Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1289/2024 31.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023- cü il tariхli, 2023/00140-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 kreditin əsas borcu üzrə 38999,80 manat məbləğində qalıq, ona hesablanmış 3153,33 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 43153,13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Tahir Hacıyev küçəsi, ev 58 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 560000 manat məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 38999,80 manat məbləğində qalıq, ona hesablanmış 3153,33 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 43153,13 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq iddiadan imtina etdiklərini və mülki iş üzrə icraata bu əsasla xitam verilməsini xahiş emişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, banka olan borcunu artıqlaması ilə ödəmiş və vəsatətin təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə və iddiaçıya rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlərdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və vəsatəti nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, iddiaçının iddiadan imtinası qəbul edilməli və hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırda iddiaçının iddiadan imtina etməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 122.1. İddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə, həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 52, 191, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İddiaçı BOKT ASC-nin iddiadan imtina etməsi barədə ərizəsi təsdiq edilsin və e-2(008)-1289/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı BOKT ASC-nin tərəfindən ödənilmiş 220 manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) iddiaçıya qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh2, Cavabdeh1 və İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılmış tədqiqatın dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2, Cavabdeh1 və İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətindən müştərək qaydada tutularaq VÖEN **********, H/H AZ61AİİB******************** "xxxx" ASC-nin Nərimanov filialı M/H:AZ37NABZ013501**********1944,Kod 200093, Bankı VÖEN-i **********, SWİFT:AİİBAZ2X, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. İddiaçıya izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1289/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1289/2024
31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver