Məhkəmə qərarları › İş №e-2(007)-831/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-831/2021

09.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-831/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Cavabdeh İddiaçı Ağsu X4 İdarəsinə dəymiş 1411.90 (bir min dörd yüz on bir) manat 90 qəpik məbləğində maddi ziyanın, iddia ərizəsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun, ümumilkdə 1442.30 (bir min dörd yüz qırx iki) manat 30 qəpik məbləğin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Cavabdeh 08 may 2019-cu il tarixində, təxminən saat 18:00 radələrində idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil İddiaçı İB-nin Ağsu X4 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan və həmin ərazidən keçən D-57 mm-lik qaz kəmərinin üzərində quraşdırılmış şkaf tipli qaztənzimləyici məntəqəyə (ŞQTM) çırpılaraq həm onu, həm də qaz kəmərini qıraraq yararsız hala salmışdır. Qaz kəmərinin qırılması nəticəsində qaz itkisi də baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın hesablanması zamanı İddiaçınə ümumilkdə 1411.90 (bir min dörd yüz on bir) manat 90 qəpik məbləğində ziyan dəydiyi müəyyən edilmişdir. Bura qaz kəmərinin təmiri zamanı istifadə edilmiş malmaterialların, yararsız vəziyyətə düşmüş şkaf tipli qaztənzimləyici məntəqənin (ŞQTM) və itkiyə getmiş təbii qazın dəyəri daxildir. Baş vermiş hadisənin araşdırılması, İddiaçınə dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsi üçün 30.05.2019-cu il tarixli, 01NM- 13HŞ-706 nömrəli məktubla İsmayıllı rayon Polis şöbəsinə müraciət edilmiş, İsmayıllı rayon Polis şöbəsində aparılmış təhqiqatın nəticəsi olaraq daxilı olmuş material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin tərəflərin dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüqularının olduğu müəyyən edilmişdir. Bununla bağlı İsmayıllı RPŞ-də 24 iyun 2019-cu il tarixli Qərar qəbul edilmişdir. Bundan sonra 10 oktyabr 2019-cu il tarixli, 01NM-13HŞ-1333 nömrəli məktubla İddiaçı Ağsu RQİİ-nə dəymiş ziyanın ödənilməsi üçün Cavabdeh öğlunun ünvanına məktub göndərilmişdir.Lakin keçən müddət ərzində hesablanmış ziyandan heç bir ödəniş edilməmiş, vurulmuş ziyanın ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir əməli addım atılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, qaz kəmərinin üzərində quraşdırılmış şkaf tipli qaztənzimləyici məntəqə (ŞQTM) işlək vəziyyətdə deyildir. Cavabdeh tərəfindən nöqsan aradan qaldırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməni əvvəlki iclasında iştirak etmiş cavabdeh Cavabdeh bildirdi ki, qaz kəmərinin üzərində quraşdırılmış şkaf tipli qaztənzimləyici məntəqə (ŞQTM) onun tərəfindən xərci çəkilməklə təmir edilmişdir. Buna görə 280 manat dəyərində material almış, 200 manat məbləğində təmirə görə fəhlələrə vəsait ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 may 2019-cu il tarixində tərtib edilmiş akta əsasən qaz itkisinin hesabatından görünür ki, 08 may 2019-cu il tarixdə saat 21.20 radələrində İsmayıllı XS-nin 104 xidmətinə naməlum avtomobilin İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivində Baxışov Dursunun həyətinin qarşısından keçən qaz xəttinin üzərində yerləşən ŞQTM-nin vurulması barədə məlumat daxil olmuşdur. Qaz xəttinə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, qaz xətti üzərində olan ŞQTM-200 kub metr/saat, kranlar və keçidləri avtomobil vurması nəticəsində qırılmışdır. Məlum olmuşdur ki, qaz xəttini Cavabdeh idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək qaz xəttinə dəyməsi nəticəsində qırılmışdır. Hadisə nəticəsində qaz xəttinin üzərində olan 1 ədəd ŞQTM, 4 ədəd d-57 mm-lik əymə, 1 ədəd d-50 mm-lik kran və 6 metr d-57 mm-lik polad boru istismara yararsız vəziyyətə düşmüşdür. Qaz kəmərinə müdaxiləyə görə qaz həcmi ilə birlikdə 1411.90 manat dəyərində ziyan dəymişdir. - 09 may 2019-cu il tarixdə İsmayıllı XS-nin TBX-nin mühəndisi Emin Mürşüdov, İsmayıllı XS-nin TBX-nin çilingəri Mətləb Rəsulov, İsmayıllı XS-nin sürücüsü Səlim Ələkbərov tərəfindən tərtib edilərək imzalanmış Aktdan görünür ki, 08 may 2019-cu il tarixdə saat 21.20 radələrində İsmayıllı XS-nin 104 xidmətinə naməlum avtomobilin İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivində Baxışov Dursunun həyətinin qarşısından keçən qaz xəttinin üzərində yerləşən ŞQTM-nin vurulması barədə məlumat daxil olmuşdur. Qaz xəttinə texniki baxış keçirilmiş və aşkar edilmişdir ki, qaz xətti üzərində olan ŞQTM-200 kub metr/saat, kranlar və keçidləri avtomobil vurması nəticəsində qırılmışdır. Məlum olmuşdur ki, qaz xəttini Cavabdeh idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarəetməni itirərək qaz xəttinə dəyməsi nəticəsində qırılmışdır. Hadisə nəticəsində qaz xəttinin üzərində olan 1 ədəd ŞQTM, 4 ədəd d-57 mm-lik əymə, 1 ədəd d-50 mm-lik kran və 6 metr d-57 mm-lik polad boru istismara yararsız vəziyyətə düşmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 08 may 2019-cu il tarixində, idarə etdiyi “Nissan-X Trail” markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı rayonunun Aşağıbaş yaşayış massivi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək yol nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobil İddiaçı İB-nin Ağsu X4 İdarəsinin İsmayıllı Xidmət Sahəsinin balansında və istismarında olan və həmin ərazidən keçən D-57 mm-lik qaz kəmərinin üzərində quraşdırılmış şkaf tipli qaztənzimləyici məntəqəyə (ŞQTM) çırpılaraq həm onu, həm də qaz kəmərini qıraraq yararsız hala salmışdır. Qaz kəmərinin qırılması nəticəsində qaz itkisi də baş vermişdir. Hazırda İddiaçı İB Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı İByə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1411.90 manat, dövlət rüsumu olaraq ödənilmiş 30.40 manatın əvəzi olmaqla, cəmi 1442.30 manat pul vəsaiti tutularaq İddiaçı İB-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1411,90 manat, dövlət rüsumu olaraq ödənilmiş 30,40 manatın əvəzi olmaqla, cəmi 1442,30 (bir min dörd yüz qırx iki manat otuz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı İB-yə ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar