Məhkəmə qərarları › İş №e-2(008)-149/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-149/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-149/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 08 dekabr 2022 il tariхli, 109804- 375394/3 nömrəli krеdit müqaviləsi üzrə 10712.75 manat məbləğində əsas bоrcu və 1262.33 manat faiz borcu оlmaqla, ümumilikdə 11975.08 (on bir min doqquz yüz yetmiş beş manat səkkiz qəpik) manat və 46.81 (qırx altı manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, eyni zamanda tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, saxlanca qəbul edilmə aktlarına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl əşyalarına (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon) yönəldilməsi, qızıl əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə, borcalan Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2022 il tariхli, 109804-375394/3 nömrəli krеdit müqaviləsinə əsasənborcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində krеdit vеrilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh1 arasında 08 dekabr 2022ci il tariхli, 109804-375394/3 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 tərəfindən qızıl əşyaları (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon) banka saxlanca qəbul edilmişdir. Cavabdeh2 əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, borcu ödəməmişdir. 07 noyabr 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10712.75 manat məbləğində əsas bоrcu və 1262.33 manat faiz borcu оlmaqla, ümumilikdə 11975.08 (on bir min doqquz yüz yetmiş beş manat səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada xəbərdalıq edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6-ci maddələrinin tələblərinə əsasən, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz etmədiyini, qızılların borcun ödənilməsi ilə bağlı banka keçməsi barədə razılığının olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 08 dekabr 2022 il tariхli, 109804-375394/3 nömrəli krеdit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 12000 (on iki min) manat məbləğində krеdit vеrilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, bankla Cavabdeh1 arasında 08 dekabr 2022-ci il tariхli, 109804-375394/3 nömrəli qızıl girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 tərəfindən qızıl əşyaları (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon) banka saxlanca qəbul edilmişdir. İş materiallarında olan maliyyə arayışına əsasən, 07 noyabr 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 10712.75 manat məbləğində əsas bоrcu və 1262.33 manat faiz borcu оlmaqla, ümumilikdə 11975.08 (on bir min doqquz yüz yetmiş beş manat səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. xx.xx.2023-cü il tarixli, 109/109/0287/2023 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, сavabdeh 08 dekabr 2022 il tariхli, 109804-375394/3 nömrəli krediti müqaviləsi üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/7741 nömrəli ekspert rəyində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 08 dekabr 2022-ci il tarixli, 109804-375394/3 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 "Expressbank” ASC-yə maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2023-cü il tarixə olan borcu 11.238,74 manat məbləğində müəyyən edilir, o cümlədən: - əsas borc üzrə __ 10.908,75 manat; - faiz borcu üzrə __ 329,99 manat. Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli, 15 nömrəli rəydən görünür ki, qızıl-zinət əşyalarının (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı qiyməti 1309 manat, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq qiyməti 3077 manat, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük qiyməti 1343 manat, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon qiyməti 1050 manat) cəmi 6779 manat dəyəri təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsi və girov müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq kreditin, ona hesablanmış faiz borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 295-ci maddəsinə əsasən girov saхlayanın (krеditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin еdilmiş öhdəliyionun cavabdеh olduğu səbəblərdən icra еtmədikdə və ya lazımınca icra еtmədikdə yönəldilə bilər. 279-ci maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saхlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin еdir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gеcikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habеlə girov qoyulmuş əşyanın saхlanılması vəsalamatlığı üçün girov saхlayanın zəruri хərcləri və tutma хərcləri daхildir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmiş, bunulada iddiaçını kredit müqaviləsi bağlayan zaman ümid etiklərinə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 08 dekabr 2022 il tariхli, 109804-375394/3 nömrəli krеdit müqaviləsi üzrə 10712.75 manat məbləğində əsas bоrcu və 1262.33 manat faiz borcu оlmaqla, ümumilikdə 11975.08 (on bir min doqquz yüz yetmiş beş manat səkkiz qəpik) manat və 46.81 (qırx altı manat, səksən bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “ExpressBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, saxlanca qəbul edilmə aktlarına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl əşyalarına (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı qiyməti 1309 manat, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq qiyməti 3077 manat, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük qiyməti 1343 manat, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon qiyməti 1050 manat, cəmi 6779 manat) yönəldilməsi, qızıl əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasibb olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh2 08 dekabr 2022 il tariхli, 109804-375394/3 nömrəli krеdit müqaviləsi üzrə 10712.75 manat məbləğində əsas bоrcu və 1262.33 manat faiz borcu оlmaqla, cəmi 11975.08 (on bir min doqquz yüz yetmiş beş manat səkkiz qəpik) manat borc və 46.81 (qırx altı manat, səksən bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “ExpressBank" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutmanın Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, saxlanca qəbul edilmə aktlarına əsasən Bankın pul anbarına saxlanca qəbul edilmiş qızıl əşyalarına (583 əyarlı, çəkisi 15.4 qram olan 1 ədəd boyunbağı qiyməti 1309 manat, 583 əyarlı, çəkisi 36.2 qram olan 1 ədəd boyunbağı və 1 ədəd qolbaq qiyməti 3077 manat, 583 əyarlı, çəkisi 15.8 qram olan 1 ədəd boyunbağı və 1 ədəd üzük qiyməti 1343 manat, 750 əyarlı, çəkisi 10 qram olan 2 ədəd kulon qiyməti 1050 manat, cəmi 6779 manat) yönəldilməsi, qızıl əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Ekspertiza xərci olaraq 100 (bir yüz) manat cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin Ekspertiza xərci olaraq 200 (iki yüz) manat cavabdehdən tutularaq, "xxxx" MMC-nin (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar