Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-920/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas məbləğ üzrə borc: 4995,79 manat (dörd min doqquz yüz doxsan beş manat yetmiş doqquz qəpik), hesablanmış və ödənilməmiş faiz borcu: 330,37 manat (üç yüz otuz manat otuz yeddi qəpik), cərimə borcu: 325,59 manat ( üç yüz iyirmi beş manat əlli doqquz qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 1,00 manat (bir manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 1,80 manat (bir manat səksən qəpik), cəmi borc: 5654,55 manat (beş min altı yüz əlli dörd manat əlli beş qəpik) məbləğində kredit borcu və dövlət büdcəsinə köçürülmüş 76,31 manat məbləğində dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 (beş min) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. İş materiallarından göründüyü kimi kart limiti aktiv istifadə edilmişdir Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı elektron qaydada ərizələr verərək iş yükünün çox olması ilə əlaqədar Bankın nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin olunmasının mümkün olmayacağını bildirmiş və alaraq məhkəmə baxış iclasının Bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsini, iş üzrə Bankın iddiasının tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, əsas və faiz borcu ilə razı olduğunu, komissiya xərclərini qəbul etdiyini, cərimə məbləğinin çox olduğunu, işləri yoluna qoymaq üçün 1-2 ay lazım olduğunu bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, işləri alınmadığı, problemlər yaşandığı, maddi cəhətdən durğunluq olduğu üçün ödəniş edə bilməmiş, ödənişdə müəyyən gecikmələri olmuş, keçən il axırıncı dəfə 14 sentyabr 2023-cü il tarixində 250 manat ödəniş etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən, bank tərəfindən 5000 (beş min) manat məbləğində 5 (beş) il müddətinə kredit kart limiti açılmışdır. Müqavilə üzrə kreditor borcluya cari hesab açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə dair borclunun sərəncamlarını yerinə yetirməyi, borclu isə kreditor tərəfindən aparılan bu əməliyytalara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqları ödəməyi öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 4995,79 manat əsas, 330,37 manat faiz, 325,59 manat cərimə borcu olmaqla, ümumilikdə 5651,75 manat borcu vardır. İşin mübahisəli halları: Cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini, əsas, faiz borcu və əlavə xərcləri qəbul etdiyini, cərimə borcunun artıq hesablanıldığını bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 462.1-ci, 464.1-ci, 465.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC ilə bağladığı xx.xx.2012-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarşıq müqavilə üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün birgə məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməli, cavabdehdən iddiaçının xeyrinə 4995,79 manat əsas borcu, 330,37 manat faiz borcu, 325,59 manat cərimə borcu olmaqla, ümumilikdə 5651,75 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı 1,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə, 1,80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, 76,31 manat dövlət rüsumunun tələb etdiyindən, cavabdeh də həmin xərcləri qəbul etdiyindən iddia tələbi bu hissədə də təmin olunaraq qeyd olunan xərclər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xeyrinə 4995,79 manat əsas borcu, 330,37 manat faiz borcu, 325,59 manat cərimə borcu olmaqla, ümumilikdə 5651,75 manat məbləğində kredit borcu, 1,00 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, 1,80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərclərinin və ödənilmiş 76,31 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-920/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-920/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver