Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1048/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədirliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 16 İyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 207 069,18 manat, faiz borcuna görə 14 229,25 manat, cərimə borcuna görə 27 806,24 manat olmaqla cəmi 249 104,67 manat və Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində DƏDKR Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 51 manat rüsumun və 540 manat məbləğində ödənilmiş dövlət rüsumu pulun İddiaçı ASC-nin xeyrinə tutulması, Tələbin Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, bağ evi 195 ünvanında yerləşən 2 ədəd 1 mərtəbəli, 3 otaqlı 67,68 kv.m yaşayış və qeyri-yaşayış sahəsindən və 48.26 kv.m köməkçi sahədən ibarət bağ evinə yönəldilməsi, ilkin satış qiyməti müəyyənləşdirilməklə bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 16 İyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 249 104,67 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 591 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 16 İyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etişdir. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” mülki iş üzrə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 114.1.3-cü maddəsinə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa iş üzrə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı ASC-yə geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzə əsasən İddiaçı ASC tərəfndən ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1048/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1048/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver