Məhkəmə qərarları › İş №e-2(007)-850/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-850/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-850/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nı̇ n nümayəndəsı̇ Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 2112,91 manat borc, ödənilmiş 41,87 (qırx bir manat səksən yeddi qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin Sənaye filialı ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********42 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən X6 28 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla, 2300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən X5 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixdə 2V-732 reyestr nömrəli əmlak ilə bağlı vərəsəlik şəhadətnaməsi verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, X5 Banka ödənilməmiş qalan 2112,91 manat borcu qalmışdır. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********42 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 28 ay müddətinə illik 20 faiz ödənilmək şərti ilə 2300 manat məbləğində kredit verilmişdir. X3 bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən Cavabdeh anası X4 qalmış mirası qəbul etməsi və xx.xx.2021-ci il tarixdə ona 2V-732 reyestr nömrəli əmlak ilə bağlı vərəsəlik şəhadətnaməsi verilməsi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə Cavabdeh ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi öz təsdiqini tapmışdır. "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 2101,31 manat əsas, 11,60 manat faiz borcu olmaqla, cəmi 2112,91 manat məbləğində borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənlərlə müəyyən olundu ki, X2 iddiaçı "xxxx" ASC ilə bağladığı xx.xx.2020ci il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X7 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 vəfat etdiyindən və onun vərəsəsi Cavabdeh olduğundan, ona ünvan 2 ünvanında yerləşən 35 saylı mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyindən və vərəsəlik üzrə əmlakın dəyəri kredit borcunun ödənilməsi üçün yetərli olduğundan həmin borcun ödənilməsinə Cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh X7 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh da onun vərəsəsi olduğundan yaranmış borc məbləğini və digər xərclər onun tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "xxxx" ASC-nin xeyrinə ümumilkdə 2112,91 manat borc məbləği və ödənilmiş 41,87 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2112,91 manat borc məbləği, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41,87 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar