Məhkəmə qərarları › İş №e-2(007)-950/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-950/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-950/2022 09.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16.05.2019-cu il tarixli 2(007)-1398/2019 saylı qətnaməsi ilə (hakim Rəşad Həsənov) İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasını qismən təmin edərək, cavabdehdən ümumilikdə 11283,20 (on bir min iki yüz səksən üç, 20) manat məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh X2 məxsus “Chevrolet Aveo minik” markalı, qara metal rəngli, ** FZ *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11313,20 (on bir min üç yüz on üç,20) manat məbləğində borcun İddiaçı ASC ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin 05.08.2021-ci il tarixli 17/71-11E/52 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 06.10.2021-ci il tarixli 370/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan RespublikasıQanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, 99 FZ657 dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin 04.10.2021-ci il tarixli 370/21 saylı hesab-fakturasından göründüyü kimi, Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, 99 FZ657 dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 334 manat məbləğində xidmət haqqı (238,05 manat və 50,95 manat vergi (18%ƏDV)), ümumilikdə 334 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. 20.10.2021-ci il tarixli № ********* nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail rayon filialında olan hesabına 04.10.2021-ci il tarixli № 370/21 saylı hesabfakturaya əsasən Cavabdeh məxsus “Chevrolet Aveo” markalı, 99 FZ657 dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 283,05 (iki yüz səksən üç, 33) manat ödənilmişdir. 20.10.2021-ci il tarixli № ********* ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına 14.10.2021-ci il tarixli EQseriya EBBK№773831 əsasən 50,95 (əlli, 95) ƏDV ödənilmişdir. 20.10.2021-ci il tarixli № ********* ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına İbrahimov Zaur Arif oğlunun işi ilə bağlı, məhkəmə icraçılarına 7 faiz 468,51 (dörd yüz altmış səkkiz, 51) manat məbləğində icra ödənişi ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 334 (üç yüz otuz dörd) manat məbləğində hərracın keçirilməsi xərci və 468,51 (dörd yüz altmış səkkiz, 51) manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASCyə maddi zərər yetirilmişdir. Hesab edirlər ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd edilənlərə əsasən məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 334 (üç yüz otuz dörd) manat məbləğində hərracın keçirilməsi xərci və 468,51 (dörd yüz altmış səkkiz, 51) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 802,51 (səkkiz yüz iki, 51) manat pul məbləğinin və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq “Bank VTB(Azərbaycan)” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2019 saylı 16.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh cəmi 11283,20 manat məbləğində borc və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 11313,20 (on bir min üç yüz on üç manat iyirmi qəpik) manat məbləğində pul vəsaitinin tutulması, tutma, ipoteka, predmeti olan Cavabdeh-Arif oğluna məxsus “Chevrolet Aveo minik” markalı, qara metal rəngli, mühərrik F16D4428600KA, ban KL1TA69E9DB100191 olan ** FZ *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 11313,20 (on bir min üç yüz on üç manat iyirmi qəpik) manat məbləğində borcun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. - 20.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri Nizami rayon İcra şöbəsinin hesabına 468,51 manat (məhkəmə icraşılarına ödənilən 7 faiz) ödəniş edilmişdir. - 20.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 283,05 manat (14.10.2021-ci il tarixli HF № 370/21 əsas) ödəniş edilmişdir. - 20.10.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" MMC-nin hesabına 50,95 manat (14.10.2021-ci il tarixli EQ EBBK № 773831 əsas ƏDV) ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İcra haqqında” haqqında Azərbacan Respublikası Qanunun: 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Qeyd edilənlərlə müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1398/2019 saylı 16.05.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minərək icra edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Bu zaman aparılmış icra hərəkərləri nəticəsində iddiaçı tərəfindən 334 manat (238,05 manat və 50,95 manat vergi (18%ƏDV)) məbləğində hərracın keçirilməsi xərci və 468,51 (dörd yüz altmış səkkiz, 51) manat məbləğində icra ödənişi, cəmi 802,51 (səkkiz yüz iki, 51) manat pul məbləği ödənilmişdir. Qanunvericiliyin qeyd edilən normalarından da göründüyü kimi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulmalıdır. Göründüyü kimi, borclu məcburi icra tədbirləri zamanı icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçının bunun nəticəsində çəkdiyi xərcləri ona ödəməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 334 (üç yüz otuz dörd) manat məbləğində hərracın keçirilməsi xərci və 468,51 (dörd yüz altmış səkkiz manat 51 qəpik) manat məbləğində icra ödənişi, ümumilikdə isə 802,51 (səkkiz yüz iki manat 51 qəpik) manat pul məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar