Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1008/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) Cavabdeh1 10000 manat borc məbləğinin, 700 manat əldən çıxmış fayda, 700 manat mənəvi zərərin və Cavabdeh2 Bəhman qızından 1400 manat borc pul məbləğinin, 300 manat əldən çıxmış faydanın, 300 manat iddiaçıya dəymiş mənəvi zərərin, eyni zamanda hər iki cavabdehdən müştərək qaydada vəkilə ödənilmiş 320 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bəhman qızı bir-birlərini uzun müddətdir ki, tanıyırlar, aralarında yaxsı münasibət olmuşdur. Cavabdeh1 öncə İddiaçı 5500 manat, 2600 manat, 900 manat və 1000 manat borca pul almışdır. Həmin pulu Cavabdeh1 öz qızı Cavabdeh2 Bəhman qızı və ailəsinə verdini qeyd etmişdir. Daha sonra Cavabdeh1 qızı, yəni digər Cavabdeh2 Bəhman qızı 1400 manat pulu borca götürmüşdür. Aralarında səmimi münasibət olduğu üçün iddiaçı onlara inanib borc üçün isdədikləri pul məbləğlərini cavabdehlərə versə də, cavabdehlər iddiaçıya verdikləri vədə əməl etməmişlər, söz verdikləri vaxtda hətta iddia verilən gün kimi qaytarmamışlar. Cavabdehlər borc və borcun məbləği ilə bağlı heç bir etiraz etməsələr də, lakin maddi durumlarına görə borcu qaytara bilmədiklərini demişlər. Cavabdehlərin həmin pul məbləği ilə kifayət qədər etirafları, ərizələri, səs qeydləri mövcuddur. Eyni zamanda cavabdehlərin bu qədər məbləğdə pulu alıb vaxtında qaytarmamalarına görə iddiaçı həm mənəvi olaraq həmdə maddi olaraq zərər çəkmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ilə cavabdehlərin arasında hər hansı müqavilə münasibətləri mövcud olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Sabunçu rayon Polis İdarəsi 13-cü Polis Şöbəsinə müraciət etmişdir. 13-cü Polis Şöbəsində cavabdehlərdənxx.xx.2024-cü il tarixdə aşağıdakı məzmunda izahatlar alınmışdır. Cavabdeh1 iddiaçıdan iki il əvvəl 5500 və 2600 manat faiz olaraq aldığını, müəyyən səbəblərdən qaytra bilmədiyni etiraf etmiş və pulu qaytarmaqdan boyun qaçırmadığını bildirmişdir. Cavabdeh2 1400 manat aldığını etiraf etmiş və pulu qaytarmaqdan boyun qaçırmadığını bildirmişdir. Sonradan Cavabdeh1 xx.xx.2024-cü il tarixdə əlyazması ilə ərizə verərək polisə verdiyi izahatın yanlış olduğu, əslində iddiaçıya 10000 manat borcunun olduğunu etiraf etmiş, xəstəliyi ilə əlaqədar ödəyə bilmədiyi, amma qaytaracağını, öldüyü təqdirdə vərəsələri tərəfindən həmin pulun qaytarılacağını bildirmiş, imzası ilə tsdiq etmişdir. Digər Cavabdeh2 1400 manatı etirafı barədə xx.xx.2024-cü il tarixdə əlyazması ilə icra edilən və imzası ilə təsdiq edilmiş ərizə vermişdir. Cavabdehlər lazımi qaydada məlumatlandırılmış, lakin məhkəməyə gəlməmiş, iddiaya etiraz etməmiş, ərizələrin onlar tərəfindən imzalanmadığına dair məhkəməyə məlumat verməmişlər. Hazırda iddiaçı hər cavabdehdən ona aid borcu, əldən çıxmış fayda və mənəvi zərərin ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd edildiyi kimi, tərəflərin arasında rəsmi müqavilə olmamışdır. Qeyd edildiyi kimi, Cavabdeh1 iddiaçıya olan 10000 manat, Cavabdeh2 1400 manat borcunu etiraf etmişlər, bu da işin mübahisəsiz hallalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 hərəkətləri nəticəsində 10000 manat, Cavabdeh2 isə 1400 manat məbləğində zərərə düşmüş, nəticədə cavabdehlər həmin məbləğdə əsassız varlanmışlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh1 10000 manat, Cavabdeh2 1400 manat iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı eyni zamanda əldən çıxmış fayda və mənəvi zərərin də tutulmasını istəyir. Məhkəmə buna dir aşağıdakıları qeyd etmək istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinin birinci cümləsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarının 1-ci bəndinə əsasən «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. 2-ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 4-cü bəndində göstərmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, həmin qərarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, iddiaçı mənəvi ziyana dair, eyni zamanda əldən çıxmış faydaya dair sübutlar təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda eyni zamanda hər iki cavabdehdən müştərək qaydada vəkilə ödənilmiş 320 manat məbləğində pulun (ödənişi təsdiq edlən sənədi əlavə etmişdir) alınaraq İddiaçı ödənilməsini istəyir. Məhkəmə hesab edir ki, vəkilə ödənilmiş 320 manat məbləğində pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 10000 manat, Cavabdeh2 1400 manat, eyni zamanda vəkilə ödənilmiş 320 manat məbləğində pul hər iki cavabdehdən alınaraq İddiaçınun xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - qaçqınlar və məcburi köçkünlər dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün kimi İmişli rayonunda məskunlaşmışdır (AA seriyalı 290172 №-li məcburi köçkün vəsiqəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 10000 manat məbləğində iddiaya görə 120 manat, Cavabdeh2 1400 manat iddiaya görə 34 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən əmin edilsin. Cavabdeh1 10000 manat , Cavabdeh2 1400 manat, eyni zamanda vəkilə ödənilmiş 320 manat məbləğində pul hər iki cavabdehdən alınaraq İddiaçınun xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdeh1 120 manat, Cavabdeh2 34 manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1008/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1008/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver