Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1426/2023 02.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 7356,55 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 3116, manat və 121,42 (bir yüz iyirmi bir manat 42 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 10 594,87 (on min beş yüz doxsan dörd manat 87 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində D-4413 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0003 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuşdur. xx.xx.2012-ci il tarixli 030642 saylı akt əsasında 151,20 manat, xx.xx.2012-ci il tarixli 035821 saylı akt əsasında 194,40 manat, xx.xx.2013-cü il tarixli 075444 saylı akt əsasında 158,40 manat, xx.xx.2015-ci il tarixli 088285 saylı akt əsasında 284,40 manat, xx.xx.2016-cı il tarixli 092953 saylı akt əsasında 291,60 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 200,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 237,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 146,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 191,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 116 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 55,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 708 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 293,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 149,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 241,20 manat, cəmi 7419,30 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 151,20 manat zərərdən 62,75 manat məbləğində ödəniş etmişdir. Beləliklə hesablanmış dəymiş maddi zərər üzrə qalıq məbləği 7356,55 manat məbləğində təşkil edir. Cavabdehin ödənilməmiş 2020-ci ilin yanvardekabr ayları üzrə 730,60 manat borcu və limitdən əlavə 23,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 1177,05 manat borcu və limitdən əlavə 21,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-noyabr ayları üzrə 975,87 manat sərfiyyat borcu və limitdən əlavə 45,88 manat sərfiyyat borcu, cəmi 2974,70 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, sayğac dəyişikliyindən sonra isə abonentin 147,20 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir. (2974,70+147,20=3121,90) 2020-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər cavabdeh cəmi 5 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 3116,90 (üç min bir yüz on altı manat 90 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 10 473,45 (on min dörd yüz yetmiş üç manat 45 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o yalnız xx.xx.2019-cu il tarixdə tərtib edilmiş aktı qəbul edir. Belə ki, o müddətdən əvvəl və ya sonra o qaz xəttdindən qeyri-qanuni istifadə etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ilə müraciət edərk mülki işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, D-44-13 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin noyabr ayı üçün 10473.45 manat məbləğində borcu var. - İddiaçı tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2012-ci il tarixli 030642 saylı akt əsasında 151,20 manat, xx.xx.2012-ci il tarixli 035821 saylı akt əsasında 194,40 manat, xx.xx.2013-cü il tarixli 075444 saylı akt əsasında 158,40 manat, xx.xx.2015-ci il tarixli 088285 saylı akt əsasında 284,40 manat, xx.xx.2016-cı il tarixli 092953 saylı akt əsasında 291,60 manat, xx.xx.2016cı il tarixli ******* saylı akt əsasında 200,80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172,10 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 237,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 226,80 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 146,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 191,60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 116 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 55,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 708 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 293,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 149,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 67,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 284,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 230,40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 266,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 241,20 manat, cəmi 7419,30 manat ziyan məbləği hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 120 qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X4»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Məhkəmə ilk öncə iddia tələbinin xx.xx.2012-ci il tarixli 030642 saylı, xx.xx.2012-ci il tarixli 035821 saylı, xx.xx.2013-cü il tarixli 075444 saylı, xx.xx.2015-ci il tarixli 088285 saylı aktlara əsasən hesablanmış cərimənin cavabdehdən iddiaçıın xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilən aktlar mülki işin matriallarına əlavə edilmədiyindən iddia tələbi həmin aktlara münasibətdə təmin edilə bilməz. Bundan sonra məhkəmə iddia tələbinin digər aktlar münasibətdə hesablanmış cərimənin cavabdehdən tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə qismən yalnız cavabdehin etirafı hissəsində təmin edilməli, digər aktlara münsibətdə isə hesab edir ki, sözügedən aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə cavbdehə məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə almaması, bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yartmış olduğundan iddia dələbi xx.xx.2016-cı il tarixli 092953 saylı , xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2016-cı il tarixli 0106391, xx.xx.2016-cı il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli 0120413, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı , xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli 0266172, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı aktlarla hesablanmış cərimənin tutulması hissəsində təmin edilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız onun etiraf etmiş olduğu xx.xx.2019-cu il tarixli ******* saylı nömrəli akt üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminin 1422 kubmetr olduğu müəyyyən olunmuşdur. Lakin məhkəmə sözügedən akt ilə iddiaçı tərəfindən hesablanmış borcun şişirdilmiş olması qənatinə gələrək qeyd edir ki, 1422 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 142.20 manat həcmində təmin edir. Bundan başqa məhkəm iddia tələbinin 1056.19 manat olan qalıq borcun tutulması hissəsinə müasibət bildirərək qeyd edir ki, Cavabdehməxsus saldodan müəyyən edilir ki, cavabdehin 2020-ci ilin sonu üçün 730.60 manat sərfiyyat borcu, 23.40 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc, 2021-ci ilin sonu üçün 1177.05 manat sərfiyyat borcu, 21.90 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc, 2022-ci ilin noyabr ayının sonu üçün 975.87 manat sərfiyyat borcu, 45.88 manat həmin ilin sonu üçün hesablanmış yeni tarif keçidi ilə əlaqədar olan borc olması müəyyən edildiyindən, iddia tələbi sərfiyyat borcunun tutulması hissəsində qismən (730.60+23.40+1177.05+21.90+975.87+45.88=2974.70) 2974.70 manat olan hissədə təmin edilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 121.42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 121.42 manat məbləğində dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2974.70 (iki min doqquz yüz yetmiş dörd manat, yetmiş qəpik) manat debitor borcu, 142.20 (yüz qırx iki manat, iyirmi qəpik) manat dəymiş ziyan, 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2974.70 (iki min doqquz yüz yetmiş dörd manat, yetmiş qəpik) manat debitor borcu, 142.20 (bir yüz qırx iki manat, iyirmi qəpik) manat dəymiş ziyan, 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №e-2(008)-1426/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1426/2023
02.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver