Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-989/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin miqdarının artırılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayon məhkəməsinin 2(007)-2323/2022 saylı iş üzrə 21.09. 2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin məbləğinin artırılaraq birgə nikahdan olan xx.xx.2007cı il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 manat, uşağın müalicə xərcləri üçün 150 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat pul vəsaitinin (alimentin) alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən alimentin ömürlük təyin edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə müraciət etməkdə məqsədi Cavabdeh birgə nikahdan olan azyaşlı, anadan gəlmə uşaq serebral iflici olan xx.xx.2007ci il doğum təvəllüdlü əlil övladının 18 yaşına çatanadək saxlanılması üçün məhkəmə qaydasında qət edilmiş alimentin məbləğinin artırılmasını tələb etməkdir. Cavabdehlə birgə nikahdan olan anadangəlmə uşaq serebral iflici olan əlil övladlı - xx.xx.2007-ci il təvəllüdlü X2 rayon məhkəməsinin 2(007)-1128/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında onun himayəsində olmaqla onunla yaşayır və onun dolanışığının təmin edilməsi üçün cavabdehdən 120 manat məbləğində aliment alınması, müalicə və digər xərclərinin ödənilməsi üçün 50 manat pul alınması qət edilmişdir. Sonradan Nizami rayon məhkəməsinin 2(007)-2323/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 193 manat olmuşdur. Məhz bu səbəbdən də azyaşlı uşağının 18 yaşına çatanadək saxlanılması üçün cavabdehdən alınması qət edilən alimentin məbləğinin artırılaraq ona ödənilməsi barədə tələblə iddia qaydasında məhkəməyə müraciət etmək zorundadır. Bildirir ki, o azyaşlı övladı ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35, mənzil 112-də kirayədə yaşayır.
4. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni onunla əsaslandırılmışdır ki, Cavabdeh Ülvi oğlu 1-ci qrup əlil olduğu üçün ona baxır və işləyə bilmir, kirayədə yaşayırlar. Alimentin ömürlük təyin edilməsini xahiş edir.
İş materialları :
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1128/2016 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə xx.xx.1998-ci il təvəllüdlü X5 və 05 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixindən başlayaraq hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment, həmçinin uşaqların müalicəsi məqsədi ilə əlavə çəkilən xərclərə görə uşaqların hər biri üçün 50 manat aliment olmaqla, cəmi 100 manat məbləğində aliment, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)-2323/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1128/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin artırılması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh 193 manat sabit pul məbləğində İddiaçı xeyrinə tutulması qət edilmişdir.
7. Mediasiya Şurası Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/9/2024-01571 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X6 müddətsiz 1-ci qrup əlildir.
9. AZ-İ seriyalı, 253847 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 348 nömrə ilə qeyd edilmişdir.
10. 3 saylı Bakı Dost Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-17-7/2-Ə-50558/2024 saylı arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemindən əldə edilmiş məlumata əsasən işsiz kimi qeydiyyatdadır.
Tərəflərin izahatları :
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, uşağın artıq 18 yaşı tamam olmuşdur. 193 manat aliment ödənişi onun tərəfindən tam şəkildə həyata keçirilmişdir. Onun məhkəmə qətnaməsi üzrə hazırda aliment öhdəliyi yoxdur. Son iki ay üzrə alimentin miqdarının artırılaraq 250 manat müəyyən edilməsinə razıdır.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iddiaçı ilə telefon vasitəsi ilə əlaqə saxlanılmı və o, bildirmişdir ki, övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi mövcud deyildir.
İşin faktiki halı :
14. İddiaçı ilə Cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahlarından olmuş xx.xx.1998-ci il təvəllüdlü X5 və 05 mart 2007-ci il təvəllüdlü X8 adlı uşaqlar ananın himayəsindədir.
15. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1128/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.1998-ci il təvəllüdlü X5 və 05 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2016-cı il tarixindən başlayaraq hər uşağa görə ayda 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment, həmçinin uşaqların müalicəsi məqsədi ilə əlavə çəkilən xərclərə görə uşaqların hər biri üçün 50 manat aliment olmaqla cəmi 100 manat məbləğində aliment, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
16. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(007)- 2323/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(007)-1128/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X4 18 yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh 193 manat sabit pul məbləğində aliment tutulması və müalicə xərcinin miqdarının artırılmasına dair hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
Məhkəmə baxışının hədləri:
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
18. Azərbaycan Respublikası Konstitusiyasının : Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21. “Uşaq Hüquqları haqqında” Qanun :
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı :
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh” edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı.
Məhkəmənin mövqeyi :
25. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, cavabdehi dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
27. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
28. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
29. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” və “alimentin ömürlük təyin edilməsi” tələbini irəli sürmüş və tələbini uşağın tələbatının və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması, uşağın “serebral iflic” xəstəliyindən əziyyət çəkməsi, bu səbəbdən uşağın xərclərinin çox olması, uşağa qulluq etməsi ilə əlaqədar özünün işləyə bilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi iddiaçının tələbi iki hissədən ibarətidir:
1. Məhkəmə qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək təyin edilmiş alimentin və uşağın xəstəliyi ilə əlaqədar müalicə xərcləri üçün təyin edilmiş alimentin miqdarının artırılması.
2. Alimentin ömürlük təyin edilməsi.
30. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin “ailmentin miqdarının artırılması”na dair hissəsi üzrə tələbin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
31. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
32. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
33. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2323/2022 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişməmişdir.
34. Belə ki, iddiaçı uşağının xəstə olmasına, kirayədə yaşamasına, uşağının xəstə olması səbəbindən işləyə bilməməsinə istinad etsə də, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-2323/2022 saylı qətnaməsi qəbul edilərkən də eyni əsaslara istinad etmiş və aliment məbləği müəyyən edilərkən həmin hallar nəzərə alınmışdır.
35. Həmçinin iddiaçı cavabdehin gəlirinin yaxşı olmasına istinad etsə də, iddiaçı tərəfindən məhkəmə qətnaməsi ilə alimentin miqdarı artırıldıqdan sonra cavabdehin gəlirinin artmasını təsdiq edən sübut əlavə edilməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə də cavabdehin gəlirinin əsaslı şəkildə atması müəyyən edilməmişdir.
36. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozisiya şərtləri baxımından alimentin artırılması üçün yeni əsaslar mövcud olmasa da, məhkəmə iclasında iştirak edən cavabdeh övladının yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 250 manat müəyyən edilməsinə razı olduğunu bildirmişdir.
37. Məhkəmə qeyd edir ki, alimentin məbləği müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişməsə belə, cavabdehin alimentin miqdarının artırılaraq 250 manat məbləğində müəyyən edilməsinə razı olması, uşağın daimi müayinə və müalicələr tələb edən “serebral iflic” xəstəliyindən əziyyət çəkməsi, 1-ci qrup əlil olması nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin miqdarı artırılaraq 250 manat miqdarında müəyyən edilməsi qanuni və əsaslıdır.
38. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarının 1.2.3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”
39. Beləliklə də, Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən aliment məbləği Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən artırıldıqda da artırılmış aliment məbləği iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Odur ki, artırılmış aliment məbləği iddiaçı tərəfindən məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.
40. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, 05 mart 2007-ci il təvəllüdlü X4 05 mart 2025-ci il tarixində 18 yaşı olaraq yetkinlik yaşına çatmışdır. Bununla Cavabdeh sadəcə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 250 manat məbləğində aliment öhdəliyi olacaqdır.
41. İddiaçı məhkəmədən həmçinin Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1128/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşağın müalicəsi üçün təyin edilmiş alimnetin miqdarının artırılaraq 150 manat miqdarında müəyyən edilməsini xahiş etmişdir.
42. Məhkəmə əlavə xərclərə görə alimentin miqdarı ilə bağlı qeyd edir ki, iddiaçı müalicə xərcləri ilə bağlı 150 manat tələb irəli sürməsinə baxmayaraq, çəkilən xərclərin miqdarı, həmçinin cavabdehin həmin məbləği qarşılacayaq gəlirə malik olmasına dair məhkəməyə sübut təqdim etmədiyindən, o cümlədən cavabdehin də maddi vəziyyəti (gəliri, ikinci nikahdan uşağının olması) nəzərə alınmaqla həmin hissədə iddia tələbi təmin edilə bilməz.
43. İddiaçı tərəfindən irəli sürülmüş tələb isə qeyd etdiyimiz kimi uşağın əlil olması nəzərə alınmaqla alimentin ömürlük təyin edilməsidir. 44.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
45. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən yetkinlik yaşına çatmış şəxslər barəsində iddia qaldırmaqda subyektiv hüquqa fəaliyyət qabiliyyətli yetkinlik yaşına çatmış şəxs malikdir.
46. Mülki qanunvericiliyə əsasən şəxs o halda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olsun.
47. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə tərəflərin birgə nikahından anadan olmuş 05 mart 2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi halı müəyyən edilməmişdir.
48. Məhkəmənin xx.xx.2025-cü il tarixli baxış iclasında iddiaçı ilə telefon əlaqəsi saxlanılması nəticəsində 05 mart 2007-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsinin mövcud olmadığı müəyyən edilmişdir.
49. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı yetkinlik yaşına çatmış 05 mart 2007-ci il təvəllüdlü X1 üçün alimentin ömürlük təyin edilməsinə dair cavabdehə qarşı iddia tələbi irəli sürməkdə subyektiv hüquqa malik olmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz.
50. Məhkəmə qeyd edir ki, tərəflərin birgə nikahından olan 05 mart 2007-ci il təvəllüdlü X8 cavabdehə, yəni atasına qarşı aliment tələbi ilə məhkəməyə müstəqil şəkildə iddia ərizəsi ilə müraciət edə bilər.
Məhkəmə xərcləri :
51. “Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinin tələbinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
53. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 57 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 684 manat (57x12=900) müəyyən edildiyindən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır.
54. Məhkəmə qeyd edir ki, MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməldir.
Nəticə :
55. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05 mart 2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-193, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(007)-2323/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva