Məhkəmə qərarları › İş №e-2(007)-866/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-866/2023

14.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-866/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvabdeh Cavabdeh 12230 (on iki min iki yüz otuz) manat məbləğində borcun, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə əlavə 1000 (bir min) manat məbləğində faiz pulun, iddia ərizəsi üçün ödənilmiş 130 (bir yüz otuz) manat məbləğində dövlət rüsumunun və həmçinin nümayəndəyə, vəkilə çəkilən 370 (üç yüz yetmiş) manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh iddiaçının anasının xalası qızıdır və qohum-əqrabası sayılır. Cavabdeh qohumluq əlaqələrindən istifadə edərək dəfələrlə ondan pul almış və qaytarmışdır. Təxminən yenə də Tahir adlı oğlunu işə düzəltmək adı ilə ondan pul istəməyə gəlmiş, 16000 manat məbləğində pul lazım olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Bununla da, tərəfindən ona 8000 manat məbləğində 08 avqust 2021-ci il tarixində yoldaşı Nəsib ilə cavabdehin evinə birdəfəlik, 2000 işdə, 18 avqust 2021-ci il tarixində isə kredit müqaviləsi bağlayaraq faizsiz 6000 manat məbləğində pul verilmişdir. 10000 manat məbləğində puldan sentyabr– oktyabr aylarında 3000 manatı qaytarmış qalan məbləği bu vaxtadək qaytarmaqdan imtina etmişdir. Cavabdeh bu hərəkətlərindən aldadıldığını görəndə 14 fevral 2022-ci il tarixində ərizə ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət edərək, ona qarşı dələduzluq edildiyini bildirmişdir. Onun şikayəti əsasında Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində araşdırılma aparılmış, Cavabdeh polis idarəsinə dəvət olunmuş və izahatı alınmışdır. Araşdırılma zamanı izahatı alınmış Cavabdeh etiraf edərək bildirmişdir ki, həqiqətən də o, 2021-ci ilin avqust ayında iş yoldaşı X2 ilə biznes işi görmək istəyən zaman, iş görmək üçün o qohumu Esmiradan ilkin olaraq 8000 manat borca pul istəmiş, Esmira ona 8000 manat pulu bir ayını 15 faizlə verə biləcəyini bildirdikdə o razılaşmış, Afaq ilə birlikdə Esmiranın yaşadığı evə gələrək sonuncudan 8000 manat pulu 15 faizlə borca götürərək, evdən çıxıb avtomobilə əyləşəndən sonra 8000 manat pulu Afaqa verdiyini, Afaq 8000 manat pulun 500 manatını onun yaşadığı evin kirayə pulunu ödəmək üçün verdiyini, təxminən 10 gündən sonra onun şəxsən özünə 2000 manat pul lazım olduğu üçün Esmiradan 2000 manat borca pulu 20 faiz ilə borca alaraq övladının təhsil haqqını ödəyəcəyini, xx.xx.2021-ci il tarixində Afət ilə ona yenidən pul lazım olduğu üçün o Esmiradan yenidən 6000 manata borca pul lazım istədikdə, xx.xx.2021-ci il tarixində Esmira ilə 5 saylıAsan Xidmətdə görüşərək, Asan xidmətdə Esmira ilə aralarında borc, kredit müqaviləsi bağlayaraq Esmiradan 6000 manat faizlə pul aldığını bildirmiş, qohumu Esmiradan ümumilikdə 1600 manat faizlə borc pulunu alsa da, həmin pulun ümumilikdə 3570 manat faizini Esmiraya ödədiyini, hazırda Esmiraya olan 12230 manat pulu yaxın müddətdə qaytaracağını bildirmişdir. Araşdırılma zamanı material aidiyyəti üzrə davam etdirilməsi üçün Bakı şəhəri Nizami rayon Polis İdarəsinə göndərilmiş və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 03 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh barəsində cinayət işinin başlanması rədd olunmuş, ona isə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdır. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 03 aprel 2022-ci il tarxli cinayət işinin başlanmasının rədd olunması barədə qərarına əsasən Cavabdeh ona borclu olduğunu etiraf etmiş və həmin qərarda öz təsdiqini tapmışdır. Göründüyü kimi, Cavabdeh 12230 manat məbləğində borclu olduğunu etiraf etmiş və bu günə kimi pulu qaytarmamış, onun vəsaiti ilə əsassız varlanmış, gəlir əldə etmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, göstərilən hüquq normalarına uyğun olaraq məhkəmədən cаvabdeh Cavabdeh 12230 (on iki min iki yüz otuz manat) məbləğində borcun, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə əlavə 1000 (bir min manat) məbləğində faiz pulun, iddia ərizəsi üçün ödənilmiş 130 (bir yüz otuz manat) məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 370 (üç yüz yetmiş) manatın alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, pulu götürərkən bildirmişdir ki, X2 ilə birlikdə biznes qururlar. Onlara işə qoymaq üçün pul lazım idi. İddiaçı indi onun oğlunun adını hallandırır ki,o, oğlunu işə düzəltmək üçün pul almışdır. İddiaçı Afaq ilə əvvəldən tanışdır. O, Esmiranı 2019-cu ildə "X5 xadimə işinə düzəltdiyi zaman Afaq da onlarla işləyirdi. Esmira Afaqı o vaxtdan tanıyırdı. Yəni o Afaqla birlikdə işləyib və bir-birlərini kifayyət qədər yaxşı tanıyırlar. O, həqiqətən də 2021-ci ilin avqust ayında iş yoldaşı X2 ilə biznes işi görmek istəyən zaman, iş görmək üçün qohumu Esmiradan ilkin olaraq 8000 manat borca pul istəmiş, Esmira ona 8000 manat pulu bir ayını 15 faizlə verə biləcəyini bildirdikdə o, Afaqa bildirmiş, onlar razılaşmışlar, Afaq ilə birlikdə Esmiranın yaşadığı evə gələrək ondan 8000 manat pulu 15 faizlə borca götürərək, evdən çıxıb avtomobilə əyləşəndən sonra 8000 manat pulu Afaqa vermiş, Afaq 8000 manat pulun 500 manatını ona yaşadığı evin kirayə pulunu ödəmək üçün vermişdir. Bunları Afaq Bakı şəhəri Xəzər rayon Polis İdarəsində izahatı alınarkən bildirmişdir. Təxminən 10 gündən sonra onun özünə 2000 manat pul lazım olduğu üçün Esmiradan 2000 manat borca pulu 20 faiz ilə borca alaraq övladının təhsil haqqını ödəmişdir. xx.xx.2021-ci il tarixində Afaq ilə ona yenidən pul lazım olduğu üçün o, Esmiradan yenidən 6000 manat borca pul istəmişdir. xx.xx.2021-ci il tarixində Esmira ilə 5 saylı Asan Xidmətdə görüşmüş və Asan xidmətdə Esmira ilə aralarında kredit müqaviləsi bağlayaraq Esmiradan 6000 manat faizlə pul götürmüşdür. Həmin pulun ümumilikdə 3570 manatını Esmiraya ödəmişlər, hazırda Esmiraya 12230 manat borcları qalır. Həmin pulu da hissə-hissə yaxın müddətdə qaytaracaqlarını bildirir. Onların həmin pulu birdəfəyə qaytarmaq imkanları yoxdur. Bu borcu hissə-hissə onunla Afaq birlikdə qaytaracaqlar. Pulun 8000 manatını və 6000 min manatını Afaqla birlikdə götürmüşlər. Ona görə də Məmmədova Afaq da cavabdeh qismində işə cəlb olunmalıdır. Qeyd edilənlərə əsasən İddiaçı “pulun qaytarılması” tələbinə dair iddia ərizəsinə baxarkən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zaman cavabdeh X1 işə cavabdeh kimi cəlb edilməsini xahiş etmiş, lakin iddiaçı tərəf cavabdehin cəlb edilməsinə dair təklifinə yazılı razılığı verməmiş, etirazını bildirmişdir. Məhkəmə tərəfindən göstərin vəsatət təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh polis bölməsində iddia tələbini etiraf etmiş və iddiaçıya 12230 manat borcu olduğunu qəbul etmişdir. Onların tələbləri ancaq Cavabdeh qarşıdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsində də borcalan kimi cavabdeh göstərilmişdir. Əldən çıxmış fayda kimi hesablanmış 1000 manat pulu cavabdehə pulun verildiyi vaxtdan hesablamışlar. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 bildirdi ki, ididaçıdan ümumilikdə 16000 manat borca pul götürülmüş, müəyyən ödənişlər də edilmişdir. Pulun 14000 manatını cavabdeh və X2 tərəfindən götürülmüş və onlar borclarından yayınmırlar. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, o, 2021-ci ilin avqust ayında Afaq xanımla birlikdə iddiaçının evinə getmiş və bu zaman ididaçı 8000 manat məbləğində pulu ona vermişdir. Bundan sonra evə qayıtmışlar və o, aldığı pulu Afaq xanıma vermişdir. Onlar iş qurmaq istəyirdilər, amma onları da aldatmışlar və qurmaq istədikləri biznes alınmamışdır. O, iddiaçıdan ümumilikdə 16000 manat məbləğində pul götürmüşdür. Onlar borclarından yayınmırlar. Borc onunla Afaq xanımın borcudur. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində göstərdi ki, o, tərəfləri tanıyır. Tərəflər qohumdurlar. Cavabdehlə iş qurmaq üçün iddiaçıdan pul almışlar. İddiaçı onu tanımadığından pulları cavabdeh özü almışdır. İddiaçıdan pulu cavabdeh istəmiş və pul cavabdehə verilmişdir. Hesab edir ki, borca götürdüyü pulu cavabdehlə bərabər götürmüşlər. Borclarından da yayınmırlar. Pulu iki dəfə, 8000 manat və 6000 manat olmaqla götürülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verə tərəfində borcalana xx.xx.2021-ci il tarixinədək 6000 manat məbləğində borc pul verilmişdir. - Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçinin Cavabdeh qarşı mülki mühakimə icraatı qaydasında məhkəmyə müraciət etmək hüququ izah edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziyanın surətindən görünür ki, Cavabdehn 12230 manat borcun 3 gün müddətində ödənilməsi ilə bağlı, əks halda borcun və digər xərclərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar olunmuşdur. - Cavabdeh Nizami RPİ-nin 23-cü Polis Bölməsində və Xəzər RPİ-də vermiş olduğu izahatlarından görünür ki, 2021-ci ilin avqust ayında iş yoldaşı X2 ilə biznes işi görmək istəyən, zaman iş görmək üçün o qohumu Esmiradan ilkin olaraq 8000 manat borca pul istəmişdir. Esmira ona 6000 manat pulu 1 ayını 15 faizlə verə biləcəyini bildirdikdə o razılaşaraq, Afaq ilə birlikdə Esmiranın yaşadığı evə gələrək sonuncudan 8000 manat pulu 15 faizlə borca götürərək, evdən çıxıb avtomobilə əyləşəndən sonra 8000 manat pulu Afaq verdiyini, Afaq 8000 manat pulun 500 manatını ona yaşadığı evin kirayə pulunu ödəmək ona qaytardığını göstərərək, təxminən 10 gündən sonra onun şəxsən özünə 2000 manat pul lazım olduğu üçün Esmiradan 2000 manat borca pulu 20 faiz ilə borca alaraq övladının təhsil haqqını ödədiyini, xx.xx.2021-ci il tarixdə Afaq ilə ona yenidən pul lazım olduğu üçün o Esmiradan yenidən 6000 manat borca pul istədikdə, xx.xx.2021-ci il tarixdə Esmira ilə 5 saylı Asan Xidmətdə görüşərək, Asan xidmətdə Esmira ilə aralarında borc, kredit müqaviləsi bağlayıb Esmiradan 6000 manat faizlə pul aldığını bildirərək, qohumu Esmiradan ümumilikdə 1600 manat faizlə borca pulun alsa da, həmin pulun ümuimilkdə 3570 manat faizini Esmiraya ödədiyini, hal hazırda Esmiraya olan 12330 manat borc pulu yaxın müddətdə qaytaracağını bildirmişdir; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 130 manat dövlət rüsumu ödəmişdir; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkil xidməti üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına 370 manat pul ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən 2021-ci ilin avqust ayında 8000 manat, 2000 manat və 6000 manat olmaqla, ümumilikdə 16000 məbləğində Cavabdeh borc pul vermişdir. İddiaçı həmin puldan ümumilikdə 3570 manat ödəniş edildiyindən hazırda cavabdehin borcundan 12230 manat borcunun qaldığını qeyd etmişdir. İddiaçı tərəfindən cavabdehdən məhkəmədən kənar qaydada borcun ödənilməsi tələb edilsə də, hazırkı vaxtadək ödəniş edilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 12230 (on iki min iki yüz otuz manat) məbləğində borcun, vaxtında həmin pulu qaytarmadığı üçün gecikdirməyə görə əlavə 1000 (bir min manat) məbləğində faiz pulun və məhkəmə xərcərinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Belə ki, iş üzrə Nizami RPİ-nin 23-cü Polis Bölməsində və Xəzər RPİ-də araşdırma aparılmış, bu zaman cavabdeh 2021-ci ilin avqust ayında iş yoldaşı X2 ilə biznes işi görmək üçün iddiaçıdan ilkin olaraq 8000 manat pul götürdüyünü, təxminən 10 gündən sonra onun şəxsən özünə 2000 manat pul lazım olduğu üçün ididaçıdan 2000 manat və xx.xx.2021-ci il tarixdə Afaq ilə ona yenidən pul lazım olduğu üçün o iddiaçı ilə kredit müqaviləsi bağlayıb 6000 manat məbləğində pul aldığını, həmin pulun ümumilikdə 3570 manatını ödədiyini, hal-hazırda iddiaçıya olan 12330 manat borc pulu yaxın müddətdə qaytaracağını bildirmişdir. Göründüyü kimi, cavabdeh iddia tələbini etiraf etmişdir. Məhkəmə iclasında, həmçinin etirazında cavabdeh ümumilikdə götürülmüş 16000 manat pulun 14000 manatını X2 ilə biznes qurmaq üçün götürdüyünü, borcun onların müştərək borcu olduğunu göstərmiş və onun cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili isə göstərilən pulların məhz cavabdehdə verildiyini bildirərək, tələblərinin ona qarşı olduğunu qeyd etmişdir. İddiaçı tərəf yazılı razılıqlarını vermədiyindən cavabdehin vəsatəti təmin edilməmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdeh 2021-ci ilin avqust ayında 8000 manat məbləğində pulu iddiaçıdan təhvil almış, bundan sonra isə həmin pulu kimə təhvil verməsi onun iradə ifadəsi olmuş və hazırkı iş üzrə əhəmiyyətli hal deyil. Bundan başqa, cavabdeh 2000 manatı məhz özü üçün aldığını vermiş olduğu izahatlarda, həmçinin məhkəmədə də təsdiq etmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə cavabdeh iddiaçıdan xx.xx.2021-ci il tarixinədək qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin hər ikisinin mübahisələndirmədiyi hallardan biri də 16000 manatdan ümumilikdə 3750 manat ödəniş edilməsi, qalan borcun isə 12230 manat olmasıdır. Qeyd edilənlərlə müəyən edildi ki, cavabdeh iddiaçıdan ümumilikdə 16000 manat məbləğində pulu qaytarmaq şərti ilə götürmüş, lakin hazırkı vaxtadək götürdüyü öhdəlikləri tam icra etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə iddia tələbinin “1000 manat əldən çıxmış fayda”nın tutulması ilə bağlı hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz edənilməsi yolverilməzdir. Ümumiyyətlə iddiaçı iddia tələbini göstərilən hissədə dəqiq ifadə etməməklə hansı müddət üçün əldən çıxmış fayda kimi faiz tələb etdiyini göstərməmişdir. Məhkəmə iclasında isə iddiaçının nümayəndəsi və vəkili borcun verildiyi vaxtdan faiz hesablandığını qeyd etsə də, bu zaman kredit müqavilə üzrə borcun 3 ay müddətinə verilməsini, həmçinin edilmiş ödənişləri nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı əldən çıxmış fayda kimi faizlər tələb etsə də, əldə edəcəyi gəlirlər, bu gəlirin həcmi barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müvafiq sübutlar olmadığından, iddia tələbi əldən çıxmış faydanın tutulması ilə bağlı hissədə də təmin edilməməlidir. Bundan başqa, cavabdeh məhkəmə araşdırması zamanı borcun 14000 manatını X2 ilə biznes işi qurmaq üçün götürdüyü, onların müştərək borcu olduğunu qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, cavabdehin həmin şəxsə qarşı müstəqil iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12230 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 130 ( yüz otuz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumunun 9,8 manatı iddiaçıya, 120,2 manatı Cavabdeh aid edilməli, o cümlədən hüquqi yardım göstərilməsi üçün ödənilmiş 370 manat pul vəsaitinin 28 manatı iddiaçıya, 342 manatı Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12230 manat məbləğində borc, ödənilmiş 120,2 manat dövlət rüsumunun və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 342 manat məbləğində pulun əvəzi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 9,8 manati və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pulun 28 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar