Məhkəmə qərarları › İş №e-2(008)-1441/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1441/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1441/2025 02.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixindən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixə qədər ilik 5 % (beş faiz) faiz dərəcəsi ilə hesablanmış 2.691,32 (iki min altı yüz doxsan bir dollar 32 sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi üzrə 65,76 (altmış beş manat 76 qəpik) manat məbləğində çəkilmiş xərcin ASC "xxxx" Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********26515 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə ilik 16 % (on altı faiz) ödənilməsi şərtilə, 70 000 (yetmiş min) ABŞ doları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə ipoteka qoyan X5 arasında sonuncunun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən 1a №-li, 9 mərtəbəli binanın 3-cü mərtəbəsində 75,15 kv.m ümumi, 48,05 kv.m yaşayış, 27,1 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 114 №-li mənzilinin (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********26515/ip №-li İpoteka müqaviləsi (bundan sonra - “İpoteka müqaviləsi” adlandırılacaq) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı «Kredit müqaviləsi üzrə İddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışından sonra ipoteka predmeti olan mənzildən çıxarılma haqqında» iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)148/2021 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə ASC "xxxx" Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********26515 saylı kredit müqaviləsi üzrə Cavabdeh 37 800 ABŞ doları əsas, müqavilənin bitdiyi müddətə 3938.89 ABŞ dolları faiz borcu, 4137 ABŞ doları müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 45875 ABŞ doları, 89 sent məbləğində borc pulun (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 12 manat rüsumunun tutularaq iddiaçı ASC "xxxx" Bankının hesabına köçürülməsi, tələbin cavabdeh (ipoteka qoyan) Cəmilə Yusubovanın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 114 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin ASC "xxxx" Bankının hesabına ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 103000 manat müəyyən edilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdeh (ipoteka qoyan) Cəmilə Yusubovaya qaytarılması, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, Cavabdeh ekspert rəyləri üzrə cəmi 340 manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən müxtəlif tarixlərdə ilk öncə Cavabdeh, sonra isə iddiaçı ASC "xxxx" Bankı tərəfindən apelyasiya şikayətləri verilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2(103)-1334/2022 nömrəli qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)- 148/2021 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçı ASC "xxxx" Bankı tərəfindən verilmiş apelyasiya şikayəti isə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2(103)-843/2023 nömrəli qətnaməsi ilə qismən təmin edilərək, iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin boşaldılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməsi, həmin tələbin təmin edilməsi, mənzilə tutma yönəldildikdə və o, satıldıqdan sonra həmin mənzildə yaşayan şəxslərin mənzili ən geci 1 (bir) ay ərzində tərk etmələri və həmin şəxslərin göstərilən müddətdə mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, onların mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 (on) təqvim günü müddətində məcburi qaydada çıxarılmaları, iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi müqavilə müddəti üçün 3.938,89 ABŞ dolları faiz borcunun tutulmasına aid hissədə dəyişdirilməsi, faiz borcu kimi 3.938,89 (üç min doqquz yüz otuz səkkiz tam yüzdə səkdən doqquz) ABŞ dolarının tutulması, iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzinin tutulması hissəsində dəyişdirilməsi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 (on iki) manatın Cavabdeh ASC "xxxx" Bankının xeyrinə tutulması, qətnamənin qalan mübahisələndirilən hissədə dyişdirilmədən saxlanılması qət edilmşdir. Bundan sonra Cavabdeh yuxarıda qeyd edilmiş apelyasiya instansiya məhkəmələrin qəbul etdiyi qətnamələri mübahisələndirərək, onlardan kassasiya şikayətləri vermişdir. Cavabdeh tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4835/2022 №-li qərarı ilə, Bakı Apelyasiya Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti isə AR Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-2588/2023 №-li qərarı ilə təmin edilməmiş, apelyasiya instansiya məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh tərəfindən Qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, Cavabdehin Kredit müqaviləsi üzrə İddiaçı qarşısında borcu qalmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcə ləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1-ci və 4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Mülki Məcə ləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcə lənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcələsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcə ləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcə lənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün ilik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqeyini nəzərə alaraq, ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2022-ci il tarixinə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında ilik 5% faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablama aparıldıqdan sonra həmin dövr (xx.xx.2021 xx.xx.2022) üçün müvafiq məbləğ 2 691,32 (iki min altı yüz doxsan bir dollar 32 sent) ABŞ dolları təşkil edir. Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin könülü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona xx.xx.2024-cü il tarixli MKZ-XO-12.8.2024-003 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Lakin ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən müdafiəçi qismində iştirak etdiyi cinayət işi üzrə apelyasiya baxışı hazırkı məhkəmə baxışı ilə iclası ilə eyni vaxta təyin oldunduğundan Məhkəməyə gələ bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh yazılı qaydada izahatla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddia edilən faiz borcu olan 2.691,32 ABŞ dolları 23 iyun 2021-ci il - 30 dekabr 2022-ci il tarixlər ərzində dövr üçün hesablanmışdır. Mülki işin materiallarından göründüyü kimi, iddia ərizəsi 18 dekabr 2024-cü il tarixdə elektron formada iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmişdir. Hətta nəzərə alınsa ki, «Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli № 822-VİQD nömrəli Qanunu dərc edildiyi gündən 6 (altı) aydan sonra qüvvəyə minmişdirsə, hazırkı tələblər mahiyyəti üzrə və faktiki olaraq kredit müqaviləsindən irəli gələn tələblər olduğundan, iddia müddətinin axımı (müddətin başlanması) ən azı 24 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Belə olan halda və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinin müddəalarma əsasən, borcverən ASC "xxxx" Bankm kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti - bir il 2024-cü ilin avqust ayının sonunda bitmişdir. Yəni iddiaçı Bank hazırkı iddianı 3 (üç) aydan artıq gecikmə ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçı Bankm ona qarşı irəli sürdüyü «kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması» tələbinə dair iddia ərizəsini heç bir halda qəbul etmir. Lakin, nə qədər ki, hazırkı iddia ərizəsi ASC "xxxx" Bank tərəfindən iddia müddətinin ötürülməsi ilə məhkəməyə verilmiş hesab edir ki, ASC "xxxx" Bankm sözügedən iddia ərizəsi münasibətdə iddia müddəti də tətbiq olunub iddia ərizəsi rədd edilməlidir. İddiada istinad olunan «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dan» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarınında qeyd olunur: ... Aşağıdakı hallarda əlavə müddətin təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edimədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda və sair. ... Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. ... Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. ASC "xxxx" Bank arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcla bağlı məhkəməyə müraciət etməzdən əvvəl əsas və faiz borcunun ödənilməsi üçün ona əlavə vaxt vermiş və bu hallarla bağlı artıq qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-843/2023 nömrəli 03 fevral 2023-cü il tarixli qətnaməsi mövcuddur. ASC "xxxx" Bank arasında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinin 2.4-cü bəndinə əsasən, «Annuitet» ödəniş cədvəli (Ödəniş cədvəli) kredit müqaviləsinə 1 №-li Əlavədə göstərilmişdir. Həmin 1 №-li Əlavədə kreditin ödənilmə müddəti 15 aprel 2015-ci il tarixdən 15 aprel 2019-cu il tarixədək müəyyən olunmuşdur. Müqavilə şərtləri ilə annuitet ödənişlərinin hər hansı digər xüsusi müddət konkretləşdirilməmiş və nəzərdə tutulmamışdır. Hesab edir ki, belə olan halda digər hər hansı annuitet ödənişlərinin müddətindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəl qüvvədə olmuş 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Göründüyü kimi, mülki qanunvericiliyi borsalanı gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsi ilə vəzifəli edirdisə, hazırkı redaksiyada bu məsələnin hüquqi cəhətdən həllini məhkəmələrin diskresion səlahiyyətlərinə aid etmiş və borcverənin mütləq hüquqlar sırasından çıxardıraraq hazrıda yalnız ehtimal hüquq kimi nəzərdə tutulur. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin müddəalarına əsasən, (Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri) apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (372.1.). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (372.2.). Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər (372.3.). İddiaçı Bankı birinci instansiya məhkəməsində qətnamə çıxarına qədər iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə artıq müraciət etmişdir. Həmçinin gecikdirilmiş vaxt üçün illik beş faiz borcu ilə bağlı Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin müddəalarına müvafiq olaraq yeni yaranmış hal kimi apellyasiya baxışı zamanı da ən azı məhkəməyə müraciət etmək üçün heç nə manəe olmurdu. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qüvvədə olan 2(103)- 843/2023 nömrəli 03 fevral 2023-cü il tarixli qətnaməsi ilə ASC "xxxx" Bank aralarında bağlanmış 15 aprel 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn tələblərə - yaranmış əsas borca, müqavilə müddətinə görə faiz borcuna, müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcuna, o cümlədən gecikdirilmiş vaxt üçün illik beş faiz borcuna, habelə iddia ərizəsinin verilməsinə görə yaranan digər bütün xərclərə mahiyyəti üzrə hüquqi qiymət verilərək həll olunmuşdur. Göründüyü kimi, gecikmə ilə bağlı iddiaçı Bankın xeyrinə ondan artıq dəbbə pulu tutulması qət edilmiş və həmin dəbbə pulu tərəfindən artıq ödənilmişdir. İddiaçı bankı isə eyni məsələyə görə üzərinə faktiki olaraq təkrar sanksiyanı tətbiq etmək niyyətindədir. İddiaçı gecikdirilmiş vaxt üçün illik beş faizini eyni zamanda əldən çıxmış fayda ilə əlaqələndirib ödənilməsini xahiş edir. Qeyd etmək lazımdır ki, bank və yaxud bank olmayan kredit təşkilatlanın verdikləri kreditləri mütləq şəkildə gəlir olunması ilə yekunlaşmır, bu təşkilatlar kifayət qədər ödənilməsi mümkün olmayan problemli kreditlərlə üzləşirlər, hətta bir neçə bank təşkilatlar buna görə müflis olmuşlar. Yəni kreditin vaxtında qaytarılmamasına görə zərərin yarana biləcəyi barədə risklər də mövcuddur. Kredit müqaviləsi üzrə götürdüyü borc vaxtında iddiaçı banka qaytarılacağı tədqirdə mütləq demək deyil ki, bank başqa şəxsə həmin pulu verib vaxtında faizlərini əldə edəcək idi və heç bir problemlə üzləşməzdi. Ona görə də hesab edir ki, iddiaçı Bankın ona qarşı irəli sürdüyü hazırkı iddia tələbləri tamamilə əsassızdır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-cü il tarixli **********26515 nömrəli Kredit müqaviləsinə əsasən ona illik 16 faiz dərəcəsi ilə 48 ay müddətinə 70000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, Cavabdeh 15 aprel 2019-cu il tarixdən 05 sentyabr 2023-cü il tarixədək 2.691,32 manat məbləğində əldən çıxmış fayda hesablanmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 843/2023 nömrəli 03 fevral 2023-cü il tarixli qətnaməsindən görünür ki, Sabunçu Rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmeti olan mənzilin boşaldılması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin tələb təmin olunmuş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1A-da yerləşən 114 nömrəli mənzilə tutma yönəldildikdə və o, satıldıqdan sonra X5, Cavabdeh, X4, X3, X8, X9, X6, X10 və Yusubov Gumbat mənzili ən geci 1 ay ərzində tərk etmələri, həmin şəxslər göstərilən müddətdə mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, onlar mənzildən və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmaları, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi müqavilə müddəti üçün 3938,89 sent faiz borcunun tutulmasına aid hissədə dəyişdirilməsi, faiz borcu kimi 3938,89 ABŞ dolları tutulması, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzinin tutulması hissəsində dəyişdirilməsi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və sənədlərin notariat qaydasında təsdiqi üçün çəkilmiş xərcin əvəzi kimi 12 manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-9/2015/2025 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2015-ci il tarixli **********26515 saylı kredit müqaviləsinin şərtləri üzrə 30 dekabr 2022-ci il tarixə (sualda soruşulan tarixə) illik 5 faiz dərəcəsi ilə hesablanmaqla banka olan kreditə hesablanmış faiz borcu əsas borc üzrə 34.639,89 ABŞ dolları, faiz borcu üzrə 2.631,67 ABŞ dolları müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının tələbi pul borcunun qaytarılmamasına görə ona hesablanan gecikdirmə faizlərinin cavabdehdən tutulması barədədir. Cavabdeh isə həmin tələbə etiraz edir. Lakin işin faktiki halından göründüyü kimi, cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək, gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə "gecikdirilmiş vaxt üçün faizi" eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Mülki Məcəlləyə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Cavabdeh iddiaçıya qaytarmalı olduğu əsas borcu vaxtında ödəmədiyindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əsas borca hesablanan 2.691,32 ABŞ dolları gecikdirmə faizi ödəniş gününə manat məzənnəsi ilə tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 65,76 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23 iyun 2021-ci il tarixdən 30 dekabr 2022-ci il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanmış 2.691,32 (iki min altı yüz doxsan bir dolları otuz iki sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödəniş gününə manat məzənnəsi ilə borcun və 65,76 (altmış beş manat yetmiş altı qəpik) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar