Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-774/2020 07.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 09.07.2019-cu il tarixdə bağlanmış VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 768 manat olan “HP NB 15 15 R6 H750” markalı bir ədəd notebook ödəniş qrafikinə əsasən nisiyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqaviləyə əsasən, alıcı ödəniş gecikdirdiyi məcmu borcun bir faizi həcmində satıcını xeyrinə faiz ödəyir. Lakin cavabdeh üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş və bununla da onun hal-hazırki vaxta ödənilməmiş 768 manat məbləğində borcu yaranmışdır. Göstərilənlərə əsasən, Cavabdeh ilə 09 iyul 2019-cu il tarixdə bağlanmış VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 768 manat əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun bir faizi həcmində 152 manat cərimə, cəmi 920 manat və 30 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsindən görünür ki, şirkət Cavabdeh qiyməti 768 manat olan “HP NB 15 15 R6 H750” markalı bir ədəd notebooku nisiyə satmışdır. Cavabdeh həmin məbləği ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 23 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 iyul 2019-cu il tarixli VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 768 manat əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun bir faizi həcmində 152 manat cərimə, cəmi 920 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 09 iyul 2019-cu il tarixli, VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, nisiyə olaraq aldığı malın dəyərini ödəməmiş, İddiaçı MMC-nin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 09 iyul 2019-cu il tarixli, VİP 17692 saylı nisiyə alqı-satqı müqaviləsi üzrə 768 manat əsas borc, 152 manat cərimə borcu olmaqla, ümumilkdə 920 manat və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-774/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-774/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver