Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-90/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3,onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi ilk iddia tələbinə dair, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Zirə qəsəbəsindən İddiaçı MMC-yə məxsus 2300 ədəd taxta yeşiklərdə 20100 kq. (Brutto), 16800 kq. (Netto), hər bir kq-nm qiyməti 1,10 ABŞ dolları olmaqla, ümumi dəyəri 18480,00 ABŞ dolları dəyərində təzə pomidorlar Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənib, yük həmin nəqliyyat vasitəsi və qoşqusu ilə daşıyıcı Cavabdeh2 tərəfindən xx.xx.2021 -ci il tarixdə Abşeron rayonu, Zirə qəsəbəsindən İddiaçı MMC-dən təhvil alınıb və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük sərhədindən Rusiya Federasiyasının ərazisinə keçirilib.05 nömrəli Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə yük Rusiya Federasiyasının Novosibirsk şəhərinə təhvil verilməli idi, lakin yükün daşınması zamanı Cavabdeh3 məxsus, Cavabdeh1 tərəfindən idarə edilən ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ** ZA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun sürücünün təqsiri ucbatından sürüşüb yoldan çıxaraq aşması nəticəsində qeyd olunan pomidorlar tamamilə məhv olub. Dəfələrlə İddiaçı MMC olaraq cavabdehlərdən malın dəyərinin ödənilməsi xahiş edilib, lakin bu günədək malın dəyəri ödənilməyib. Malin dəyərinin ödənilməsi ilə bağlı pretenziyaya isə cavabdehlər tərəfindən hər hansı cavab verilməyib. Cavabdehlər tərəfindən xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Zirə qəsəbəsindən İddiaçı MMC-dən təhvil alınan və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Gömrük sərhədindən Rusiya Federasiyasının ərazisinə keçirilən, 05 nömrəli Hesab-faktura, Gömrük bəyannaməsi və Beynəlxalq qaimə üzrə Rusiya Federasiyasının Novosibirsk şəhərində təyinat yerinə hər hansı zərər vurulmadan çatdırılmalı olan yükün - 18480,00 ABŞ dolları dəyərində təzə pomidorların cavabdehlərin təqsiri üzündən məhv olması nəticəsində İddiaçı MMC-yə vurulan real zərərə görə 18480,00 ABŞ dolları, əldən çıxmış faydaya görə 8420 ABŞ dolları, cəmi 26900 ABŞ dolları məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh2 MMC-dən, Cavabdeh3 və Cavabdeh1 vurulmuş zərərə görə 26900 ABŞ dolları məbləğində pulun,210 manat hüquqi yardım üçün ödənilmiş xərcin və 227.19 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddianı qəbul etmir. Çünki iddia ərizəsi düzgün yazılmayıb. “Zərərin ödənilməsi tələbinə dair “ adlı iddia ərizəsi ilə ona qarşı iş başlayıb, zərərin ödənilməsi 18480 ABŞ dolları və əldən çıxmış faydaya görə 8420 ABŞ dolları,cəmi 26900 ABŞ dolları məbləğində pulun tələbi ilə bitən,iddia yalan mülahizələr üzərində qurularaq yazılıb.Məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı ilə onun arasında hər hansı bir Müqavilə bağlanmayıb. O, iddiaçı qarşısında hər hansı bir öhdəlik götürməyib. İddiaçıdan heç bir mal təhvil almayıb. İddiaçının hər hansı bir əmlakının daşınması barədə ona heç bir ödəniş edilməyib. O,özünə məxsus bir avtomobili idarə etmək uçun sürücü Cavabdeh1 etibarnamə verib. Həmin etibarnamənin verilmə tarixinə baxılarsa məlum olar ki, həmin etibarnamə iddiaçı tərəfindən iddia qaldırılmamışdan çox əvvəlki tarixdə verilib. Yəni bu etibarnamə iddiaçının malını daşımaq üçün xüsusi verilən etibarnamə deyil. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"na uyğun olaraq yükdaşımalar həyata keçirilir. Bu Qaydada ilk olaraq göstərilir ki, yüklərin daşınması müqavilə əsasında həyata keçirilir. İddiaçı tərəfindən verilən iddia ərizəsində belə bir müqavilənin olmadığı görünür. "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydalan"nın 36.2 ci maddəsində göstərilir ki, ixrac edilən yüklərin markalanması yüklərin ümumi markalanma tələblərinə uyğun olmalıdır.Həmin qanunun 36.3.-cü maddəsində isə göstərilir: Yüklər markalanarkən yük göndərən tərəfindən aşağıdakı məlumatlar göstərilməlidir: 36.3.1. müqavilənin nömrəsi; yük yerlərinin nömrəsi (kəsirlə göstərilir surətdə -partiyada yerin sıra nömrəsi, məxrəcdə-partiyada yerlərin sayı), yükalanın adı,ölkənin və təyinat məntəqəsinin adı.Göründüyü kimi, burda da qeyd edilir ki, müqavilənin nömrəsi qeyd olunması əsas şərtdir. Yəni həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri müəyyən olunur. Belə bir müqavilə yoxdursa və ona hər hansı bir yük təhvil verilməyibsə, hər hansı yükü onun tərəfindən imza atılmamışdırsa, ona məxsus avtomobil nəqliyyatı ilə həmin yüklərin daşınmasına görə hər hansı bir öhdəlik götürməmişsə, bu yükün ona məxsus avtomobillə daşınmasına görə hər hansı bir məbləğ ona ödənməyibsə və yaxud hər hansı bir məbləğdə pul vəsaitinin ona ödəniləcəyi barədə onunla iddiaçı arasında hər hansı bir müqavilə yoxdursa, ona qarşı bunlarla bağlı qaldırılan iddia da boş əsaslarla qaldırılan iddiadır.Yuxarıda qeyd etdiyi qanun da təsdiq edir və "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"-nın 39.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşınması arasında bağlanan müqavilə ilə müəyyən edilir. Yəni, o, nə yükdaşıyıcı deyil, nə də sifarişçi deyil. Ona məxsus avtomobillə yük daşınması buna görə ona hər hansı bir məbləğdə pul ödənməliydi. Bununla bağlı onunlaiddiaçı arasında hər hansı bir müqavilə, hər hansi bir anlaşma yoxdur. O, iddiaçıdan mal təhvil almayıb, həmin malı harasa, kiməsə təhvil verəcəyini öhdəliyini götürməyib, iddiaçı ilə onun arasında hər hansı bir məsuliyyət yaradan mülki anlaşma da yoxdur. Burdan da görünür ki,onun tərəfindən iddiaçıya heç bir zərər vurulmayıb. Vurmadığı zərərə görə də kimsə ona qarşı iddia qaldırıbsa bu iddia tam əsassız iddiadır.Sürücü Cavabdeh1 bildirdiyinə görə, 2021-ci iln noyabr ayının 16-da 2300 ədəd pomidor yeşikləri Zirə qəsəbəsindən **-CD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusuna yüklənib. Gedib gömrükdən xx.xx.2021ci ildə keçib. Göndərilən malın heç sığortası da olmayıb. Söhbətləri olub ki,malın 1 kq-ı 1 manat 10 qəpikdr. Vüsal və Murad adlı şəxlər parnikin sahibi adından danışıblar,hansı vəzifə daşıdıqları bilinmir. Sürücü Cavabdeh1 dediyinə görə Azərbaycanda pamidor manatla satılır,dollar söhbəti olmayıb, ola bilər ki,Rusiya Federasiyasındakı şəxslərlə dollarla danışıb,burada manatla danışılır.İddiaçı “ARAS LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti,sürücü Cavabdeh1, və onun maşınından istifadə edib, özü də qiyməti artırıb? Butun bunlara rəğmən 6 ay keçməsinə baxmayaraq, yaxınlaşıb, Nicata dəyən zərərlə və Yaqubun maşınına dəyən zərərlə belə maraqlanmayıblar. 2022-ci ilin iyun ayında Cavabdeh1 məhkəmədən məktub gəlib,iddia ərizəsi. O isə xx.xx.2022-ci ildə iddia ərizənin surətini imza edərək məhkəmədən götürüb.O, maşınının qoşqusuna 25000 ABŞ dolları məbləğində pul verib, maşın bazarından alıb, Rusiya Federasiyasında zədələnən maşınının qoşqusunu zibilə atmaq üçün, 2000 ABŞ dolları məbləğində pul ödəyib, maşınını isə Azərbaycana gətirmək üçün 4000 ABŞ dolları məbləğində pul verib, 31.000 ABŞ dolları məbləğində pulu çıxan odur, mənəvi stres,əzab-əziyyət çəkən sürücü Nicatdır, maddi və mənəvi ziyana düşən onlar olduğu halda, zərər istəyən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti,onlardan 26900 ABŞ dolları məbləğində pul tələb edir.Qeyd olunanlara əsasən ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması,ona vurulmuş maddi zərərə görə 31000 ABŞ dolları,mənəvi zərərə görə 2000 ABŞ dolları,cəmi 33000 ABŞ dolları məbləğində pulun və 250 manat dövlət rüsumunun İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən onun xeyrinə tutulmasını xahiş edir. Araşdırma zamanı müəyyən olunmuşdur ki,hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır.Ona görə də mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 mülki işin ümumi məhkəmələrinə aid olduğunu bildirərək iddianın təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3,onun nümayəndəsi və vəkili Vəkil2 da işə Nizami Rayon Məhkəməsində baxılmalı olduğunu bildirdilər. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. İddia ərizəsinin məzmunundan görünür ki,hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranmışdır. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh1 qarşı zərərin ödənilməsi ilk iddia tələbinə dair, İddiaçı Cavabdeh3 cavabdeh İddiaçı MMC-nə qarşı maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı iddia tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-90/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-90/2023
20.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver