Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1049/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: cavabdehdən xx.xx.2024-cü il tarixli, YSLMB- 11097 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 23277,9 manat, faiz borcuna görə 3007,86 manat, cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pulun tutulması; cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, Saat - 4 ədəd, çəkisi-16, əyarı-750; Sep - 3 ədəd, çəkisi-13,5, əyarı-750; Komp- 3 ədəd, çəkisi-50,9, əyarı-750; Üzük - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Qolbaq - 2 ədəd, çəkisi-23,7, əyarı-750; Klon - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Sep- 10 ədəd, çəkisi-28,1, əyarı-585; Qolbaq - 7 ədəd, çəkisi- 66, əyarı-585; Komp - 5 ədəd, çəkisi-52, əyarı-585; Sırqa - 4 ədəd, çəkisi- 18,5, əyarı-585; Üzük - 5 ədəd, çəkisi-28, əyarı-585; Klon - 6 ədəd, çəkisi-15, əyarı-585; Tək sırqa - 2 ədəd, çəkisi-2,5, əyarı-585; Cəmi: 347,2 qr; bu qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li kredit müqaviləsi üzrə cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pulun ödənilməsi; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehdən tutulması barədə qətnamə qəbul edlməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li kredit müqaviləsinə əsasən illik 32 % dərəcəsi olmaqla 24 ay müddətinə 24800 manat məbləğində cavabdehə kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin əsas borcuna görə 23277,9 manat, faiz borcuna görə 3007,86 manat, cəmi 26285,76 manat təşkil edir. Müqaviləsdən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə məxsus olan qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Saat - 4 ədəd, çəkisi-16, əyarı-750; Sep - 3 ədəd, çəkisi-13,5, əyarı-750; Komp- 3 ədəd, çəkisi-50,9, əyarı-750; Üzük - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Qolbaq - 2 ədəd, çəkisi-23,7, əyarı-750; Klon - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Sep- 10 ədəd, çəkisi-28,1, əyarı-585; Qolbaq - 7 ədəd, çəkisi- 66, əyarı-585; Komp - 5 ədəd, çəkisi-52, əyarı-585; Sırqa - 4 ədəd, çəkisi- 18,5, əyarı-585; Üzük - 5 ədəd, çəkisi-28, əyarı-585; Klon - 6 ədəd, çəkisi-15, əyarı-585; Tək sırqa - 2 ədəd, çəkisi-2,5, əyarı-585; Cəmi: 347,2 qr. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmı cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li kredit müqaviləsinə əsasən illik 32% dərəcəsi olmaqla 24 ay müddətinə 24800 manat məbləğində cavabdehə kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh ilə qızılzinət əşyalarına dair xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li girov müqaviləsi bağlanılmışdır. Müqavilənin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”, 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Saat - 4 ədəd, çəkisi-16, əyarı-750; Sep - 3 ədəd, çəkisi-13,5, əyarı-750; Komp- 3 ədəd, çəkisi-50,9, əyarı-750; Üzük - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Qolbaq - 2 ədəd, çəkisi-23,7, əyarı-750; Klon - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Sep- 10 ədəd, çəkisi-28,1, əyarı-585; Qolbaq - 7 ədəd, çəkisi- 66, əyarı-585; Komp - 5 ədəd, çəkisi-52, əyarı-585; Sırqa - 4 ədəd, çəkisi- 18,5, əyarı-585; Üzük - 5 ədəd, çəkisi-28, əyarı-585; Klon - 6 ədəd, çəkisi-15, əyarı-585; Tək sırqa - 2 ədəd, çəkisi-2,5, əyarı-585; Cəmi: 347,2 qr. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə 23277,9 manat, faiz borcuna görə 3007,86 manat, cəmi 26285,76 manat təşkil edir. İddiaçı ASC tərəfindən cavabdehdən borcun ödənilməsi tələb edilmişdir (Bank tərfindən iddiaçıya ünvanlanmış bildiriş). İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 169 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, YSLMB- 11097 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 23277,9 manat, faiz borcuna görə 3007,86 manat, cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pul tutulmalı; cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməli, Saat - 4 ədəd, çəkisi-16, əyarı-750; Sep - 3 ədəd, çəkisi-13,5, əyarı-750; Komp- 3 ədəd, çəkisi-50,9, əyarı-750; Üzük - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Qolbaq - 2 ədəd, çəkisi-23,7, əyarı-750; Klon - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Sep- 10 ədəd, çəkisi-28,1, əyarı-585; Qolbaq - 7 ədəd, çəkisi- 66, əyarı-585; Komp - 5 ədəd, çəkisi-52, əyarı-585; Sırqa - 4 ədəd, çəkisi- 18,5, əyarı-585; Üzük - 5 ədəd, çəkisi-28, əyarı-585; Klon - 6 ədəd, çəkisi-15, əyarı-585; Tək sırqa - 2 ədəd, çəkisi-2,5, əyarı-585; Cəmi: 347,2 qr; bu qızıl-zinət əşyaları hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li kredit müqaviləsi üzrə cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pul ödənilməli; girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddia təmin edilsin. Cavabdeh onunla İddiaçı ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, YSLMB- 11097 №-li kredit müqaviləsi üzrə əsas borcuna görə 23277,9 manat, faiz borcuna görə 3007,86 manat, cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pul tutulsun. Həmin borcun tutulması cavabdehə məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin: Saat - 4 ədəd, çəkisi-16, əyarı-750; Sep - 3 ədəd, çəkisi-13,5, əyarı-750; Komp- 3 ədəd, çəkisi-50,9, əyarı-750; Üzük - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Qolbaq - 2 ədəd, çəkisi-23,7, əyarı-750; Klon - 3 ədəd, çəkisi-16,5, əyarı-750; Sep- 10 ədəd, çəkisi-28,1, əyarı-585; Qolbaq - 7 ədəd, çəkisi- 66, əyarı-585; Komp - 5 ədəd, çəkisi-52, əyarı-585; Sırqa - 4 ədəd, çəkisi- 18,5, əyarı-585; Üzük - 5 ədəd, çəkisi-28, əyarı-585; Klon - 6 ədəd, çəkisi-15, əyarı-585; Tək sırqa - 2 ədəd, çəkisi-2,5, əyarı-585; Cəmi: 347,2 qr. Bu qızıl-zinət əşyaları hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən xx.xx.2024-cü il tarixli, YSLMB-11097 №-li kredit müqaviləsi üzrə cəmi 26285,76 manat pul və dövlət rüsumu kimi ödənilmiş 169 manat məbləğində pul ödənilsin. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borc ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1049/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1049/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver