Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1326/2024 12.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, hal-hazırda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2008ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 799 nömrəli reyestr kitabının 74570 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi "Yaşayış yeri üzrə qeydiyyatı haqqında" ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışına əsasən barəsində mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilində hazırki iş üzrə cavabdeh xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. Cavabdeh mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması ilə bağlı Bakı Şəhəri Sabunçu RPİ-nin QMB-nə müraciət olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2-M40891/11/23 nömrəli məktubu üzrə hazırki iş üzrə Cavabdeh barəsində mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması ilə bağlı ərizənin icrasının onların səlahiyyətlərinə daxil olmadığını və bununla bağlı aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Mübahisə olunan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 nömrəli mənzili vəsiyyətnamə üzrə əldə etmiş, bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına çıxarış almışdır. Belə ki, barəsində mübahisə olunan mənzil Bakı şəhəri 16 saylı X8 tərəfindən xx.xx.2004cü ildə təsdiq edilmiş və 2V-1/57 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X4 vərəsəsi Rusiya Federasiyası, Krasnoyarsk şəhəri, Jeleznyaka qəsəbəsi, ev 37, 106-cı mənzildə yaşayan hazırki iş üzrə İddiaçı vəsiyyət olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirdi ki, torpaq vərəsəlik qaydasında əldə edilib. Cavabdeh 16 yaşından ölkədən çıxıb və ailə qurub, uzun müddətdir ki burada yaşamır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqıında şəhadətnamə"dən görünür ki, 16 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2008-ci ildə təsdiq edilmiş ki, 16 saylı Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2004-cü ildə təsdiq edilmiş və 2V-1/57 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2007-ci ildə vəfat etmiş X4 vərəsəsi Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Jeleznyaka qəsəbəsində yerləşən 37 nömrəli evin 106-cı mənzilində yaşayan İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak Bakı Şəhəri TİB tərəfindən verilən xx.xx.1996-ci il tarixli 12 reyestr kitabında, 1688 səhifə, 30\31741 qeyd vəsiqəsinə əsasən Bakı şəhərinin Bakıxanov qəsəbəsinin A.Abdullayev küçəsində yerləşən 9 nömrəli evin 1 otaqlı və 26,64 m² ümumi sahəsi olan 1-ci mənzilindən ibarətdir. - Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2-M- 40891/11/23 nömrəli məktubundan görünür ki, vətəndaş Cavabdeh Sabunçu rayonu, ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması Sabunçu RPİ-nin QMB-nin səlahiyyətlərinə daxil deyil, faktla əlaqədar olaraq Bakı Şəhər İnzibati Məhkəməsinə müraciət olunması tövsiyə olunmuşdur. - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsində olan 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 799 nömrəli reyestr kitabının 74570 nömrəli vərəqində qeydiyyata alınmışdır. - 28.03.2004-cü il tarixli "Vəsiyyətnamə"dən görünür ki, X5 ünvan 3 ünvanında yerləşən mənzili İddiaçı vəsiyyət etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi, 0,027 ha torpaq sahəsində yerləşən 9 nömrəli 1 mərtəbəli binada 26,64 m² ümumi sahəsindən ibarət 1 otaqlı 1 nömrəli mənzil iddiaçıya xx.xx.2007-ci ildə vəfat etmiş atası X5 tərəfindən vəsiyyət edilmişdir. X3 həmin mənzili vəsiyyətnamə üzrə əldə etmiş, öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Cavabdeh iddiçının bacısıdır. O, doğulduğu vaxtdan həmin mənzildə yaşayıb və hazırda orada qeydiyyatdadır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-ci maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Həmin maddəyə əsasən, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir və yaşayış sahəsinə hüququ itirilir. Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli 2 saylı 4 qərarının 9-cu bəndinə əsasən, Mənzil Məcəlləsinin 87-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yaşayış sahəsinə köçdükləri gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Göründüyü kimi yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə işin mübahisəsiz qəbul edilmiş hallarından biri cavabdehin qeyd edilən mənzildə 1977-ci ildən həmin mənzildə yaşamağa başlaması faktıdır. Həmçinin, işin hallarından göründüyü kimi, cavabdehin mübahisə predmeti olan mənzildə yaşamaması və ya daimi yaşamaq üçün başqa ünvana getməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia təmin edilməməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanuna əsasən, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №e-2(008)-1326/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1326/2024
12.02.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver