Məhkəmə qərarları › İş №e-2(007)-782/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-782/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-782/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Firudan oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh2 ilə bank arasında bağlanan xx.xx.2019-cu il tarixli “Bolkart Gənc” müqaviləsinə əsasən bank borcluya 5 il müddətinə, illik 1% olmaqla 10045.98 manat məbləğində kredit verib. Hazırda cavabdeh “ödəniş cədvəlinə əsasən” ödəməli olduğu kredit və hesablanan faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyini vaxtından əvvəl icrasını tələb edə bilər.Digər Cavabdeh1 Firudan oğlu ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsi üzrə əsas borclu ilə birgə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1n oğlundan birgə qaydada 5296.48 manat əsas borc,1.35 manat faiz borcu olmaqla cəmi 5297.83 manat borcun və 73 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Firudan oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Bolkart Gənc” müqaviləsindən görünür ki, bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 10045.98 manat məbləğində kredit verib. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Firudan oğlu həmin kredit müqaviləsinə dair öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 15 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki,həmin kredit müqaviləsi üzrə cavabdehin banka vardır. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki,bank pretenziya qaydasına əməl etmişdir. Məxaric qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 73 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Bolkart Gənc” müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 1% olmaqla 10045.98 manat məbləğində kredit verib. Bank həmin müqavilələr ilə üzərinə götürdüyü öhdəliklərə əməl edərək kredit məbləğini ödəmiş,borclu isə öz öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə onun banka 5296.48 manat əsas borc,1.35 manat faiz borcu olmaqla cəmi 5297.83 manat borcu borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.Digər Cavabdeh1 isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Ona görə də iddia təmin olunmalı, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5296.48 manat əsas borc,1.35 manat faiz borcu olmaqla cəmi 5297.83 manat borc və 73 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 5296.48 manat əsas borc,1.35 manat faiz borcu olmaqla cəmi 5297.83 manat borc və 73 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar