Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1468/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4782,98 manat əsas borc, 791,46 manat cari faiz borcu və 200 manat cari dəbbə borcu olmaqla, cəmi 5777,44 manat məbləğində borcun, 78,40 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli GARA-35777-4365 №-li kredit müqaviləsinə əsasən 23% 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış ödəniş cədvəlinə əsasən borclu hər ay 201 manat ödəniş etməli idi. xx.xx.2024-cü il tarixi üçün 4782,98 manat əsas borcu, 791,46 manat cari faiz borcu və 200 manat cari dəbbə borcu olmaqla, cəmi 5777,44 manat borcu qalmışdır. İddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasından iştirak edən Cavabdeh borcunu etiraf etdi, faiz və cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli GARA-35777-4365 №-li kredit müqaviləsinə Askarova Tamilana 23% 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. İşdə olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Askarova Tamilanun xx.xx.2024-cü il tarixə banka 4782,98 manat əsas borcu, 791,46 manat faiz borcu və 200 manat dəbbə borcu olmaqla, cəmi 5774,44 manat borcu vardır. xx.xx.2025-ci il tarixdlə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 müqaviləyə xitam verilən zaman faiz borcunun 712 manat təşkil etməsi barədə izah vermişdir. İş materiallarında olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarının surətlərindən görünür ki, bank borcluları öhdəliklərini yerinə yetirmədikləri təqdirdə kredit borcunun ödənilməsi və müqaviləyə xitam verilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar etmişdir. İş materiallarından borcun ödənilməsi görünmür. Hazırda iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış kredit borcunun tutularaq ödənilməsini istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdehlər iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilələr ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdehlər müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Kredit müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmiş, eyni zamanda müqavilənin ləğv edilməsi təklif edilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməmiş və müqavilənin ləğv edilməsinə münasibət bildirilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən 4782,98 manat əsas borc, 712 manat cari faiz borcu (müqavilə xitam olunan günə) tutulmalıdır. Lakin, məhkəmə hesab edir ki, cərimə borcu 10 manat (5%) məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qadıdı iddiaçının xeyrinə 4782,98 manat əsas borc, 712 manat cari faiz borcu və 10 manat cari dəbbə borcu olmaqla, cəmi 5504,98 manat məbləğində borc tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia 5504,98 manat hissədə təmin edildiyindən, 75,04 dövlət rüsumu cavabdehlərdən tutulmalı, 3,36 manat iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 4782,98 manat əsas borc, 712 manat faiz borcu və 10 manat dəbbə borcu olmaqla, cəmi 5504,98 manat məbləğində borc və 75,04 manat ödənilmiş dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. 3,36 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №e-2(008)-1468/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1468/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver