Məhkəmə qərarları › İş №e-2(007)-900/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-900/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-900/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-cı il tarixli kredit müqaviləsinə əsasən onun kartına illik faiz dərəcəsi 24,71 və məbləği 3060 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq desələr kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-cı il tarixli kart krediti müqaviləsinə əsasən isə cavabdehə illik 25 faiz dərəcəsi ilə 2025 AZN kredit xətti ayrılmışdır. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləriödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2023cü il tarixə İddiaçı ASC-yə xx.xx.2021-cı il tarixli kredit müqaviləsinə əsasən 2541,63 AZN əsas, 427,92 AZN faiz, xx.xx.2021-cı il tarixli kart krediti müqaviləsinə əsasən isə 1907,70 AZN əsas, 478,03 AZN faiz borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-cı il tarixli kredit müqaviləsinə əsasən 2541,63 AZN əsas, 427,92 AZN faiz borcu, xx.xx.2021-cı il tarixli kart krediti müqaviləsinə əsasən isə 1907,70 AZN əsas, 478,03 AZN faiz borcunun və 74 AZN dövlət rüsumunun tutulması barədə müvafiq qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən zəruri sənədlərin təqdim edildiyini göstərmiş, onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTZK4129286A299 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik 24,71 (faktiki illik faiz dərəcəsi 24,74%) faiz dərəcəsi olmaqla, 35 ay müddətinə 3060 manat məbləğində kredit verilmişdir. Cavabdeh isə kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRML4238250A299 saylı kredit müqaviləsindən (hesab, kart, kredit üzrə) görünür ki, bank tərəfindən X1 xx.xx.2024-cü il tarixədək, illik 25 faiz ödəmək şərti ilə 2025 manat məbləğində kredit limiti ayrılmışdır. X2 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və kreditdən istifadəyə görə hesablanmış faiz məbləğinin müqavilənin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaitini həmin tarixdə hesabına köçürülməklə İddiaçı ASC-dən almışdır; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə 2541,63 manat əsas borcu, 427,92 manat faiz borcu, xx.xx.2021-ci il tarixli kart krediti müqaviləsinə müqaviləsinə əsasən isə 1907,70 maant əsas, 478,03 manat faiz borcu yaranmışdır; - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, cavabdeh, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli RGTZK4129286A299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 24,71 (faktiki illik faiz dərəcəsi 24,74%) faiz dərəcəsi olmaqla, 35 ay müddətinə 3060 manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli BRML4238250A299 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixədək, illik 25 faiz ödəmək şərti ilə 2025 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqavilələrinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, xx.xx.2021-ci il tarixli müqavilə üzrə pul məbləğini həmin tarixdə bankdan hesabına köçürülməklə almışdır. Lakin cavabdeh kredit borcunun ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli kredit müqavilələri üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli RGTZK4129286A299 saylı kredit müqaviləsi üzrə 2541,63 manat əsas borc, 427,92 manat faiz borcu və xx.xx.2021-ci il tarixli BRML4238250A299 saylı kredit müqaviləsi üzrə 1907,70 manat əsas, 478,03 manat faiz borcu olmaqla, cəmi 5355,28 manat borc Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli RGTZK4129286A299 saylı kredit müqaviləsi üzrə 2541,63 manat əsas borc, 427,92 manat faiz borcu və xx.xx.2021-ci il tarixli BRML4238250A299 saylı kredit müqaviləsi üzrə 1907,70 manat əsas, 478,03 manat faiz borcu olmaqla, cəmi 5355,28 manat borc və ödənilmiş 74 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar