Məhkəmə qərarları › İş №e-2(008)-1280/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1280/2025

30.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1280/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mirzəliyev Ruslan Əsəd oğlu, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçınə dəymiş 729,31 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 759,71 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixində saat 17:00 radələrində Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi ünvanında idarə etdiyi **-BU-*** dövlət nömrə nişanlı “QAZ 2705” markalı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan 108 mm diametrlik, aşağı təzyiqli, L=08 metr uzunluğunda olan yerüstü qaz xəttinin yol keçid hissəsini və həmin qaz xəttinin üzərində quraşdırılmış olan 01 ədəd G-4 markalı **********8 nömrəli qaz sayğacını yararsız vəziyyətə salmışdır. Yol nəqliyyat hadisəsi zamanı 25 dəqiqə müddət ərzində də təbii qaz havaya axaraq sovrulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD XəzəTrexniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlıİddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cüil tarixində barəsində İXP6295019 nömrəli protokol və xx.xx.2024-cü il tarixdə Cavabdeh İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sürücü barəsində qəbul edilmiş müvafiq qərarın surəti xx.xx.2024-cü il tarixli məktubla İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Cavabdeh tərəfindən baş vermiş avto qəza hadisəsinin nəticələrinin aradan qaldırılması yönündə İddiaçı İB-yə ümumilikdə 729.31 manat məbləğində (609,56 manat təmirbərpaya çəkilən xərc və 119,75 manat itirilmiş qazın dəyəri) maddi zərər vurulmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Cavabdeh rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. İş materiallarını araşdırıb, iş üzrə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı tələb üzrə iddianın qiyməti 729,31 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü və 284-6.1-ci maddələrinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində saat 17:00 radələrində Cavabdeh Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi ünvanında idarə etdiyi **-BU-*** dövlət nömrə nişanlı “QAZ 2705” markalı yük avtomaşını ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş və SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (bundan sonra “BRQİD” adlandırılacaq) balans və istismarında olan 108 mm diametrlik, aşağı təzyiqli, L=08 metr uzunluğunda olan yerüstü qaz xəttinin yol keçid hissəsini və həmin qaz xəttinin üzərində quraşdırılmış olan 01 ədəd G-4 markalı **********8 nömrəli qaz sayğacını yararsız vəziyyətə salmışdır. Yol nəqliyyat hadisəsi zamanı 25 dəqiqə müddət ərzində də təbii qaz havaya axaraq sovrulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD XəzəTrexniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən ərazinin qaz təminatı dayandırılmış, hadisə barədə İddiaçı İB-nın Qəza-Bərpa Xidmətinə və həmçinin Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verilmiş, faktla bağlıİddiaçı İB əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixində akt tərtib edilmişdir. Cavabdeh tərəfindən baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Xəzər RPİ DYP Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cüil tarixində barəsində İXP6295019 nömrəli protokol və xx.xx.2024-cü il tarixdə Cavabdeh İXMnin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sürücü barəsində qəbul edilmiş müvafiq qərarın surəti xx.xx.2024-cü il tarixli məktubla İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi haqlıdır və təmin olunaraq, Cavabdeh 729,31 (yeddi yüz iyirmi doqquz manat otuz bir qəpik) manat məbləğində zərər iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehə aid edilməklə, ondan alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 729,31 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 759,71 manat İddiaçı xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1%-i məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 729,31 (yeddi yüz iyirmi doqquz manat otuz bir qəpik) manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 759,71 (yeddi yüz əlli doqquz manat yetmiş bir qəpik) manat pul tutularaq, İddiaçı bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar