Məhkəmə qərarları › İş №e-2(008)-1172/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1172/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1172/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclasının katibi X14 qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızından İddiaçı QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 002A193326909 saylı kredit müqaviləsi üzrə 1446.06 manat əsas borc, 440.54 manat faiz borcu, 195.22 manat cərimə olmaqla ümumilikdə cəmi 2081,82 manat məbləğində bоrcun və ödənilmiş 40.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 002A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3053.94 manat ödəniş etmiş və оnun iddiaçıya 1446.06 manat məbləğində kredit bоrcu qalmışdır. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə X3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh X7 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 18 saylı Notariat Ofisində məhrum X2 miras qalmış əmlaklara dair vərəsəlik işi açılmış və mərhumun həyat yoldaşı Ələkbərova (Rzayeva) Nigar Hüseyn qızına qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamələr verilmişdir. Məhkəməyə ərizə ünvanlayan iddiaçının nümayəndəsi X4 işə onların iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X5 illik 2 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 4500 manat məbləğində kredit verilmişdir; - xx.xx.2019-cu il tarixli 002G**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC ilə X7 arasında bağlanmış kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi X1 Teymur Balaxan oğlunun öhdəliklərini yerinə yetirilməsinə görə bank qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu əmlakı hesabına ödənilməsini öhdəsinə götürmüşdür - İddiaçı QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1446,06 manat əsas, 440,54 manat faiz, 195,22 manat cərimə borcu, cəmi 2081,82 manat borcu mövcuddur; -Bakı şəhəri 18 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi X8r və o miras əmlakdan ½ hissədə pay almalıdır; Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə miras qoyanın arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh X7 isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirə bilməmişdir. Cavabdeh X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, xx.xx.2022-ci il tarixli şəhadətnaməyə əsasən X10 onun vərəsəsi hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Beləliklə, müəyyən olunur ki, mərhum X3 vərəsələri formal üsulla mirası qəbul etmiş və universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru, yəni bank mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə, hazırki cavabdehə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh X10 qızı xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X3 xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiklərindən kredit müqaviləsi üzrə yaranmış 1446,06 manat əsas, 440,54 manat faiz, 195,22 manat cərimə borc cavabdehdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40,80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1446 (min dörd yüz qırx altı) manat, 06 (altı) qəpik məbləğində əsas borc, 440 (dörd yüz qırx) manat, 54 (əlli dörd) qəpik faiz, 195 (yüz doxsan beş) manat, 22 (iyirmi iki) qəpik cərimə borcu, cəmi 2081 (iki min səksən bir) manat, 82 (səksən iki) qəpik borc pul və 40 (qırx) manat, 80 (səksən) qəpik məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar