Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1108/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə Həsən oğlunun iştirakları ilə, İddiaçı «Bank VTB ( Azərbaycan)» ASC-nin Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Bank VTB( Azərbaycan)» ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə sməhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X5 arasında bağlanmış: xx.xx.2019-cu il tarixli 135182-CNS-16043/1 №-li “Nağd pul krediti müqaviləsi”üzrə xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 15744,5 manat məbləğində əsas borc, 134,31 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 15878,83 manat məbləğinin; xx.xx.2019-cu il tarixli 135182-1-14051/1 №-li “Nağd pul krediti müqaviləsi” üzrə xx.xx.2022-ci il tarixinə Banka borclu olduğu 727,71 manat məbləğində əsas borc, 6,20 manat məbləğində faiz üzrə borcu olmaqla, ümumilikdə 733,91 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 139,84 manat dövlət rüsumunun qanun üzrə vərəsələr Cavabdeh2 Feyzi qızı, Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli 135182-CNS-16043/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 15744,52 manat, xx.xx.2019-cu il tarixli 135182-1-14051/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 727,71 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2022-ci il tarixinə ümumilikdə 15878,83 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. X1 xx.xx.2020-ci il tarixində vəfat etmiş və Bankın müraciətinə cavab olaraq, Bakı şəhəri 39 №-li Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsələri müəyyən edilmişdilər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Həsən oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ASC ilə X5 arasında xx.xx.2019-cu il tarixli 135182-CNS-16043/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 15744,52 manat, xx.xx.2019-cu il tarixli 135182-1-14051/1 №-li “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 727,71 manat məbləğində kredit verilmişdir. X5 xx.xx.2020-ci il tarixində ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 123628 №-li ölüm haqqında şəhadətnamə). Bakı şəhəri 39 №-li Notariat Ofisinin xüsusi notariusu X3 xx.xx.2022-ci il tarixli məktubuna əsasən, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qanun üzrə vərəsələri müəyyən edilmişdilər. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2020-ci il tarixində ölmüş X4 vərəsələri kimi hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdılar, miras əmlak "xxxx" MMC-də mərhumun adına olan 4351,59 manat puldur. Bank tərəfindən təqdim edilmiş maliyyə arayışlarındlan görünür ki, xx.xx.2022-ci il tarixə: xx.xx.2019-cu il tarixli 135182-CNS-16043/1 №-li müqavilə üzrə əsas borc 15744,52 manat, faiz borcu 134,31 manat, cəmi 15878,83 manat, xx.xx.2019-cu il tarixli 135182-1-14051/1 №-li müqavilə üzrə əsas borc 727,71 manat, faiz borcu 6,20 manat, cəmi 733,91 manat təşkil edir. Təqdim edilmiş hər iki müqavilə üzrə hesabdan çıxarışdan görünür ki, həmin məbləğlər xx.xx.2020-ci il tarixdən ödənilmir. Hazırda Bank borcun vərəsələrdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1306.1-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Odur ki, məhkəmə hesab edir ki, vərəsələrin hər biri 4351,59 manatın 1/3 hissəsini miras əmlak kimi aldıqlarına görə yalnız həmin məbləğ onlardan hər birinə düşən pay miqdarında tutula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 1450,53 manat, Cavabdeh2 1450,53 manat və Cavabdeh1 1450,53 manat Bankın xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin cavabdehlərdən 139,84 manat məbləğində dövlət rüsumunun tutulmasını da istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 26 % hissəsində təmin edlidiyindən (16612,74 manatın 4351,59 mant hissəsi), rüsum da 63,52 manat məbləğində cavabdehlərdən, yəni onların hər birindən 21.17 manat iddiaçının xeyrinə tutulmalı, 76,32 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 1450,53 manat borc və 21.17 manat dövlət rüsumu, Cavabdeh2 1450,53 manat borc və 21.17 manat dövlət rüsumu və Cavabdeh1 1450,53 manat borc və 21.17 manat dövlət rüsumu «Bank VTB( Azərbaycan)» ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. 76,32 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1108/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1108/2023
14.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver