Məhkəmə qərarları › İş №e-2(008)-1453/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1453/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1453/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 (iki min) manat pulun, həmçinin 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2023-cü ilin dekabr ayında tanış olmuşdur. Belə ki, mersedes benz markalı maşınını 3000 (üç min) manata nəğd qaydada cavabdehə satmaq barədə razılaşmışdır. Lakin cavabdeh həmin maşının dəyərini nisyə olaraq ödəyə biləcəyindən 4000 manata razılaşmış və bu barədə notatarial qaydada təstiq olunmuş müqavilə bağlanmışdır. Cavabdeh 2000 (iki min) manat ödədikdən sonra müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmış, sonuncu dəfə bir çox əziyyətlə may ayında 400 (dörd yüz) manat ödəmişdir. Yerdə qalan 2000 (iki min) manat pulu isə ödəməkdən imtina etmişdir. Dəfələrlə müraciət etsə də borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclası davam etdirilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş borc müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilənin şərtlərinə əsasən İddiaçı 4000 manat məbləğində borc pul vəsaiti götürmüşdür. Müqavilənin şərtlərinə uyğun olaraq borc alan borcu xx.xx.2024-cü il tarixinədək hər ay 400 manat olmalqa borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə borc müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən İddiaçı 4000 manat pulu xx.xx.2024cü il tarixinədək hər ay 400 müddətinə qaytarmaq şərti ilə Cavabdeh borc vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan vatsap yazışmalarından görünür ki, Cavabdeh martın ayının sonuna kimi borcu qaytaracağını bildirməklə, borcun qaldığını etiraf etmişdir. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsi üzrə 4000 manat pul məbləğindən 2000 manatı cavabdeh tərəfindən ödənilməsini iddiaçı etiraf etmişdir. Yəni 4000 manatdan 2000 manatının belə qaytarılması ilə bağlı cavabdeh tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Qanunun tələblərinə uyğun olaraq cavabdeh tərəfindən müqavilə üzrə götürülmüş öhdəliklər icra edilmədiyindən, xx.xx.2023-cü il tarixli müqavilə üzrə qalan 2000 manat pul ondan tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar