Məhkəmə qərarları › İş №e-2(008)-13/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-13/2025

05.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-13/2025 05.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6 qızına, Cavabdeh7 oğluna, X5 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"» ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6 qızına, Cavabdeh7 oğluna, X5 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2016-cı il tarixli, 6515F nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 7874,16 manat məbləğində əsas borcun, 3138,04 manat məbləğində faiz borcun, ümumilikdə 11012,20 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövət rüsumunun, kredit, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum məbləğinin tutulub iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Azərbaycan Respublikası DƏDRX-in MH seriyalı, ******* Nli, **********41-05101-093013 reyestr N-li, ********* qeydiyyat N-li, hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən çıxarışına əsasən Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6 qızına, Cavabdeh7 oğluna xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 9 mərtəbəli binada 42,65 kv m yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 (bir) ay ərzində boşaldılması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6 qızına, Cavabdeh7 oğlunun, Cavabdeh2,Cavabdeh1, Cavabdeh5 oğlunun, Cavabdeh6 qızının, Cavabdeh7 oğlunun, X3 qeyd olunan daşınmaz əmlakdan əşyaları ilə birlikdə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh3 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı LPO İddiaçı ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 6515F «Kredit müqavləsi»nə əsasən, cavabdehə şəxsi məqsədlər üçün 60 ay müddətinə, illik 19 faiz hesablanmaqla 13670 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 6515F nömrəli «Kredit müqaviləsi»nin təminatı qismində, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in MH seriyalı,0060237 nömrəli, **********41-05101-093013 reyestr N-li, ********* qeydiyyat N-li, hüquqların dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövət reyestrindən çıxarışına əsasən, Cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsində istifadədə olan 0,108 ha torpaq sahəsində yerləşən 9 nömrəli, 9 mərtəbəli binada 42,65 kvm. yaşayış sahəsindən ibarət 3 otaqlı 27 nömrəli mənzil banka ipotekaya qoyulmuş, bu barədə cavabdehlə 23 may 2016-cı il tarixli ipoteka müqaviləsi bağlanmış və buna əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən həmin müqavilə qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən qeydiyyat tarixi xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli ipoteka yüklülüyünə dair çıxarış verilmişdir. Kredit müqaviləsinin 3.3-cü bəndinə əsasən, kredit məbləği kreditin «Kredit alan» üçun açılan ssuda hesabına köçürüldüyü tarixdən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə 4.1 bəndi ilə müəyyən olunan müddət ərzində bərabər hissələrlə qaytarılır. «Kredit müqavləsi»nin 3.4-cü bəndinə əsasən, «Kredit alan» kreditdən istifadəyə görə «Kredit varən»ə illik 19 faiz ödəyir. Həmin müqavlənin 3.6-cı bəndinə əsasən, faizlər kreditin ssuda hesabına daxil dduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün «Kredit alan» tərəfindən «Kredit verən»in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqavilənin 3.3-cü bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, hər gecikdirilən gün üçün müqavilənin 3.4-cü bəndi ilə müəyyənləşdirilən faizlərin iki misli miqdarında cərimə ödəyir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, müqavilənin 3.6.-cı bəndində göstərilən vəzifənin icra müddəti «Kredit alan» tərəfindən gecikdirildiyi halda o, «Kredit verən»ə 3.4cü bəndi ilə müəyyən olunan faizlərin iki misli miqdarında cərimə ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka bu günə 7874,16 manat məbləğində əsas borc, 3138,04 manat məbləğində faiz borcu, ümumilikdə 11012,20 manat məbləğində kredit borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı «Bildiriş»lərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan «Kredit müqaviləsi» üzrə əsas, faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 6515 F nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh3 7874,16 manat əsas, 4021,71 manat faiz, 2275,12 manat cərimə borcunun, 954,84 (manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun, iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 135,38 (bir yüz otuz beş manat 38 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, kredit, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum məbləğinin iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh4 xüsusi mülkiyyət hüququ əsasında məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 9 ünvanında yerləşən 27 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçı LPO İddiaçı ASCyə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 (bir) ay ərzində boşaldılması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 oğlunun, Cavabdeh6 qızının, Cavabdeh7 oğlunun və X4 qeyd olunan mənzildən əşyaları ilə birlikdə çıxarılması və mənzilin LPO AtaBank ASC-yə təhvil verilməsi, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh3 tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək iddianın təmin edilməsinə etiraz etmədiyini, fərdi yaşayış evinin qiyməti ilə razı olduğunu, borc məbləği üzrə hissə-hissə ödənişlər edə biləcəyini məhkəməyə bildirmiş, eyni zamanda iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh5 oğlunun, Cavabdeh6 qızının və Cavabdeh7 oğlunun artıq həmin ünvanda yaşamadığlarını bildirmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdehlər isə gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfində Cavabdeh4 60 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 13670 manat məbləğində kredit verilmişdir. - xx.xx.2016-cı il tarixli sonrakı İpoteka Müqaviləsindən görünür ki, X6 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin təmin edilməsi məqsədi ilə Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilini Bank qarşısında ipoteka qoymuşdur. İpoteka müqaviləsinin təsdiqlənməsi üçün 34.9 manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışdan görünür ki, ünvan 1 nömrəli mənzil xx.xx.2016-cı il tarixli ipoteka müqaviləsi əsasında İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, əsas məbləğ üzrə borcu 7874.16 manat, faiz borcu 4021.71 manat, cərimə üzrə borcu 2275.12 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 954.84 manat, cəmi 15125.83 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 9, 27 saylı mənzilin likvid dəyəri 140.000 manat təşkil etdiyi müəyyən edilmişdir. - "xxxx" MMC-nin 02/25-M nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, ünvan 1 mənzilin bazar dəyəri 190.000 manat, likvid dəyəri 165 000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/1553/2025 nömrəli rəyə əsasən xx.xx.2021-ci ilin tarixə 11.506.74 manat, əsas borc üzrə 7874.16 manat, faiz borcu üzrə 3632.58 manat, 2211.2024-cü il tarixə 12850.73 manat - əsas borc üzrə 7.874.16 manat, faiz borcu üzrə 3632.58 manat, faiz borcu (5 faizlə) 1375.79 manat borc hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat hesablanmışdır. - Cavabdeh1 xx.xx.2016-cı il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Mübahisə olarsa mənzili boşalmağı öhdəsinə götürmüşdür. - Cavabdeh3 xx.xx.2016-cı il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. - Cavabdeh2 oğlunun xx.xx.2016-cı il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Mübahisə olarsa mənzili boşalmağı öhdəsinə götürmüşdür. - Cavabdeh5 oğlunun xx.xx.2016-cı il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Mübahisə olarsa mənzili boşalmağı öhdəsinə götürmüşdür. - Cavabdeh6 qızının xx.xx.2016-cı il tarixli notarial olaraq verilmiş ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Mübahisə olarsa mənzili boşalmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmət Portalından görünür ki, İpoteka Predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsinə dair bildirişin dövlət rüsumu 10 manat, xidmət haqqısı isə 30 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın xx.xx.2020-ci il tarixdə notarial qaydada təsdiqlənməsindən görünür ki, çıxarışın təsdiqlənməsinə görə 5 manat haqq tutulmuşdur. xx.xx.2016-ci il atrixli kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, müqavilənin təsdiqlıənməsi üçün 6 manat xidmət haqqı tutulmuşdur. 39 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 oğluna, Cavabdeh6 qızına, Cavabdeh7 oğlu, X7 yaşayır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.[ Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 İddiaçı ASC ilə bağladığı xx.xx.2016-cı tarixli, RPF-00419-16/19 A saylı əsas kredit müqaviləsinə əsasən 60 ay müddətinə 19 faiz şərti ilə 13670 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri vaxtı vaxtında banka qaytarmamışdır. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntularına görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Lakin iddiaçı Cavabdeh3 kredit müqaviləsi üzrə ödənməmiş 7874,16 manat əsas, 4021,71 manat faiz, faiz borcunun olduğunu bildirsədə, məhkəmə tərəfindən təyin edilmiş mühasibatlıq ekspertizanın rəyindən əsas borca hesablanmış faiz borcun məbləği 3632.58 manat olması müəyyən edildiyindən iddia tələbi əsas borca hesablanmış faiz borcunun tutulması hissəsində qismən 3632.58 manat hissədə təmin edir . Bundan sonra məhkəmə iddia tələbinin 2275,12 (iki min iki yüz yetmiş beş manat 12 qəpik) manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki,məhkəmə işin hallarını nəzərə alaraq, xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən 700 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan sonra məhkəmə iddia tələbinin 954,84 (manat kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsində məhkəmə hesab edir ki, kredirt verən bank kredit müddəti bitənədək yəni xx.xx.2021-ci il tarixədək artıq ləğv edildiyindən kredit müddəti bitdikdən sonra onun ödənilməmiş borca görə hər hansı bir gəlir itirmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 135,38 (bir yüz otuz beş manat 38 qəpik) manat dövlət rüsumunun tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, mülki iş matriallarınad yalnız iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödəndiyi müəyyən edilir. İddia tələbinin həcminin artırılmasına dair ərizə məhkəməyə daxil olduğdan sonra əlavə dövlət rüsumu ödənməsi müəyyən edilmədiyindən, dövlət rüsumun çatşmayan hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənməlidir. Bundan sonra məhkəmə iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun tutulamsı hissəsinə münasibət bildirərək qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 30 manat dövlət rüsumunun ödənməsini təsdiq edən qəzb iş matriallarına əlavə edildiyindən iddia tələbi bu hissədə qismən 30 manat hissədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin kredit, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum məbləğinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış ipoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli əsas kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehlərə xəbərdarlıq ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş, Cavabdeh4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh3 tutularaq Atabank ASC-yə ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi hissəsində iddia tələbi təmin edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli 02/25-M nömrəli qiymətləndirmə rəyi əsas götürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 165 (yüz altmış beş min) manat məbləğində müəyyən edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin ipoteka predmeti satıldıqdan sonra mənzilin 1 (bir) ay ərzində boşaldılması, həmin mənzildə qeydiyyatda olan Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 oğlunun, Cavabdeh6 qızının, Cavabdeh7 oğlunun və X4 qeyd olunan mənzildən əşyaları ilə birlikdə çıxarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, 39 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2015-ci il tarixli arayışından cavabdehlərin hər biri ünvan 1 ünvanında yaşadığları görünür. Lakin Cavabdeh4 hazırda Cavabdeh1 Cavabdeh5 oğlunun, Cavabdeh6 qızının, Cavabdeh7 oğlunun və X4 hazırda sözügedən mənzildə yaşamadığlarını bildirsədə bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi hu hissədə təmin edilməli, ünvan 1 ünvanın açıq hərrcadamn satıldıqdan bir ay ərzində Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 oğlu, Cavabdeh6 qızı, Cavabdeh7 oğlu və X7 əşyaları ilə birlikdə mənzildən çıxardılmalıdır. Bundan sonra məhkəmə iddia tələbinin mənzilin iddiaçı AtaBank ASC-yə təhvil verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, mənzil satldığdan sonra mənzil mülkiyyətçiyə təhvil verilməli olduğundan və hazırkivəziyyətdə mənzilin yeni mülkiyyətçisinin kimolduğu məlum olmadığından iddia tələbi bu hissədə təmin dilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 7874,16 (yeddi min səkkiz yüz yetmiş dörd manat on altı qəpik) manat əsas, 3632.58 (üç min altı yüz otuz iki manat əlli səkkiz qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsum, kredit, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum, cəmi 12275.74 (on iki min iki yüz yetmiş beş manat yetmiş dört qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi verilməsi üçün ödənilməli olan dövlət rüsumunun ödənilməmiş 96.83 manat olan hissəsi Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh3 tutulmalı olan məbləğ-7874,16 (yeddi min səkkiz yüz yetmiş dörd manat on altı qəpik) manat əsas, 3632.58 (üç min altı yüz otuz iki manat əlli səkkiz qəpik) manat faiz, 700 (yeddi yüz) manat cərimə borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, kredit, ipoteka müqaviləsinin, eləcə də yüklülük çıxarışının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 39 (otuz doqquz) manat rüsum olmaqla cəmi 12275.74 (on iki min iki yüz yetmiş beş manat yetmiş dört qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu öhdəliyinin təminatı kimi iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Cavabdeh4 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilsin. İpoteka pridmenti açıq hərrac yolu ilə realizə edilsin. İpoteka pridmentinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh4 verilsin. İpoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 9 ünvanında yerləşən 27 nömrəli mənzilin ilkin satış qiyməti 165.000 manat müəyyən olunsun. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği Cavabdeh3 tutularaq LPO Atabank ASC-yə ödənilsin. İpoteka predmenti açıq hərracdan satıldığdan bir ay ərzində Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 oğlu, Cavabdeh6 qızı, Cavabdeh7 oğlu və X7 əşyaları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi, ev 9 ünvanında yerləşən 27 nömrəli mənzildən çıxarılaraq, mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar