Məhkəmə qərarları › İş №e-2(008)-1371/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1371/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1371/2025 24.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "X2" ASC-nin Cavabdeh qarşı 2695,87 manat borcun tutulması" barədə kiçik iddiasına dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı "X2" ASC Cavabdeh qarşı 2695,87 manat borcun tutulması" barədə kiçik iddiaya dair ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə göndərərək, banka olan borc cavabdeh tərəfindən tam ödənildiyinə görə iddia tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat" adlanan 23- 1-ci fəslində iddiaçının iddiadan imtina etməsi halı üçün xüsusi normalar nəzərdə tutulmadığına görə analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində deyilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Bundan başqa, həmin Məcəllənin 114.1.4-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinasının qəbul edilməməsi üçün əsas yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməli, eyni zamanda, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46,96 manat məbləğində dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı "X2" ASC-nin Cavabdeh qarşı 2695,87 manat borcun tutulması" barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "X2" ASC tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 46,96 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X4.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar