Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-964/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclası katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 10 iyun 2019-cu il tarixli ***- *******NK100619-02 nömrəli kredit müqaviləsi üzrəcəmi 430,72 (dörd yüz otuz manat 72 qəpik) manat məbləğində borcun, bundan 384,57 (üç yüz səksən dörd manat 57 qəpik) manat əsas və 46,15 (qırx altı manat 15 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 10 iyun 2019-cu il tarixli ***- *******NK100619-02 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilib. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməyib. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciətlər olunmasına və 06 iyul 2023-cü il tarixli **********149 nömrəli bildirişlə isə yazılı qaydada müraciət etməsinə baxmayaraq cavabdeh kredit borcunun banka qaytarılmasını təmin etməyib. xx.xx.2022-ci il tarixdə isə banka 50 (əlli) manat məbləğində sonuncu ödənişini etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırıb. Bu səbəbdən də, Cavabdeh 10 iyun 2019-cu il tarixli ***-*******NK100619-02 nömrəli kredit müqaviləsi üzrə 3 iyul 2023-cü il tarixə banka ödənilməmiş cəmi 430,72 (dörd yüz otuz manat 72 qəpik) manat məbləğində borcu vardır. Bundan 384,57 (üç yüz səksən dörd manat 57 qəpik) manat əsas və 46,15 (qırx altı manat 15 qəpik) manat kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. Kredit müqaviləsinin 2.4-cü və 3.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
İş materialları:
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***- *******NK100619-02 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik 22 faiz dərəcəsi ilə 18 ay müddətinə, 40 manat komissiya haqqı olmaqla, 2000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə ödənişlərin qrafiki ödəniş cədvəlində göstərilir.
4. xx.xx.2023-cü il tarixli **********285 saylı maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli ***-*******NK100619-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə iddiaçıya 384,57 manat əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 46,15 manat faiz, cəmi 430,72 manat məbləğində borcu yaranmışdır.
5. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1960 manat məbləğində pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır.
6. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli **********149 saylı bildirişdən görünür ki, Cavabdeh 3 (üç) gün müddətində borcunu ödəmədiyi təqdirdə barəsində Məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar.
7. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi üzrə edilmiş ödənişlərə dair qəbzlər təqdim edilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, kredit müqaviləsində cavabdehin krediti oğlunun toyu üçün götürdüyü qeyd olunub. Cavabdeh kredit götürərkən arvadı Venera adlı qadının və dostunun nömrələrini qeyd edib. Kredit üzrə sonuncu ödəniş 2023-cü ildə olub, məhkəməyə qəbzləri təqdim edilib.
10. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, kredit götürməyib. O, X5 zamini olub. X6 20000 manat pul lazım idi. Amma bankdan 18000 manat limit olduğu bildirilib. Onun oğlu var, oğlunun toyu olmayıb, özləri üçün tədbir olub və nikaha daxil olublar. Onun arvadının əsl adı Venara deyil, onu elə çağırır. O, X6 pul verməyib. O, sənədə imza çəkib, amma hansı sənədə imza çəkdiyini bilmir, aldadılıb. Hazırda ona göstərilən müqavilədə olan imza onun imzasına oxşayır. Məhkəmə qəbzindəki imza ona aid deyil. X2b. Müqavilə bağlayanda heç bir xəstəliyi olmayıb. Onda heç bir xəstəlik yoxdur.
İşin faktiki halı:
11. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
16. İş materiallarından (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, “Amrahbank" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı (bundan sonra "Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******NK100619- 02 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 22 faiz dərəcəsi ilə 18 ay müddətinə, 40 manat komissiya haqqı olmaqla, 2000 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixinə iddiaçıya 384,57 manat əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 46,15 manat faiz, cəmi 430,72 manat məbləğində borcu vardır. Bank, tərəfər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
17. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Mülki qanunvericiliyə əsasən (MM-in 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
19. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
20. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 384,57 manat məbləğində əsas kredit borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 46,15 manat faiz borcu olmaqla, cəmi 430,72 manat borcu vardır.
21. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh iddiaçının xeyrinə 384,57 manat əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 46,15 manat faiz borcu olmaqla, cəmi 430,72 manat məbləğində kredit borcu tutulmalıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında kredit müqaviləsi üzrə İddiaçı ASC-dən borc götürmədiyini bildirsə də, göstərilənlər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
Məhkəmə xərcləri:
23. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması tələbini irəli sürüb.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 384,57 manat əsas, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 46,15 manat faiz borcu olmaqla, cəmi 430,72 manat kredit borcu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 3176,92-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 384,57 manat əsas, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 46,15 manat faiz borcu olmaqla, cəmi 430,72 manat kredit borcu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva