Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(008)-15/2025 18.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və ondan iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5928,13 manat məbləğində əsas borcun, 20,78 manat məbləğində faiz borcunun, cəmi 5950,03 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 150561 nömrəli, 28 yanvar 2021-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 19 yanvar 2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1898/2021 saylı, 18 may 2021ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən dayandırılsa da, cavabdehin vərəsəsi müəyyən olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə baxış iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda tərəflərə izah olunur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikləri təqdirdə, hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçının nümayəndəsinə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikləri təqdirdə, hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qərardaddan, rəsmi qaydada alındığı gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-15/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №e-2(008)-15/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver