Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-973/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit borcu üzrə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 vurulmuş zərərin əvəzi olaraq 5307 manat pulun və ödənilmiş 73.10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh X13 arasında xx.xx.2014-cü il tarixli, MZ/PB-0483/11/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 faizlə 40000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, X7 mülkiyyətində olan Bakı ş., Nizami r., M.X. Şərifli küçəsində yerləşən 98 saylı evin 44 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh X13 hər təqvim ayının müvafiq günündə həm kredit üzrə əsas borcu həm də kredit görə hesablanmış faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, davamlı olaraq əsas və faiz borclarını ödəməkdən bilərəkdən yayınaraq Banka maddi ziyan vurmuşdur. Bununla bağlı olaraq "xxxx" ASC tərəfindən 2016-cı ildə Nizami rayon Məhkəməsinə müraciət edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-72/2018 saylı Qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və cavabdehdən 24 310.03 manat əsas, 1578.56 manat faiz, 500 manat cərimə borcu olmaqla cəmi 26 388.59 manat tutulması qət edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin müvafiq qətnaməsindən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-7268/2018 saylı Qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Həmin qətnamədən verilən Kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-7836/2018 saylı Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-ə maddi zərər vurulmuşdur. Göründüyü kimi Nizami rayon Məhkəməsi İddiaçı BOKT ASC-nin iddia üzrə tələb etdiyi əsas, faiz və dəbbə pulunu qismən təmin etsə də borclu tərəfindən bu qətnamə xx.xx.2021-ci il tarixində icra edilmişdir. Cavabdehin Qətnamə üzrə BOKT-yə cəmi 26388.59 manat borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışında isə 2018-ci ilin dekabr ayından başlamaqla borclunun BOKT-yə olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Belə ki, 2016-cı il tarixindən cavabdehin özündə saxladığı vəsaitlər üzrə hesablanmış faizləri və əsas borcdan ödəməli olduğu vəsaitləri ödmədiyi üçün ASC həmin vəsaitləri təkrar dövrüyəyə qaytara bilməmiş və gəlir əldə etmək imkanından məhrum olmuşdur. Eyni zamanda həmin kreditə görə ödəniləcək faizləri də hesabladıqda bu məbləğ iki qat artır. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində ASC bu gəlirlərindən məhrum olmuşdur. Hazırda cavabdehin əsassız iddiaları əsasında məhkəmələrdə gedən proseslərə görə tələb ipoteka predmetlərinə yönləndirilə bilir. Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarlarından başqa məhkəməyə heç bir sübut (kredit müqaviləsi, bankın həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarı barədə arayış və s.) təqdim etməmiş, həmçinin iddiaçı özü Nizami rayon İcra və Probasiya Xidmətinə ərizə ilə müraciət edərək icra sənədi könüllü icra olunduğu üçün icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu isə bir daha hazırkı iddianın əsassız olduğunu deməyə əsas verir. Belə ki iddiaçı əgər icra geçikdiilmiş olsa belə bir ərizə verməzdi. Məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Eyni zamanda mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmamış, burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq bildirdi ki, iddia tələbində olan əldən çıxmış fayda məbləği icra işi üzrə qətnamənin icrası üzrə könüllü icra müddətindən son ödəniş müddətinə qədər olan məbləğdir. Əgər həmin məbləğ vaxtında ödənilsəydi, həmin puldan istifadə edilərdi. Belə ki, həmin vəsaitdən 5307 manat qazanc əldə ediləcəkdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, həmçinin bildirdi ki, məhkəmələr tərəfindən çıxarılmış qərar icraya yönəldilmiş, əmlak hərraca çıxarılmış, o, bütün ödənişləri tam etmiş, borcu bağlamışdır. Bundan əvvəl məhkəmələr tərəfindən 3 qərar çıxarılmış, hansı ki, iddiaçı onun ödəniş etməyini qəbul etmişdir. İddiaçı tərəfindən borcun bitməsi ilə bağlı sənəd də verilmişdir. Həmçinin ASC tərəfindən ona çıxarış verilməlidir ki, ipotekaya qoyulmuş ev yüklülükdən azad edilsin. Lakin, bu günə kimi ev ipotekadan azad edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli M2/PB-0483/11/14 nömrəli kredit müqaviləsi üzrə 24.310.03 manat əsas borc, 1578,56 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 26.388,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X8 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,1331 ha torpaq sahəsində yerləşən 98 nömrəli, 5 mərtəbəli binada 60,2 kv.m. ümumi, 47 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı, 44 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 77.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" ASC-yə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin X8 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh, X11, X9, X6, X2 və X4 yaşadığı Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsindəki 98 nömrəli binanın 44 nömrəli mənzilinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsinə sərf edilmiş 50 manat pulun tutularəq dövlət büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsinə sərf edilmiş 250 manatın tutularaq «Qiymətləndirmə və Audit” hesabına ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7268/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş və xx.xx.2018-ci il tarixli qətnamə Cavabdeh münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Ali Məhkəməin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7836/2018 saylı Qərarının surətindən görünür ki, Cavabdeh kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7268/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - 2(007)-72/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə xx.xx.2018-ci il tarixdə qüvvəyə minmiş və icra vərəqəsi xx.xx.2018-ci il tarixdə tərtib edilmişdir. - xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, iş üzrə icraata başlanılmış və borclulara 10 gün müddətində icra sənədi üzrə tələbi könüllü təmin etməsi qərara alınmışdır. Həmin tarixdə könüllü icra haqqında bildiriş borclulara göndərilmişdir. - İddiaçı BOKT ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, borclu Cavabdeh üzərinə düşən öhdəliyin müəyyən hissəsini banka ödəniş etmiş və qalan 18800 manat hissəsini isə Nizami rayon İcra Şöbəsinin depozit hesabına köçürmüşdür. Buna görə də yuxarıda qeyd olunan məbləğin İddiaçı BOKT ASC-nin cari hesabına geri qayatrılmasına göstəriş verilməsini xahiş etmişdirlər. - "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli hərrac bildirişinin surətindən görünür ki, Nizami rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən borclu X8 məxsus əmlak "xxxx" MMC tərəfindən təkrar hərraca çıxarılmış və hərracın tarixi və vaxtı xx.xx.2021-ci il, saat 11:00-a təyin edilmişdir. - İddiaçı BOKT ASC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh icra sənədini könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - İddiaçı BOKT ASC-nin faiz dərəcəsinə görə əlavə faizlərin hesablanması ilə bağlı arayışından görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək borclunun BOKT-yə olan borclarına Mərkəzi Bankın illər üzrə faiz dərəcələri tətbiq edilməklə ona əlavə 5307 manat faizlər hesablanmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən iddiaçının nümayəndəsi tərəfindən 73,10 manat dövlət rüsumu ödənilmişdir; - Bakı şəhər Nizami rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, icra sənədində qeyd olunan tələb borclu Cavabdeh tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014cü il tarixli, MZ/PB-0483/11/14 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 24 ay müddətinə, illik 22 faizlə 40.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi Bankla cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış, X7 mülkiyyətində olan Bakı ş. Nizami rayonu, M.X.Şərifli küçəsində yerləşən 98 saylı evin, 44 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli M2/PB-0483/11/14 nömrəli kredit müqaviləsi üzrə 24.310.03 manat əsas borc, 1578,56 manat faiz borcu, 500 manat cərimə borcu olmaqla, 26.388,59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın X8 məxsus olan və banka ipoteka qoyulmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsində istifadədə olan 0,1331 ha torpaq sahəsində yerləşən 98 nömrəli, 5 mərtəbəli binada 60,2 kv.m. ümumi, 47 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı, 44 nömrəli mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına tələb edilən borca ödənilməsi, mənzilin hərracda ilkin satış qiymətinin 77.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən "xxxx" ASCyə olan borc ödənildikdən sonra artıq qalan pul vəsaitinin X8 verilməsi, hərrac yolu ilə satıldıqdan sonra Cavabdeh, X11, X9, X6, X2 və X4 yaşadığı Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsindəki 98 nömrəli binanın 44 nömrəli mənzilinin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh məhkəmə-mühasibatlıq ekspetizasının keçirilməsinə sərf edilmiş 50 manat pulun tutularəq dövlət büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsinə sərf edilmiş 250 manatın tutularaq «Qiymətləndirmə və Audit” hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qətnamə qüvvədə qalmışdır. İddiaçı tərəf qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2016-cı ilə tam icra edilib başa çatdırılmalı olan öhdəliklər uzun müddət gecikdirilmiş və bununla da İddiaçı BOKT ASC-yə maddi zərər vurulmuşdur. Göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə qalsa da uzun müddət icra edilməmişdir. Cavabdehin qətnamə üzrə BOKT-yə cəmi 26.388,59 manat borcu mövcud olmuşdur. İddia ərizəsinə əlavə edilmiş çıxarışda isə 2018-ci ilin fevral ayından başlamaqla borclunun BOKT-yə olan borcları göstərilməklə həmin borclara görə Mərkəzi Bankın illər üzrə faiz dərəcəsinə görə əlavə faizlər hesablanmışdır. Cavabdehin məhkəmə qətnaməsini icra etməməsi nəticəsində ASC-yə maddi zərər dəymişdir. Hazırkıda iddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 5307 manat pulun və ödənilmiş 73,10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinin tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, xx.xx.2014-cü il tarixli, MZ/PB- 0483/11/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanılmış və müqavilə müddəti bitdikdən sonra iddiaçı əldən çıxmış fayda kimi faiz ödənilməsini tələb edə biləcəyi halda, hazırkı vaxtadək cavabdehə bununla bağlı heç bir məlumat verməmiş və ya pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Digər tərəfdən əgər borclu iş üzrə çıxarılmış məhkəmə qətnaməsi icraya yönəldikdən sonra qətnamə ilə tutulmuş məbləğin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda kimi faizlərin tutulmasını xahiş edirsə, qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı qətnaməsi xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, daha sonra cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7268/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin şikayəti təmin edilməmiş, daha sonra cavabdeh həmin qətnamədən kassasiya şikəyəti vermiş, cavabdehin kassasiya şikayəti isə xx.xx.2018-ci il tarixdə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, hər bir tərəfin məhkəmədə iddia qaldırmaq, məhkəməyə şikayət və etirazlarını vermək hüququ vardır. Cavabdehin qeyd edilən qaydada bu hüququndan istifadə etməsi isə hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, cavabdehin qanunla ona verilmiş hüquqlardan istifadə edərək məhkəməyə müraciət etməsi bank qarşısında olan öhdəliyin vaxtında və qərəzli surətdə icrasından boyun qaçırma kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, məhkəməyə sübut kimi iddiaçı tərəfindən tərtib edilmiş çıxarış təqdim edilmiş və həmin çıxarışdan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-xx.xx.2022-ci il tarixləri əhatə edən, tələb olunan faizlər göstərilmişdir. Qeyd etmək lazımdır ki, adı çəkilən qətnamə xx.xx.2018-ci il tarixdə icraya yönəldilmiş və xx.xx.2018-ci il tarixdə icraata başlanılmışdır. Borclu Cavabdeh həmin məbləği ödəməyə imkanı olmadığı üçün tutmaya yönəldilmiş əmlak üzrə xx.xx.2021-ci il tarixdə hərrac keçirilmiş və bundan sonra İddiaçı BOKT ASC-nin xx.xx.2021-ci il tarixdə məktub verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-72/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsi əsasında Cavabdeh icra sənədini könüllü icra etdiyinə görə icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin məktub və xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, cavabdeh öhdəliyini yerinə yetirmiş və onun borc öhdəliyi yoxdur. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı borclu Cavabdeh borc öhdəliyini yerinə yetirməsi ilə bağlı ərizə versə də, məhkəmədə cavabdehdən həmin vaxtdan sonrakı dövr üzrə də əldən çıxmış fayda ilə bağlı vəsait tələb etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırda isə iddiaçı tərəfindən məhz cavabdehin təqsiri ucbatından qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Konstitusiya Məhkəməsinin qərarında daha sonra qeyd olunmuşdur: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. Lakin iddiaçının faiz dərəcəsinə görə əlavə faizlərin hesablanması ilə bağlı arayışından başqa məhkəməyə heç bir sübut (kredit müqaviləsi, bankın həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və s.) təqdim etməmişdir. Məhkəmənin yalnız faiz dərəcəsinə görə əlavə faizlərlə bağlı arayışa əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən əldən çıxmış fayda kimi 5307 manat pul tutması mümkün deyil. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda halda isə iddiaçı qətnamə üzrə ödənişin gecikdirilməsinin cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsinə və bununla da qətnamənin vaxtında icra olunmaması nəticəsində iddiaçıya zərər dəyməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “cavabdeh X5 vurulmuş zərərin əvəzi olaraq 5307 manat pulun və ödənilmiş 73.10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “cavabdeh X5 vurulmuş zərərin əvəzi olaraq 5307 manat pulun və ödənilmiş 73.10 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı BOKT ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-973/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-973/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver