Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-1440/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən aralarında bağlanmış xx.xx.2015-ci il tarirxli kredit müqaviləsi üzrə 13 500 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 132 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun və iddiaçının iştirakı olmadan keçirilməsini və təqdim olunmuş barışıq sazişinin təsdiq olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barışıq sazişinin şərtlərinə görə tərəflər aşağıdakı qaydada razılıq əldə etmişlər.
1. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 fevral 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən qalıq 13,000.00 (on üç min) manat borcun və 132.00 (bir yüz otuz iki) manat dövlət rüsumunun, cəmi 13,132.00 (on üç min bir yüz otuz iki) manat borcu qəbul edir.
2. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:
Ödənilməli məbləğ № Son ödəniş tarixi (manatla) Qalıq borc (manatla) 1 xx.xx.2023 632.00 12,500.00 2 xx.xx.2023 500.00 12,000.00 3 xx.xx.2023 500.00 11,500.00 4 xx.xx.2023 500.00 11,000.00 5 xx.xx.2023 500.00 10,500.00 6 xx.xx.2023 500.00 10,000.00 7 xx.xx.2023 500.00 9,500.00 8 xx.xx.2023 500.00 9,000.00 9 xx.xx.2023 500.00 8,500.00 10 xx.xx.2023 500.00 8,000.00 11 xx.xx.2023 500.00 7,500.00 12 xx.xx.2023 500.00 7,000.00 13 xx.xx.2024 500.00 6,500.00 14 xx.xx.2024 500.00 6,000.00 15 xx.xx.2024 500.00 5,500.00 16 xx.xx.2024 500.00 5,000.00 17 xx.xx.2024 500.00 4,500.00 18 xx.xx.2024 500.00 4,000.00 19 xx.xx.2024 500.00 3,500.00 20 xx.xx.2024 500.00 3,000.00 21 xx.xx.2024 500.00 2,500.00 22 xx.xx.2024 500.00 2,000.00 23 xx.xx.2024 500.00 1,500.00 24 xx.xx.2024 500.00 1,000.00 25 xx.xx.2025 500.00 500.00 26 xx.xx.2025 500.00 0.00
3. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə, 13,132.00 (on üç min bir yüz otuz iki) manat məbləğini ödəməyi öz öhdəsinə götürür.
4. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin aylıq icrasında hər hansı gecikmə olacağı təqdirdə, İddiaçının X4 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
5. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
6. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.
7. X2 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
8. X4 cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı Saziş tərəflər bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir.
Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, barışıq sazişini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 fevral 2015-ci il tarixli Kredit Müqaviləsinə əsasən qalıq 13,000.00 (on üç min) manat borcun və 132.00 (bir yüz otuz iki) manat dövlət rüsumunun, cəmi 13,132.00 (on üç min bir yüz otuz iki) manat borcu qəbul edir.
2. Cavabdeh borcun ödənilməsini aşağıdakı cədvəldə göstərilmiş qaydada ödəməyi öz üzərinə götürür:
Ödənilməli məbləğ № Son ödəniş tarixi (manatla) Qalıq borc (manatla) 1 xx.xx.2023 632.00 12,500.00 2 xx.xx.2023 500.00 12,000.00 3 xx.xx.2023 500.00 11,500.00 4 xx.xx.2023 500.00 11,000.00 5 xx.xx.2023 500.00 10,500.00 6 xx.xx.2023 500.00 10,000.00 7 xx.xx.2023 500.00 9,500.00 8 xx.xx.2023 500.00 9,000.00 9 xx.xx.2023 500.00 8,500.00 10 xx.xx.2023 500.00 8,000.00 11 xx.xx.2023 500.00 7,500.00 12 xx.xx.2023 500.00 7,000.00 13 xx.xx.2024 500.00 6,500.00 14 xx.xx.2024 500.00 6,000.00 15 xx.xx.2024 500.00 5,500.00 16 xx.xx.2024 500.00 5,000.00 17 xx.xx.2024 500.00 4,500.00 18 xx.xx.2024 500.00 4,000.00 19 xx.xx.2024 500.00 3,500.00 20 xx.xx.2024 500.00 3,000.00 21 xx.xx.2024 500.00 2,500.00 22 xx.xx.2024 500.00 2,000.00 23 xx.xx.2024 500.00 1,500.00 24 xx.xx.2024 500.00 1,000.00 25 xx.xx.2025 500.00 500.00 26 xx.xx.2025 500.00 0.00
3. Cavabdeh Barışıq Sazişində əks edilmiş qrafikə uyğun müddətdə və məbləğdə, 13,132.00 (on üç min bir yüz otuz iki) manat məbləğini ödəməyi öz öhdəsinə götürür.
4. Cavabdeh tərəfindən hazırkı Barışıq Sazişi üzrə öhdəliyin aylıq icrasında hər hansı gecikmə olacağı təqdirdə, iddiaçının X4 2-ci bəndində göstərilmiş məbləği, həmçinin bu Barışıq Sazişi üzrə edilən ödənişlər çıxılmaqla həmin qrafik üzrə qalan borc məbləğini cavabdehdən tələb etmək, o cümlədən bildiriş vermədən dərhal hazırkı Barışıq Sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəməyə və icra orqanlarına müraciət etmək hüququ yaranır.
5. Cavabdeh bu Barışıq Sazişini imzalamaqla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində Barışıq Sazişini təsdiq edir.
6. Barışıq Sazişi Azərbaycan dilində hər biri eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilir, imzalanır və tərəflərin hər birində bir nüsxəsi saxlanması üçün təqdim edilir.
7. X2 oxuduğunu, Barışıq Sazişinin şərtlərinin onlara izah olunduğunu və başa düşüldüyünü və bu şərtlərlə razı olduğunu bildirirlər.
8. X4 cavabdehin iddiaçı qarşısında öz öhdəliyini icra etməsinə dair bəndləri hər iki tərəf tərəfindən imzalandığı tarixdən, Sazişin qalan şərtləri isə məhkəmənin müvafiq qərardadı ilə təsdiq edildiyi tarixdən qüvvəyə minir. Hazırkı Saziş tərəflər bu Saziş üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədədir.
İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tahirə Əsədova