəliyindədir və aliment məbləği həmin uşağa münasibətdə artırılmalıdır. Məhkəməyə təqdim etdikləri Mərkəzi Klinikanın xx.xx.2022-ci il tarixli pediatrik transtorakal exokardiolqrafiya protokolundan göründüyü kimi X9 “yüngül dərəcə Trikuspit qapaq çatışmazlığı” diaqnozu qoyulmuş və 6 ay sonra kontrol müayinə məsləhət görülüb. Həmçinin, “Dayaq” ortez və protez mərkəzinin xx.xx.2024-cü il arayışından da görünür ki, X14 ortopedik müayinədən keçib, müayinə əsasında anadangəlmə çəkmə döş diaqnozu qoyulub, təyin olunmuş ortezin qiyməti 950 AZN (doqquz yüz əlli manat) qeyd olunub. Eləcə də sinə deformasiyası tam aradan qalxanadək mütəmadi olaraq müalicə üçün hər ay yoxlanışın keçrilməsi və müşahidə altında tutulmasının vacibliyi vurğulanıb. Qeyd edilənlərə əsasən xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X2 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləği artırılaraq hər uşaq üçün 235 AZN (iki yüz otuz beş manat) olmaqla, toplamda 470 AZN (dörd yüz yetmiş manat) sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi, xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 xəstəliyi sağalanadək müalicəsi üçün çəkilən və gələcəkdən çəkiləcək olan əlavə xərclərin qarşılığı olaraq həmin uşaq üçün əlavə 215 AZN (iki yüz on beş manat) pul məbləğində xərcin hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 50 AZN mediasiya prosesi üçün çəkilən xərcin cavabddeh Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizələrlə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı vəziyyəti ilə əlaqədar olaraq heç bir yerdə rəsmi yerdə işləmədiyinə görə alimentin artırılması ilə razı deyil. Çatdıra bilmir, özünü səhhətinə görə müalicə edir, himayəsində yaşlı atası və anası var. O, hər iki uşaq üçün 300 manat manatı çətinliklə ödəyir. Uşaqarın anası uşaqları onunla ünsiyyət etməyə qoymur. Uşaqlarını görə bilmir. Buna baxmayaraq o, üzərinə düşən valideyn borcunu ödəyir. İddia tələbini əlavə xərclərlə bağlı hissəsində qəbul etmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X15 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, nikah dövründə uşaqları müayinə ediblər və heç bir əlillik təyin edilməyib. Uşaqları gəzintiyə aparıb, uşaqların ikisidə aktivdirlər, oynayırlar. Uşaq müayinə olunursa, uşağı ona versin, özü müalicə edəcək. Uşaqları ilə hazırda görüşmür. Övladı Nərimanın sinəsində batıq olduğunu bilir. 300-350 manat məbləğində alimenti çətinliklə ödəyir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X12 arasında 30 aprel 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 584 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X13 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yеtkinlik yаşınа çаtаnаdək anaları X4 himayəsində saxlanılması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 29 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)- 1318/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq X7 verilməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2076/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh verdiyi apellyasiya şikayəti təmin olunmayaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1318/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır; - Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı "xxxx" MMC-də kadrlar üzrə böyük mütəxəssis vəzifəsinə işləyir və aylıq əmək haqqı məbləği 1035 manat təşkil edir, Cavabdeh əmək müqaviləsi haqqında məlumat aşkar edilməmişdir; - Dayaq Ortez və Protez Mərkəzinin xx.xx.2024-cü il tarixli arayının surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X14 xx.xx.2023-cü il tarixində “Dayaq ortez və protez mərkəzi”ndə ortopedik müayinədən keçmişdir və müayinə əsasında anadangəlmə çəkmə döş diaqnozu qoyulmuşdur. Müalicə məqsədi ilə “Pectus Excavatum” ortezi təyin olunmuşdur. Təyin olunmuş ortezin qiyməti 950 manatdır. Mütamadi olaraq hər ay yoxlanışda olmalı və müşahidə altında tutulmalıdır. Müalicə sinə deformasiyası tam aradan qaldırılana kimi davam edəcək. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətindən xx.xx.2015-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X14 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1318/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ilə X12 arasında 30 aprel 2011-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 584 № ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X13 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yеtkinlik yаşınа çаtаnаdək anaları X4 himayəsində saxlanılması, xx.xx.2015-ci il tаriхdə anadan olmuş X5 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh 29 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(007)-1318/2021 saylı qərardadı ilə müvəqqəti tutulmuş alimentin məbləği çıxılmaqla) tutularaq X7 verilməsi qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən X6 müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2021-ci ildə hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra iki ildən artıq müddət keçmişdir, bu müddətdə uşaqlar böyümüş, onların tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə müəyyən edilmiş alimentlə uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə dəyişdirilməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində olan uşaqların mənafeyi ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 470 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Məhkəmə həmin halları nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 200 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Qeyd edilənlərlə müəyyən olundu ki, azyaşlı X10 anadangəlmə çəkmə döş diaqnozu ilə müalicə təyin olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir. Məhkəməyə uşağın xəstəliyi və müalicəsi ilə bağlı sənədlər təqdim edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X3 xəstəlikdən əziyyət çəkməsini, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alaraq, belə qənaətə gəlir ki, 215 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbi qismən təmin edilərək, cavabdeh uşağa çəkilən əlavə xərclərə cəlb edilməli və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1318/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməli, Cavabdeh, İddiaçı xx.xx.2016-cı il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə ödənilmiş 50 manat məbləğində pulun əvəzi cavabdehdən tutularaq ona ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1318/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa hər ay 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilsin. Cavabdeh, İddiaçı xx.xx.2016-cı il tarixdə doğulmuş X9 çəkilən əlavə xərclərə cəlb edilsin və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulsun. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pul Cavabdeh tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar