Məhkəmə qərarları › İş №e-2(008)-1504/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1504/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1504/2023 13.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan mənzilə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi (artırılmış tələblə) ilə məhkəməyə müraciət edərək: cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 129-xx-xx- 2016-FC- XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc uzrə 97 427.41 AZN, faiz borcu üzrə 35 834.49 AZN olmaqla, cəmi 133 261.90 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumunun və 0.80 AZN xidmət haqqının tutulması; tələbin 129-xx-xx-2016-FC-XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2022-cı il tarixli 73 №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S Qocayev kuçəsı. ev 13 mənzil 72 (Yeni Qaydalarla AZ1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13, M 12. m2) (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: 14 07 2022-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi **********77-05301-093058) yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onun satışından əldə olunmuş vəsaitin Cavabdeh1 129 xx-xx-2016-FC-XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmi 133 261.90 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqının ödənilməsinə yönəldilməsi; ipoteka predmeti olan - Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi S Qocayev küçəsi ev 13, mənzil 72 (Yeni Qaydalarla’ AZ1132 Bak şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13. M 12. m2) tutma yönəldikdən sonra Cavabdeh1 tərəfindən ən geci bır ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təhvil verilməsi; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh1 arasında bağlanmış 129-xx-xx-2016-FC-XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 168 ay müddətinə, 10 faiz dərəcəsi ilə 100 538 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bankla Cavabdeh2 arasında xx.xx.2016-c; il tarixli, 129-xx-xx-2016-FC-XA №-li zaminlik müqaviləsi bağlanmışdır.129-xx-xx-2016-FC-XA №-li 22 noyabr 2016-cı il tarixli Kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2022-ci il tarixli 73 №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 13, mənzil 72 (Yeni Qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13, M 12, m2) (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: **********77-05301-093058) ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, kredit müqaviləsinə dair təminat qismində olan ipoteka predmeti üzrə tutmanın yönəldilməsi barədə bildiriş tərəflərindən xx.xx.2022-ci il tarixdə göndərilmişdir. Həmin bildiriş üzrə qeyd edilən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 №-li Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair 46.45 manat dövlət rüsumu tərəflərindən ödənilmiş və bildiriş qeydə alınaraq cavab məktubu verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 xx.xx.2022-ci il tarixində 22-17270/2022 №li, Cavabdeh2 xx.xx.2022-ci il tarixində 22-20847/2022 №-li xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Yuxarıda adı çəkilən kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 97 427.41 AZN, faiz borcu üzrə 32 051.06 AZN olmaqla, cəmi 129 478.47 AZN borcu mövcuddur. Eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 419.31 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət aqqı ödənilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatlnı dinləyərək, iş materiallırın araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh1 arasında 129-xx-xx-2016-FC-XA №li xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 168 ay müddətinə, 10 faiz dərəcəsi ilə 100 538 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Bankla Cavabdeh2 arasında xx.xx.2016-c; il tarixli, 129-xx-xx-2016-FC-XA №-li zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında xx.xx.2022-ci il tarixli 73 №-li ipoteka müqaviləsi bağanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 13, mənzil 72 (Yeni Qaydalarla: AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13, M 12, m2) (sonradan – ipoteka predmeti) ipoteka ilə yüklü edilmişdir. Yüklülük xx.xx.20130-cu il tarixədək dövlət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmışdır (reyestr nömrəsi: **********77-05301-093058, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). Təqdim edilmiş maliyyə arayışındın görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə yaranmış borcu 97 427.41 AZN, faiz borcu üzrə 35 834.49 AZN olmaqla, cəmi 133 261.90 AZN borcdan ibarətdir. Hesabdan çıxarışdan borcun ödənilməsi görünmür. Cavabdeh1 xx.xx.2022-ci il tarixində 22-17270/2022 №-li bildiriş göndərilmiş, bildiriş «nömrə işləmir, ünvanda yaşamır» qeydi ilə geri qayıtmışdır. Bildiriş Bank tərəfindən xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 №-li Bakı Ərazi İdarəsində göndərilmiş, sonuncu tərəfindən bildiriş qeydiyyata alınmışdır (xx.xx.2022-ci il tarixli məktub). Cavabdeh2 xx.xx.2022-ci il tarixində 22-20847/2022 №-li xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan evin likvid qiyməti 160000 manat müəyyən edilmişdir. Hazırda iddiaçı Bank borcun tutulması, tutmanını ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara göorə iddiə tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, bağlanmış kredit müqaviləsi və ona əlavələrdən irəli gələn öhdəliklər borclu tərəfindən yerinə yetirilmədiyindən, bank tələbin ipotekaya yönəldilməsi proseduruna başlamaq hüququna malik olmuşdur. Eyni zamanda Bank haqlı olaraq borcun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını istəyir. Məhkəmə hesab edir ki, borc hər iki cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilən məhkəmə xərclərini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc uzrə 97 427.41 AZN, faiz borcu üzrə 35 834.49 AZN olmaqla, cəmi 133 261.90 AZN borc məbləği, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqı tutulmalı, tələb Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S Qocayev kuçəsı. ev 13 mənzil 72 (Yem Qaydalarla AZ1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13, M 12. m2) (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: 14 07 2022-ci il, yüklü edilən əmlakən reyestr nömrəsi **********77-05301-093058) yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə, açıq hərracdan satılmalı və onun satışından əldə olunmuş vəsaitdən 133 261.90 AZN borc məbləği, bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqın, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqının ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan mənzil tutma yönəldikdən sonra Cavabdeh1 tərəfindən ən geci bır ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təhvil verilməli, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının 200 manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 129-xx-xx- 2016-FC- XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc uzrə 97 427.41 AZN, faiz borcu üzrə 35 834.49 AZN olmaqla, cəmi 133 261.90 AZN borc məbləği, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqı, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqı tutulsun; tələb 129-xx-xx-2016-FC-XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Bank arasında bağlanan xx.xx.2022-cı il tarixli 73 №-li ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi S Qocayev kuçəsı. ev 13 mənzil 72 (Yeni Qaydalarla AZ1132 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13, M 12. m2) (qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi: 14 07 2022-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi **********77-05301-093058) yönəldilsin; həmin əmlakın ilkin satış qiyməti 160000 manat müəyyən edilməklə, açıq hərracdan satılsın və onun satışından əldə olunmuş vəsait Cavabdeh1 129 xx-xx-2016- FC-XA №-li xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cəmi 133 261.90 AZN borc məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 46.45 AZN dövlət rüsumu və xidmət haqqının, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək uçün ödənilmiş 423.26 AZN dövlət rüsumu və 0.80 AZN xidmət haqqının ödənilməsinə yönəldilsin; ipoteka predmeti olan - Bakı şəhəri, Sabunçu rayonu. Bakıxanov qəsəbəsi S Qocayev küçəsi ev 13, mənzil 72 (Yeni Qaydalarla’ AZ1132 Bak şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 13. M 12. m2) tutma yönəldikdən sonra Cavabdeh1 tərəfindən ən geci bır ay ərzində boşaldılmış vəziyyətdə iddiaçı Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təhvil verilsin; satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdehlərdən ümumi qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx"” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, H/h: AZ61AİİB********************, "xxxx" ASC-nin Nərimanov filialı, M/H: AZ37NABZ********************, Kod:200093, VÖEN: **********, SWİFT: AİİBAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar