Məhkəmə qərarları › İş №e-2(008)-1172/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1172/2023

22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1172/2023 22.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qaşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı əmlaka “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 MMC-nin əmlakına (avtobusa) dəymiş 457,84 manat ziyan məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 488.24 (dörd yüz səksən səkkiz manat 24 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, 25 dekabr 2021-ci il tarixində təxminən saat 21:50 radələrində **-BA-*** DQN-lı “ZAZ 968M MİNİK” markal nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh Heydər Əliyev prospektində dayanacaqda sərnişin endirib mindirən zaman İddiaçı2 MMC-nin istifadəsində olan **-JU-*** DQN-lı avtobusun arxa hissəsindən vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisədən dərhal sonra Cəmiyyətinin əməkdaşı tərəfindən DİN-nin “102” çağrı mərkəzinə məlumat verilib. Hadisə Bakı şəhər Baş Polis İdarəsinin DYPİ- nin baş inspektoru kapitanı X2 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun arşadırması nəticəsində sürücü Cavabdeh əməllərində İXM-nin 327.1-ci və 332.1-ci maddələrinin tələblərinin pozulması öz əksini tapdığından, barəsində İXP ******* saylı İnzibati xəta haqqında protokol tərtib edilib TP ******* nömrəli X3 haqqında Qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hər iki sürücünün verdiyi yazılı izahatlarında da təsdiq olunur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X5 İdarəsində tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair İXP ******* №li xx.xx.2021-ci il tarixli X3 haqqında protokol sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobusun sol arxa yan hisssəsı deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 1 gün müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. BMC AZ Servis Mərkəzi tərəfindən verilən 002694 saylı Zərər Aktına əsasən **-JU-*** DQN-lı avtobusa 457,84 (dörd yüz əlli yeddi manat 84 qəpik) AZN maddi zərər dəymişdir. Qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi sənədləşdirilən zaman müəyyən edilmişdir ki, **-BA-*** DQN-lı “ZAZ 968M MİNİK” markal nəqliyyat vasitəsinin icbari sığorta müqaviləsi mövcud deyil. Avtomobilin İcbari sığortasının olmaması nəticəsində, sürücünün İddiaçı2 MMC-nin balansında olan avtobusa vurmuş olduğu 457.84 (dörd yüz əlli yeddi manat 84 qəpik) manat məbləğ cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, X3 haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 21.50 radələrində Heydər Əliyev prospektindı baş vermiş yol nəqliyyat hadisəsi zamanı Cavabdeh xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsin törədilməsində təqsirli hesab edilmiş və İXM-nin 327.1-ci və 332.1-ci maddəsi ilə “40” manat məbləğində cərimə edilmişdir. Cavabdeh izahatından görünür ki, xx.xx.2021-ci il tarixində Heydər Əliyev tarixində maşının əyləci işləməmiş, hadisə zamanı “Kia” və BMW markalı avtomobillərə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, 25 dekabr 2021-ci il tarixində təxminən saat 21:50 radələrində **-BA-*** DQN-lı “ZAZ 968M MİNİK” markal nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh Heydər Əliyev prospektində dayanacaqda sərnişin endirib mindirən zaman İddiaçı2 MMC-nin istifadəsində olan **-JU-*** DQN-lı avtobusun arxa hissəsindən vuraraq iddaçıya 457.84 manat məbləğində zərər yetirmişdir. Hadisənin törədilməsində təqsirli olan şəxsin idarə etdiyi avtomobilin siğortası mövcud olduğundan, zərər dəymiş avtomobilin mülkiyyətçisinə dəymiş ziyan ödənmədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 457.84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat dəymiş ziyan tutularaq iddiaçıya ödənməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin olunsun. Cavabdeh 457.84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, 0.4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar