Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-831/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 oğlu İddiaçı QSC tlə xx.xx.2023cü il tarixdə bağladığı müqaviləyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X3 oğlu aylıq faiz dərəcəsi 1.625% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilənin 7.7-ci bəndinin tələbini pozaraq ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X3 oğlu götürdüyü kredit borcundan 548.91 manat ödəmiş, onun 9451.09 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır, Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarıİmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 212 gün üçün hesablanmış faiz borcu 1166.61 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 212 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 238.16 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-cı bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. Bundan başqa X3 oğluna Access Bank» QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 061KK**********01 saylı kart kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, 1000 (min) manat məbləğində kredit limiti açılmışdır. Bank krediti kredit alana plastik kartı vasitəsi ilə təqdim etmişdir. X3 oğlunun kart kredit müqaviləsi üzrə 998.98 manat məbləğində kredit borcu qalmışdır. Kart kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcu 197.40 manat təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü maddəsinə əsasən, kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka qaytarmağı öz üzərinə götürür. X3 oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmiş, sorğulara cavab olaraq məhrumun vərəsəsinin Cavabdeh olduğu və sonuncuya xx.xx.2024-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. X3 oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsəsinə qarşı tələb hüququ mövcuddur. Göstərilənləri əsasən, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 061A********** saylı kredit müqaviləsi üzrə 9451.09 manat kredit borcu. 1166.61 manat faiz borcu və 238.16 manat cərimə borcu olmaqla, cəmi 10855.86 manat, 061KK**********01 saylı kart krediti müqaviləsi üzrə 998.98 manat kredit borcu, 197.40 manat faiz borcu olmaqla, cəmi 1196.38 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 12052 (on iki min əlli iki) manat 24 qəpik borcun və ödənilmiş 126.20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə verərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə X3 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 061A********** saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 oğluna 48 ay müddətinə illik 19.5% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. X3 oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 oğlunun xx.xx.2023-cü il tarixli 061A********** saylı Kredit müqaviləsi üzrə banka xx.xx.2024-cü il tarixə 9451.09 manat əsas, 1166.61 manat faiz, 238.16 manat cərimə olmaqla, cəmi 10855.86 manat borcu vardır. - İddiaçı QSC ilə X3 oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı Kredit müqaviləsindən görünür ki, bank tərəfindən X3 oğluna 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. X3 oğlu kreditin əsas məbləğini kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X3 oğlunun xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı Kredit müqaviləsi və Visa OK Credit Cards kartı üzrə banka xx.xx.2024-cü il tarixə 998.98 manat əsas, 197.40 manat faiz olmaqla, cəmi 1196.38 manat borcu vardır. - İddiaçı QSC-nin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh Bank qarşısında olan gecikdirilmiş borcun qaytarılması və ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı QSC yaranmış tam borcun ödənilməsi üçün məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edəcəyi barədə xəbərdar etmişdir. - AZ-İİ seriyalı 410144 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 235 nömrə ilə qeyd edilmişdir; - xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 oğlunun vərəsəsi ünvan 1-da qeydiyyatda olan, Cavabdeh miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. Şəhadətnamə verilən miras əmlaka –ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 160.1 kv.m olan mənzil daxildir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 127.21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə X3 oğlu arasında xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, borclu müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 061A********** saylı Kredit müqaviləsi üzrə bank tərəfindən X3 oğluna 48 ay müddətinə illik 19.5% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC tərəfindən X3 oğluna xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı Kredit müqaviləsi üzrə bank tərəfindən X3 oğluna 36 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. X3 oğlu qeyd olunan məbləğlərii kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh X3 oğlu xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlakdan tam hissədə paya dair Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə almışdır. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qeyd edilən səbəblərdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X3 oğlunun vərəsəsi olan Cavabdeh miras əmlakı qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 9451.09 manat əsas borc, 1166.61 manat faiz borcu, 238.16 manat cərimə borcu olmaqla, cəmi 10855.86 manat pul və xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı kredit müqaviləsi üzrə 998.98 manat əsas borc, 197.40 manat faiz borcu olmaqla, cəmi 1196.38 manat pul və 126.20 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə 9451.09 manat əsas borc, 1166.61 manat faiz borcu, 238.16 manat cərimə borcu olmaqla, cəmi 10855.86 manat pul və xx.xx.2023-cü il tarixli 061KK**********01 saylı kredit xətti müqaviləsi üzrə 998.98 manat əsas borc, 197.40 manat faiz borcu olmaqla, cəmi 1196.38 manat pul və 126.20 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-831/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-831/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver