Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1063/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə hər birinin miras payı həcmində 233.46 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin MXD ilə Şabandayev Qəzənfər Zeynalabdin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********17 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Şabandayev Qəzənfər Zeynalabdin oğluna 38 ay müddətinə illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 2000 manat məbləğində kredit verilmişdir. X1 Zeynalabdin oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən Şabandayev Qəzənfər Zeynalabdin oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Şabandayev Qəzənfər Zeynalabdin oğlunun banka ödənilməmiş 233.46 manat əsas borcu qalmışdır. Eyni zamanda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 vərəsə kimi müəyyən olunmalarına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Şabandayev Qəzənfər Zeynalabdin oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********17 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Şabandayev Qəzənfər Zeynalabdin oğluna 38 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Şabandayev Qəzənfər Zeynalabdin oğlu kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli məxaric orderindən görünür ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlu 1980 manat məbləğində pulu "xxxx" ASC-dən təhvil almışdır. - ödəniş cədvəlidən görünür ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlu xx.xx.2019cu il tarixdən 38 ay müddətində hər ay banka 81.1 manat (sonuncu ay 77.35 manat) ödəməli idi. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlunun xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə banka 233.46 manat əsas borcu vardır. - "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlunun banka olan borcunun 7 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - AZ-İİ seriyalı 148037 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlu xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2022-ci il tarixli 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Şabandayev Qəzənfər Zeynalabdin oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Göygöl rayonu Üçbulaq kəndində yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən ibarətdir. - xx.xx.2022-ci il tarixli 2V-25 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Şabandayev Qəzənfər Zeynalabdin oğlunun vərəsələri Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1dur və onların hər biri miras əmlakdan 1/4 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 139.32 kv.m olan fərdi yaşayış evi və 0.019922 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Şabandayev Qəzənfər Zeynalabdin oğlu arasında xx.xx.2019-cu il tarixli BPM**********17 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən Şabandayev Qəzənfər Zeynalabdin oğluna 38 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2000 manat məbləğində kredit verilmişdir. Şabandayev Qəzənfər Zeynalabdin oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Şabandayev Qəzənfər Zeynalabdin oğlu xx.xx.2020-ci il tarixdə ölmüş və sonuncudan qalmış miras əmlaka dair Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə ödənilməmiş borcu Şabandayev Qəzənfər Zeynalabdin oğlunun vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şabandayev Qəzənfər Zeynalabdin oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. X2 Zeynalabdin oğlu xx.xx.2020-ci il tarixdə ölmüş, bu səbəbdən kredit öhdəlikləri icra edilməmişdir. Şabandayev Qəzənfər Zeynalabdin oğlunun kreditoru olan iddiaçı qarşısında onun vərəsələri-cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məsuliyyət daşıdığından, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsini vərəsələrdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 hər birinin miras payı həcmində 233.46 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hər birinin miras payı həcmində 233.46 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1063/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1063/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver