Məhkəmə qərarları › İş №e-2(007)-964/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-964/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-964/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13950 manat məbləğində pulun onlardan alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi, qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi, 130 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 13950 manat məbləğində borc pulu İddiaçı1 və İddiaçı2 xx.xx.2021-ci il tarixdə alaraq hal-hazıradək qaytarmamışlar və qaytarmaqdan yayınırlar. Belə ki, Azərbaycan Respublikası DİN BDYPİ-də satıcı Cavabdeh1 ilə alıcı İddiaçı2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında satıcı Cavabdeh1 özünə məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobili alıcı İddiaçı2 satmışdır. “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixində Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adından qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə avtomobilə dair Cavabdeh1 adına etibarnamə verilmişdir. Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilə dair müqavilə əsasında xx.xx.2021-ci il tarixində 13950 manata satılmışdır. Avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malik olmuşdur. Cavabdeh1 İddiaçı1 pulu götürərkən İddiaçı1 İddiaçı2 adından qanuni olaraq çıxış etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı “(məhkəmə zamanı İddiaçı1 və Cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər)” müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında ona məxsus “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 Cavabdeh1 qarşı “Atomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək , “Hyundai Elantra” markalı ** LZ *** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı, KMHDH41EBCU287392 ban nömrəli avtomobilin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2( 004)- 293/2022 saylı qətnaməsi ilə ilk iddia tələbi əsassız olaraq təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-293/2022 saylı qətnaməsini qanunsuz hesab etdiklərindən qətnamədən narazı qaldıqlarından ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı2 vəkili və nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qətnaməsində Cavabdeh1 Cavabdeh2 ilə birlikdə Səlahiyyətli Təşkilatlara yazdığı ərizədə onlar avtomobili almaq üçün 13950 manat məbləğində pulu İddiaçı1 götürmələrini təsdiq etmişlər, yəni Cavabdeh1 yazdığı ərizəsində 13950 manat pulun İddiaçı2 adından qanuni olaraq etibarnamə əsasında çıxış edən İddiaçı1 götürdüyünü bildirir və bunu imzaları ilə təsdiq edirlər və bu fakt qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində təsdiq olunur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunur ki, avtomobili almaq üçün 13950 manat məbləğində borc pul Cavabdeh2 ilə Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddiaçı1 notarial təsdiq olunmuş etibarnamə əsasında İddiaçı2 nümayəndəsi olmaqla onun adından qeyd olunan hərəkətləri həyata keçirmək hüququna malikdir. Cavabdeh1 İddiaçı1 pulu götürərkən İddiaçı1 İddiaçı2 adından qanuni olaraq çıxış etmişdir. Apellyasiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(103)-3037/2022 saylı qətnaməsində (qətnamə səh.5) göstərilmişdir ki, “Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən, alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda ) onun dəyərini pulla ödəməlidir. Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsində göstərilmişdir ki , “..... avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borc isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 pulu götürülmüşdür.” İşdə iştirak edən tərəflər həmin Qətnamədən Kassasiya şikayəti verməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-(103)-647/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. 13950 manat məbləğində borc pul isə Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 və İddiaçı2 qaytarılmamış və onlar pulu qaytarmaqdan tamamilə yayınırlar. Qeyd olunanlara əsasən hesab edirlər ki , Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13950 manat məbləğində pul onlardan alınaraq İddiaçı1 və İddiaçı2 verilməlidir. Məhkəmənin 10 mart 2023-cü il tarixli iclasında Cavabdeh1 vəkili və nümayəndəsi X2 bildirdi ki, iddianı qəbul etmir. Cavabdeh2 Cavabdeh1ı da aldatmışdır. Bu səbəbdən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, avtomobili Hüseyn və Hicran Günayla Fəridə satmışdır. Alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı mübahisə olmuşdur. Bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri vardır və alqı-satqı müqaviləsi etibarsız hesab olunmuşdur. Avtomobil faktiki olaraq Hicrandadır. Bu səbəbdən Fərid və Günay haqlı olaraq avtomobilə verilən pulu istəyirlər. Ona görə də məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər X1 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş tərəflərin vəkilləri və nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X3 və Cavabdeh1 tərəfindən Səlahiyyətli Təşkilatlara ünvanlanan ərizədən görünür ki, Cavabdeh1 və X3, İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi götürüblər. Borcu 15 ay müddətinə kim, hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)- 293/2022 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia təmin edilmiş, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı2 Cavabdeh1 qarşı “avtomobilin geri qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2- (103)-3037/2022 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli, 2(004)-293/2022 saylı qətnaməsi cavabdeh İddiaçı2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmışdır. - 04 fevral 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı1 tərəfindən 140 manat və 14 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər X3 və Cavabdeh1 İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc kimi götürüblər. Borcu 15 ay müddətinə hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı2 arasında “Hyundai Elantra” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda qeyd edilən avtomobil faktiki olaraq Cavabdeh1dır. Lakin cavabdehlər üzərlərinə götürdükləri öhdəliklərinə əməl etməmiş, avtomobil almaq üçün götürülən borc məbləğini iddiaçıya qaytarmamışlar. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçıların hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmamaları, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçılar tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-(103)-3037/2022 saylı qətnaməsi ilə X3 və Cavabdeh1 İddiaçı1 xx.xx.2021-ci il tarixdə 13950 manat məbləğində pul vəsaitini avtomobil almaq məqsədilə borc götürməsi təsdiq olunmuşdur. Həmçinin cavabdehlər borcu 15 ay müddətinə hər ayın 11-ci günündən gec olmayaraq ayda 930 manat ödəməklə, xx.xx.2022-ci il tarixinə qədər tam ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə özünə məxsus olan “Hyundai Elantra minik” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili 15000 manata alıcı İddiaçı2 satmışdır. Həmin avtomobil xx.xx.2021-ci il tarixdə Cavabdeh1 adında qeydiyyatdan çıxarılaraq İddiaçı2 adına qeydiyyata alınmış və həmin tarixdə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixədək etibarnamə verilmişdir. Həmçinin İddiaçı2 xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək avtomobilə dair Cavabdeh1 adına verilmiş xx.xx.20221-ci il tarixli etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Həmçinin İddiaçı2 “Hyundai Elantra” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında almasına baxmayaraq onun tərəfindən eyni tarixdə həmin avtomobilə dair Cavabdeh1 etibarnamə verməsi həmin alqı-satqı müqaviləsinin yalnız görünüş üçün, daşınar əşyanın ipoteka müqaviləsini pərdələmək məqsədilə ilə bağlandığı barədə nəticə yaratmışdır. Bununla yanaşı, “Hyundai Elantra” minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqı müqaviləsi Cavabdeh1 ilə İddiaçı2 arasında bağlansa da, avtomobilin faktiki olaraq girov qoyulması barədə razılaşma İddiaçı1 ilə Cavabdeh2 arasında baş tutmuş, həmin avtomobili almaq üçün 13950 manat məbləğində borcu da Cavabdeh2 və Cavabdeh1 İddiaçı1 götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bütün bunlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüş 13950 manat məbləğində pulun onlardan alınaraq İddiaçı1 və İddiaçı2 verilməsi hissəsində iddia qismən təmin edilməli, 13950 manat məbləğində borc Cavabdeh2 və Cavabdeh1 alınaraq İddiaçı1 verilməlidir. Belə ki, 11 mart 2023-cü il tarixli ərizədən göründüyü kimi borc pul Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı1 götürülmüşdür. İddia tələbinin “qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə faizlərin miqdarının müəyyən edilərək ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən belə bir şərtin nəzərdə tutulduğu müqavilə və ya bu hissədə iddia tələbini əsaslı edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, 11 mart 2021-ci il tarixli müqavilə əsasında cavabdehlər X3 və Cavabdeh1 borc öhdəliyini öz üzərlərinə götürmüşlər. İddiaçı1 13950 manat borc aldıqlarını öz imzaları ilə təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında yazılı qaydada müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdehlər borcu qaytarmamışdır, bununla iddiaçıların tələb hüququ yaranmışdır, bu zaman iddia müddəti ötürülməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında İddiaçı1 cavabdehlərə qarşı hazırki halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər aldıqları pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüklərindən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, borc məbləğini iddiaçıya ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13950 manat məbləğində pul və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13950 manat məbləğində pul və ödənilmiş 130 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar