Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-104/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 42115,28 (qırx iki min bir yüz on beş manat, 28 qəpik) manat məbləğində vəsaitin və 216,34 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** EE *** dövlət qeydiyyat nişanlı, Honda CRV markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** JG *** dövlət qeydiyyat nişanlı Ford Cargo 4135 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı ** JG *** dövlət qeydiyyat nişanlı, Ford Cargo markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən sığortalı müraciət etmişdir. ** JG *** dövlət qeydiyyat nişanlı Ford Cargo markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 46 954,00 manat (qırx altı min doqquz yüz əlli dörd manat, 00 qəpik) məbləğində müəyyən dilmişdir. Zərərçəkmiş sığortalı müəyyən edilmiş zərər məbləği ilə razı olmadığından sığortalı nəqliyyat vasitəsi təmirə yönləndirilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 46954,00 manat (qırx altı min doqquz yüz əlli dörd manat, 00 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC olduğundan 5000,00 (beş min) manat zərər məbləğindən çıxılmışdır. xx.xx.2022-ci il tarixində sığorta ödənişi və çıxılmaqla qalıq məbləğ olan 42115,28 (qırx iki min bir yüz on beş manat, 28 qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. "xxxx" ASC tərəfindən ödənilmiş 42115,28 (qırx iki min bir yüz on beş manat, 28 qəpik) manat məbləğində vəsait Cavabdeh tərəfindən geri qaytarılmalıdır. İddiaçı "xxxx" ASC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, Cavabdeh vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək əmtəəşünaslıq ekspertizasının keçirilməsi üçün bu fəaliyyət ilə məşğul olan qiymətləndirmə mərkəzlərinə müraciət etdiyini, lakin rəyin daxil olmadığını bu səbəbdən məhkəmə iclasını 3 həftə müddətinə təxirə salınmasını məhkəmədən xahiş etmişdir, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək işə onların nümayəndəsinin iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərvbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-ci il tarixli ekspertin imtina məktubunun məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmasına baxmayaraq cavabdehin bu vaxtadək əlavə mütəxəssis rəyinin alınmamasını diqət yetirərək, cavabdehin vəsatətini təmin etməyərək mülki işə tərəfərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, "xxxx" ASC tərəfindən təqdim edilən “Avtonəqliyyat vasitələrinin tam sığortasına dair şəhadətnamədən görünür ki, Ford CARGO 4135 markalı ** JG *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Paşa Sığorta” ASC-də 62650 manat məbləğində Avtonəqliyyat vasitələrinin tam sığortası ilə siğorta olunmuşdur. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilən əsasən, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azəbaycan Respublikası CPM-nin 40.3-cümaddəsinə əsasən rədd olunması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, qəbul edilmiş qərarın surəti Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Suraxanı RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli siğorta katından görünür ki, xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, Suraxanı rayonu, H.Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin tam sığortası ilə siğorta olunmuş Ford CARGO 4135 markalı ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 46954 manat ziyan dəymiş, sözügedən zərərin 42115.28 manat olan hissəsi Ford CARGO 4135 markalı ** JG *** dövlət qeydiyyat nişanlı avtomobili təmir edilməsi üçün fərdi sahibkar X1 hesabına köçürülmüşdür. Paşa Sığorta” ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Ford CARGO 4135 markalı ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilə işkilik haqqı daxil olmaqla dəymiş ziyanının məbləği 46954 manat hesablanmışdır. Sultan Avtoservisin xx.xx.2022-ci il tarixli hesab fakturanın surətindən görünür ki, Paşa Sığorta ASC tərəfindənVerdiyev Vüqara 46954 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 216.34 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Honda CRV” markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək, Paşa siğorta ASC-də Avtonəqliyyat vasitələrinin tam sığortası növü ilə siğorta olunmuş “Ford” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyət hadisəsi üçün təqsirli sürücü Cavabdeh olmuşdur. Mülki iş matriallarından görünür ki, sözügedən hadisə zamanı Ford” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 46954 manat məbləğində zərər dəymişdir, cavabdeh sözügedən zərərin məbləğinin daha az olduğunu bildirsədə bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinin məzmunundanda görünür ki, PaşaSiğorta ASC-də siğortalı olan avtomobilə dəymiş zərərin 5000 manat hissəsi təqsirli avtomobilin icbarı siğorta müqaviləsi üzrə siğortaçısı tərəfindən ödənilmiş, yerdə qalan məbləğ isə avtomobilin təmiri üçün Paşasiğorta ASC tərəfindən serviz mərkəzinə ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin Cavabdeh xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi törədilməsində təqsirli hesab edildiyinindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 42115.28 (qırx iki min yüz on beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 216.34 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 42115.28 (qırx iki min bir yüz on beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində pul və 216.34 (iki yüz on altı manat, otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-104/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-104/2025
08.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver