Məhkəmə qərarları › İş №e-2(008)-1166/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1166/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1166/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümyaəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh - Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və 26,12.2019-cu il təvəllüdlü X1 18 yaşına çatanadək saxlanması üçün təyin edilmiş aliment məbləğini dəyişdirilərək - artırılması yəni, hər bir uşağa görə hər ay 1.000 (min) manat olmaqla iki uşağa görə, ümumilikdə - 2.000 (iki min) manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001 )-l 178/2022 saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat şöbəsində akt qeydləri kitabında 1671 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019- cu il təvəllüdlü X5 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2021-ci ıl tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Cavabdeh tutularq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsindən görünür ki, 2 azyaşlı övladı onun himayəsindədir və uşaqların saxlanması üçün aliment miqdan uşaqların sağlamlığı, inkşafı, təhsili və s. ehtiyacları ilə müqayisədə çox azdır. Xəzər Universiteti Dünya Məktəbi ilə bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrdən görünür ki, övladı X3 təhsil alması üçün hər il 8000 (səkkiz min) manat məbləğində ödənişlər ödənilib. Eyni zamanda digər övladının təhsili və sağlamlığı üçün xeyli məbləğdə xərc çəkilir. Cavabdeh - Cavabdeh maddi imkanı və aylıq qazancı yüksəkdir. Hal-hazırda onun əlində çox sayda daşınar və daşınmaz əmlaklar var. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli "Kooperativ Binada Mənzil 'Tikinti Haqqında” Müqavilədən görünür ki, cavabdehin mülkiyyətində hal-hazırda xx.xx.2015-ci il tarixdə 339.000 (üç yüz otuz doqquz min) manat dəyərində alınmış mənzil var və bundan başqa ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi, həmçinin, X4 küçəsi, ev 14 ünvanda yerləşən 39 nömrəli mənzil də cavabdehin mülkiyyətindədir. Bundan əlavə Rang Rover markalı yeni buraxılışlı avtomobili var. Eyni zamanda cavabdeh - Cavabdeh atasına məxsus Bakıxanov Çörək Zavodunda və “Sərham" MMC və ona bağlı 2 mərtəbəli supermarketdə icraçı direktor vəzifəsində çalışaraq aylıq qazancı 7.000-10.000 manat təşkil edir. Həmçinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, cavabdeh - Cavabdeh adına hal-hazırda 2 avtomobil qeydiyyatda var. Eyni zamanda bir il ərzində yüzdən artıq avtomobilin icarəyə verilməsi məqsədilə etibarnamələr verib. Cavabdeh - Cavabdeh övladlarının inkşafi və xoşbəxt gələcəyi üçün daha çox aliment vermək iqtidarındadır. Onun aylıq qazancı buna imkan verir. Həmçinin, Cavabdeh ilə birgə nikah dövründə övladlarının saxlanmasına 193 manat deyil, həmin məbləğdən qat-qat artıq pul xərclənirdi. Lakin, nikahı pozulandan sonra övladlarının əvvəlki həyat şəraitinə uyğun saxlanması üçün cavabdeh tərəfindən köməklik edilməmişdir. Buna baxmayaraq indiyədək o, övladının təhsilinə və digər ehtiyaclarının qarşılanması üçün maddi imkanlarını səfərbər etmişdir. Lakin, hal-hazırda maddi çətinliklə əlaqədar uşaqların inşafı və yaşayış səviyyəsini əvvəlki həyat şəraitinə uyğun saxlamaqda maddi çətinliklər yaranıb. Ona görə da hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki. Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Cavabdeh ödədiyi aliment minimum aliment məbləğindən də azdır. Cavabdehin maddi imkanı yüksək olmasına baxmayaraq minimum məbləğdəndə aşağı ödədiyi alimentdən əlavə övladlarının saxlanmasına iştirak etməyib. Ona görə də "alimentin miqdarının artırılması barədə” iddia qaldırmağa məcbur olmuşdur. Hal-hazırda cavabdehlə birgə nikahından olan övladlarının saxlanması üçün, onların ehtiyaclarının ödənilməsi üçün hər ay hər uşağa 1000 (min manat) məbləğində aliment ödənilməsi məqsədəuyğundur. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatlarını, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarına əsasən “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” hissəsi üzrə iddia ərizənin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar