Məhkəmə qərarları › İş №e-2(008)-1481/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1481/2024

01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1481/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi X8 qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı "əmlaka "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı "əmlaka "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh 11401 manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 75 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh "satıcı-kassir" vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "baş satıcı" vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "administrator" vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "Tam maddi məsuliyyət haqqında" müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 86x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2022-ci il tarixli 2721 nömrəli əmrindən göründüyü kimi, "Oba – Zabrat 3" mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator olduğu mağazada xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair Akt"a əsasən cavabdehin cəmiyyətə 10363,67 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Komissiyasına İltizamnamə"dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlarla tanış olmuş, sayımla bağlı heç bir etirazı olmamışdır. Həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Siyahısı" və "İnventarizasiya nəticələrinə dair Akt" cavabdeh tərəfindən imzalanmaqla, onun iştirakı ilə aparılmış inventarizasiya prosedurunun və əldə edilmiş nəticələrin, inventarizasiya zamanı tərtib edilmiş rəsmi sənədlərin düzgünlüyünü təsdiq etmiş, habelə qeyd edilən yoxlama ilə bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını ifadə etmişdir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2023-ci il tarixli 587 nömrəli əmrindən göründüyü kimi, "Oba – Zabrat 3" mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddiehtiyatların yoxlamasınıaparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin olduğu mağazada xx.xx.2022-ci il xx.xx.2023-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair Akt"a əsasən cavabdehin cəmiyyətə 3509,52 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Komissiyasına İltizamnamədən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, sayılan miqdarlar tam yoxlanılmış, sayım qrupuna heç bir etirazı olmamışdır. Bununla belə, cavabdeh həmin inventarizasiya zamanı tərtib edilmiş "İnventarizasiya Siyahısı"nı və "İnventarizasiya nəticələrinə dair Akt"ı imzalamaqdan imtina etmiş, məhz bu səbəbdən işçi qrupu tərəfindən imtina aktları tərtib edilmişdir. Nəticədə "xxxx" MMC-nin "Təbii itki normalarının tətbiqi haqqında" xx.xx.2023cü il tarixli 158 nömrəli əmrindən göründüyü kimi, mağazada keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkar edilmiş yekun nəticələrin "təbii itki normaları" çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddiməsulşəxs olan cavabdehdən tələb olunması tapşırılmış, təbii itki normasısatış dövriyyəsinin 0,7 faizi miqdarında müəyyən edilmişdir. Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdəmüvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 11401 manat təşkiledir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli "Əmək müqaviləsi"ndən görünür ki, tərəflər arasında xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək əmək müqaviləsi bağlanmış, cavabdeh Satış Departamentində "satıcı-kassir" vəzifəsinə təyin edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 455 saylı "İşə qəbul etmə haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2020-ci ildən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində xx.xx.2020-ci ildən "satıcı-kassir" vəzifəsinə işə qəbul edilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə" dən görünür ki, cavabdeh xx.xx.2022-ci ildən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində baş satıcı vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 249 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2022-ci ildən Cəmiyyətin Satış Departamentinin Satış şöbəsində baş satıcı vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 320 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə" dən görünür ki, cavabdeh xx.xx.2022-ci ildən administrator vəzifəsinə keçirilmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 449 saylı "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, cavabdehin xx.xx.2022-ci ildən administrator vəzifəsinə keçirilməsi, əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2016-cı ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin əsli ilə düzdür olan surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi və bununla bağlı vəzifələri icra etməyi barədə öhdəliyi öz üzərinə götürmüşdür. - "xxxx" MMC-nin "Administrator vəzifə təlimatı"ndan görünür ki, Cavabdeh həmin təlimatla tanış olaraq, şəxsən öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2022-ci il tarixli "Növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin cəmiyyətə 10363,67 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Oba – Zabrat 3 mağazasında xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsində çatışmamazlıqlar aşkar edilmiş, maddi məsul şəxs cavabdeh inventarizasiyanın aparılmasında iştirak etmiş,lakin nəticələrlə tanış olmamış və yekun sənədləri imzalamamışdır. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdə Oba – Zabrat 3 mağazasında xx.xx.2023-cü ildə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamağı mütləq olması barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2023-cü il tarixli "Növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt"dan görünür ki, cavabdehin cəmiyyətə 3509,53 manat məbləğində maddi ziyan vurması aşkar edilmişdir. - xx.xx.2023-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Oba – Zabrat 3 mağazasında xx.xx.2023-cü ildə maddi məsul şəxs X3 öhdəsində olan ticari malların yoxlanılması məqsədi ilə inverıtarizasiya prosesində iştirak etsə də, İnsan Resuslarına təqdim olunan faktiki yaşayış ünvanına xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. - "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü ilə cavabdehin iddiaçıya borcu 11401 manat təşkil edir. - xx.xx.2023-cü il tarixli 86x saylı "İşdən azad haqqında" əmrdən çıxarışdan görünür ki, iddiaçının cavabdehlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2 "b" (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xitam verilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli "Xəbərdarlıq" məktubundan görünür ki, "xxxx" MMC tərəfindən X4 11500,11 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdlr. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh əmək müqaviləsi əsasında "xxxx" MMC-də administrator vəzifəsində, yəni maddi məsul vəzifədə işləmiş, işlədiyi müddət ərzində ona etibar edilən maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmağı, müəyyən edilmiş qaydada hesabat tərtib edərək rəhbərliyə təqdim etməyi öhdəsinə götürmüş və bu barədə müqaviləyə imza etmişdir. İddiaçı tərəfindən 2022 və 2023-cü illər üzrə aparılmış invertarizasiya nəticələrinə dair aktlarla müəyyən olunur ki, 10363,67 və 3509,52 manat məbləğində iddiaçının itkisi olmuşdur. "xxxx" MMC Cavabdeh müvafiq güzəştlər edildikdən sonra 11401 manat məbləğində borcun qaytarılmasını tələbedir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iş üzrə iddiaçı olan "xxxx" MMC-də işçi olduğundan və onlar arasında tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlandığından o, "xxxx" MMC-yə vurduğu maddi ziyana görə tam maddi məsuliyyət daşıyır. Buna görə də Cavabdeh işəgötürən "xxxx" MMC-yə vurduğu ziyanın faktiki həcminə uyğun olaraq tam ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə həmçinin 60 manat mediasiya xərci və 75 manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-nin əmlakına vurulmuş ziyana görə 11401 (on bir min dörd yüz bir) manat, mediasiya üçün ödənilmiş 60 (altmış) manat, 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu, cəmi 11536 (on bir min beş yüz otuz altı) manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar