Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-780/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə "xxxx" KB ASC-yə 122.57 manat əsas borc olmaqla, cəmi 122.57 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, kreditor "xxxx" KB ASC ilə borclu X2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 35 ay müddətinə, illik 28%ödəmək şərt ilə 200 manat məbləğində kredit verilmişdir. Borclu-mərhum X2 vəfat etdiyi müəyyən olduğundan tərəfimizdən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Bakı şəhəri 52 saylı notariat ofisinə məktubla müraciət olunmuşdur. Bakı şəhəri 52 saylı notariat ofisi məktub ilə Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26 noyabr 2024, şənbə tarixinə "xxxx" KB ASC-yə 122.57 manat əsas borcu olmaqla, cəmi 122.57 manat borcu yaranmışdır. Bakı şəhəri 52 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdırdıqları işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum X1 miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olublar. Yuxarıda qeyd olunan maddələrə əsasən cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır.
İş materialları :
3. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsi ilə tanış olmuş, onun bütün şərtləri ilə razılaşaraq bütün öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh məxsus olan ********** mobil nömrəyə sms göndərilməklə xx.xx.2025-ci il tarixədək illik 29.3%-lə 8000 manat nağd kredit (komissiya 405 manat aylıq ödəniş 337 manat) və Ucard kartınıza illik 28% ilə 400 manatlıq kredit xətti açmağı təklif edilmiş və köçürülmüşdür.
5. Bakı şəhəri 52 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 549/24 nömrəli məktubundan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir, Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə, 15/2023 nömrəli reyestrlə vərəsəlik işi açılmış və mirası qəbul etmiş şəxs Cavabdehdur və ona Bakı şəhəri 52 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə, 2V-106 nömrəli reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
6. xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
Tətbiq edilən hüquq :
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
8. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
9. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Məhkəmənin mövqeyi :
10. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
11. Belə ki, iddia ərizəsinin sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş və məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilmişdir. Lakin iş üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı "xxxx" ASC ərizələr ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
12. Mülki prosessual qanunvericiliyə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
13. Belə olan halda məhkəmə qeyd edir ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə baxan məhkəmə iddiaçının vəsatəti ilə işin məhkəmə baxışına hazırlanması zamanı ərizəni geri qaytara bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.
15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
16. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməli və iddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
17. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu :142211, Transaksiya nömrəsi:**********31; tarix:xx.xx.2023, saat: 12:18) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli ərizəsi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; Qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu :142211, Transaksiya nömrəsi:**********31; tarix:xx.xx.2023, saat: 12:18) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Starə Əliyeva