Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1144/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızının, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızının cavabdeh Əzı̇ mov Mı̇ rəli Mı̇ rəlı̇ əkbər oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızı cavabdeh Əzı̇ mov Mı̇ rəli Mı̇ rəlı̇ əkbər oğluna qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz mebel dəstini yararsız hala sadığı üçün iddiaçıya dəymiş 5000 manat ziyanın cavadeh Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavadeh Cavabdeh ilə 3 ilə yaxındır ki əlaqə saxlayıb mütəmadi olaraq söhbətləşmişlər. xx.xx.2023-cü il tarixdə el adəti ilə iddiaçını anasından istəmiş və onlar ailə qurmuşlar. Həmin tarixdən də cavadeh Cavabdeh yaşadığı Bilgəh qəsəbəsinə köçmüşdür. İddiaçının anası Əliyeva Gülzar iddiaçıya cehiz olaraq dəyəri 5000 manat olan mebel dəsti vermişdir. Sonradan iddiaçı hamilə olduğundan dəfələrlə ailəsində cavadehlə söz söhbətlər yaranmışdır. Cavabdeh uşağı istəmədiyini və abort eletdirməyi israr edirdi. İddiaçı razılaşmamış və məcbur olaraq 6 may 2024-cü il tarixdə evdən çıxaraq valideyinlərinin yaşadığı Sabunçu rayonu Kürdəxanı qəsəbəsinə gəlmişdir. Bir müddət sonra cavabdeh iddiaçıya zəng vuraraq yenidən evlənəcəyini və gəlib mebelləri və digər əşyaları götürməyi bildirmişdir. İddiaçının hamiləliyi ağır keçdiyindən mebel dəstini götürmək bir az yubanmışdır. Sonra iddiaçı anası və qardaşı ilə birlikdə mebelləri götürmək üçün cavadehin yaşadığı ünvana getmişdir. Orada görmüşdür ki, cavadeh iddiaçıya məxsus cehizləri həyətə çıxararaq yağışın altında saxladığından mebel dəsti yararsız hala düşübdür. Cavadehlə aralarında münaqişə yarandığından 102 xidmətinə zəng vurmuş və Sabunçu Rayon Polis İdarəsinin 14-cü PB-də araşdırma aparılaraq cavadeh Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə barəsində protokol tərtib edilərək 50 manat cərimə edilmişdir və iddiaçıya izah edilmişdir ki hüquqlarının müdafiə edilməsi üçün məhəkəməyə müraciət etsin. İddiaçı Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddiaya etiraz edərək, izahatında bildirdi ki, cavabdehə İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib edilmişdir. Həmin sənədin mətnindən məlum olur ki, cavabdeh mebelləri göndərib, lakin iddiaçı mebelləri almaqdan imtina etmişdir. Cavabdeh iddiaçının razılığı ilə mebelləri sökmüş və həyətə qoymuşdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sabunçu RPİ-nin 14-cü PŞ-nin sahə inspektoru polis kapitanı Bəhruz Sadıqzadə tərəfindən verilmiş arayışdan görünür ki, X1 müraciətində Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızının Bilgəh qəsəbəsində yaşayan Mirəli adlı şəxslə qeyri-rəsmi ailə həyatı qurması, qızına 5000 manatlıq mebel, televizor, soyuducu verməsi, aralarında yaranan mübahisədən sonra Mirəli zəng vuraraq mebelləri aparılmasını bildirdikdə ona usta ilə gələrək mebelləri aparacağını bildirsə də, Mirəli anası ilə birləşərək ustasız olaraq mebelləri sökərək çölə qoymaları, qonşuların dediyinə görə mebellərin 2 aydı yağışın altında qalaraq şişməsi, bunu gəlib gördükdə isə polisə müraciət etməsi, sonra Mirəli mebelləri 156 xidməti vasitəsilə göndərdikdə mebelləri qəbul etməyərək geri qaytarması və Mirəlinin dəymiş ziyanın ödəməsində köməklik edilməsi barədə bildirmişdir. X1 izahatında ərizədə yazdıqlarını təsdiq etmişdir. Yəni, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, 2023-cü ildən tərəflər faktiki nikah münasibətlərində olmuşlar, aralarında söz söhbət yarandığından 2024-cü ildə iddiaçı evi tərk etmişdir. Cavabdeh iddiaçıya ona məxsus mebelləri gəlib aparmasını tələb etmiş, lakin iddiaçı hər hansısa səbəblərdən bunu etməmişdir. Hazırda iddiaçı onun mebellerinin həyətə atıldığına görə onların dəyərini tələb edir. Mübahisəli hal mebellərin yararsız halda olub-olmaması və cavabdehin təqsirinin müəyyən olunmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" xx.xx.2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, təqsirli olaraq törədilmiş hüquqa zidd hərəkət nəticəsində əmlaka vurulan zərər ödənilməlidir. Cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində ziyanın vurulmasını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Hazırki işdə İddiaçı Qurban qızı tərəfindən mebellərə maddi ziyan dəyməsi və ümumiyyətlə məhz cavabdehin təqsirli və hüquqa zidd hərəkətləri nəticəsində dəyməsini təsdiq edən hər hansı sənəd təqdim olunmamışdır. O, mebellərin yararsız halda olduğunu bildirsə də, təqdim etdiyi şəkillərdən bunu müəyyən etmək olmur. Eyni zamanda məhkəmədə tədqiq olunmuş səs yazısından müəyyən edilmişdir ki, cavabdeh mübahisəli əşyaları iddiaçının razılığı ilə evdən çıxartmışdır. Məhkəmə iclasında iddiaçının özü, Sabunçu RPİ-nin 14-cü PŞ-də isə anası etiraf etmişdirlər ki, daha sonra cavabdeh həmin əşyaları iddiaçının yaşadığı ünvana aparmış, lakin iddiaçı onları qəbul etməyərək geri qaytarmışdır. Tədqiq olunan səs yazıları ilə hətta o da müəyyən olunur ki, cavabdeh iddiaçıya iddiaçının özü tərəfindən usta çağıraraq mebelləri sökdürməyi təklif etsə də, iddiaçı bununla razılaşmır və ustanı məhz cavabdehin gətirməsini tələb edir. Bundan belə anlaşılır ki, gələn ustanın mebelləri necə sökməsinə görə məsuliyyəti qəsdən cavabdehin üzərinə atır. Halbuki, özünə məxsus əşyaların salamat şəkildə təhvil alması üçün ona şərait yaradılır, o isə bu vəziyyəti özü qəlizləşdirərək sanki mebelləri götürmək istəmir, əvəzində mebelə xərclədiyi pulu almaq istəyir. Bundan başqa, iddiaçı qonşuların sözünə əsasən o mebellərin artıq iki aydan çox həyətdə qaldığını bildirsə də, bunu da təsdiq edən hansısa sübut vermir. Buna görə də məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Əlı̇ yeva Günel Qurban Mı̇ rzə qızının cavabdeh Əzı̇ mov Mı̇ rəli Mı̇ rəlı̇ əkbər oğluna qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-1144/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1144/2025
17.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver