Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1396/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərtib olunmuş akt üzrə 16176,84 (on altı min yüz yetmiş altı manat səksən dörd qəpik) manat, təbii qazdan istifadəyə görə 3592.85 (üç min beş yüz doxsan iki manat səksən beş qəpik) manat və 149.95 (yüz qırx doqquz manat doxsan beş qəpik) manat dövlət rüsumunun əvəzi, cəmi 19919,64 (on doqquz min doqquz yüz on doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı (Alan müştərinin adr X1, İBAN: AZ50İBAZ********************, Alan bank: Azerigaz şöbəsi, SWİFT İBAZAZ2X, Müxbir hesab: AZ03NABZ********************, Bankın kodu: 805153, Bankın VÖEN: **********, Müştərinin VÖEN: ********** hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsini məhkəməyə təqdim etdiyindən, bu iddianın hazırki iddia tələbindən əvvəl verildiyindən mülki işin həmin işə birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh hazırkı mülki işlə Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-1192/2024 saylı mülki işin eyni tərəflər arasında, eyni əsaslar olduğundan birlikdə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırkı mülki iş Cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair mülki işlə eyni tərəflər arasında, eyni predment barəsində olduğundan mülki iş üzrə icraatlar birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, mülki-prosessual hüquq institutu olaraq “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 169.4-cü və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş icraatda olan iddiaçı Cavabdehnın cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair 2(008)-1192/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Hakim: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1396/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-1396/2024
17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver