Məhkəmə qərarları › İş №e-2(008)-1438/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1438/2023

25.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1438/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3 ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi və debitor borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1924,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 651,18 manat pulun və 45,76 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2621,14 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi ü z r ə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 04-1095 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********0010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalarfnın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacına qanunsuz olaraq müdaxilə etmiş, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; Cəmi 1924,20 (bir min doqquz yüz iyirmi dörd manat 20 qəpik) manat məbləğinndə İddiaçı İB-yə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Bildiririk ki, cavabdehin ödənilməmiş 2012-ci ilin 551,70 manat sərfiyyat borcu, 2020-ci ilin aprel-dekabr ayları üzrə 52,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 87,74 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 9,24 manat sərfiyyat borcu, cəmi 700,88 manat sərfiyyat borcu qalmışdır. 2018-ci ilin yanvar ayından 2022-ci ilin noyabr ayına qədər cavabdeh cəmi 49,70 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 651,18 (altı yüz əlli bir manat 18 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin SALDO və Gazrep üzrə ümumi 2575,38 (iki min beş yüz yetmiş beş manat 38 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli, 04-1095 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, Cavabdeh 2022-ci ilin noyabr ayının üçün 2575.38 manat məbləğində borcu var. - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 361,80 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; cəmi 1924,20 (bir min doqquz yüz iyirmi dörd manat 20 qəpik) manat məbləğinndə İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.Aktlar istehlakçı X2 qeyd edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8434/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 - xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 972 manat borc silinməsi qərara alınmış, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı aklar əsasında iddiaçı X1 hesablanmış borcun silməsinə dair iddia tələbi isə rədd edilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki işin matriallarına əlavə edilmiş aktlardan habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-8434/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən də görünür ki, sözügedən aktlar hazırki mülki iş üzrə Cavabdeh barəsində deyildə onun qardaşı barəsində X2 barəsində tərtib edilmiş olduğundan iddia tələbi həmin aktlara münasibətdə yaranmış borcun Cavabdeh tutulması hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 2012-ci ildə yaranmış 551.70 manat debitor borcunun Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərqaz İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdehun qazdan istifadə nəticəsində yaranmış olduğu borcun iddiaçıya ödəmək vəzifəsinin daşıyıcısı xx.xx.2020-ci il tarixdən olduğundan həmin tarixədək yaranmış sərfiyyat borcunun (2012-ci ilin 551,70 manat sərfiyyat borcu) Cavabdeh tutulması hissəsində təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələbinin 2020-ci ilin aprel-dekabr ayları üzrə 52,20 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 87,74 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar ayı üzrə 9,24 manat sərfiyyat borcun iddiaçıdan cavabehin xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə məxsus saldodan müəyyən edilirki, onun 2020-ci ilin aprel ayından dekabr ayınadək 52.20 manat, 2021-ci ilin sonu üçün 87.74 manat sərfiyyat borcu və 2022-ci ilin noyabr ayının sonu üçün 9.24 manat sərfiyyat borcunun yaranmış olduğu müəyyən edilir. Qeyd edilən borc məbləğində yalnız 2020-ci ilin sentyabr ayında 22 manat, 2021-ci ilin may ayında isə 25 manat ödəniş oluğundan iddia tələbi həmin hissədə yəni 2020-ci ilin aprel ayından 2022-ci ilin noyabr ayınadək yaranmış sərfiyyat borcunun tutulması hissəsində təmin edilməlidir. (82.20+87.74+9.24-22-25=129.18 manat) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Cavabdeh 129.18 (bir yüz iyirmi doqquz manat on səkkiz qəpik) manat debitor borcu, 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı İB-ə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar